Bu yaxınlarda ailəsi ilə birlikdə Naxçıvanda olan paytaxt sakini Elsun Əliyev muxtar respublikanın gəzməli-görməli yerlərində olub, kəndlərində qonaqlayıb.

Gördüklərini, təəssüratını isə məktub halına salaraq "Şərqin səhəri" qəzetinin redaksiyasına ünvanlayıb. NUHÇIXAN İnformasiya Agentliyi həmin məktubu oxuculara təqdim edir:     

"Hörmətli redaksiya!

Əslən Naxçıvan Muxtar Respublikasından olsam da, uzun illərdir ki, işimlə əlaqədar olaraq ailə üzvlərimlə birgə paytaxt Bakı şəhərində yaşayıram. Çoxları istirahət üçün ölkənin digər yerlərinə və xaricə üz tutsalar da, mən hər il yay aylarında Naxçıvana gəlirəm. Əvvəla ona görə ki, ata-babam burada dünyaya göz açıb, qohum-əqrəbam Naxçıvanda yaşayır. Yəni, məni bu yerlərə bağlayan bir doğmalıq var. Qədim diyarın təmiz havasından udub saf suyundan içəndə, mətbəxinin ləziz yeməklərindən dadanda, bu torpağı qarış-qarış gəzəndə sanki, dünyaya yenidən gəlirəm, Uca Yaradan mənə yeni bir ömür payı bağışlayır.

Budur, hava gəmisi Naxçıvan səmasında dövrə vuraraq eniş etməyə hazırlaşır. O qədər həyəcanlı və sevincliyəm ki, sanki ilk dəfədir muxtar respublikada oluram. Təyyarənin pəncərəsindən çölə baxıram və deyirəm, şükür sənə, İlahi, yenidən ata-baba yurduma gəlməyi mənə nəsib etdin. Naxçıvanlılarda bir adət var ki, adətən dost-tanış, yaxın qohumlar Bakıdan gələndə hər zaman hava limanında onları qarşılayar, necə deyərlər, “qabağına çıxarlar”. Mənə görə bu, qonaqpərvərliyin ən yaxşı formalarından biridir. Beləliklə, bizi qarşılayan bibim oğlunun avtomobilinə əyləşib Qahab kəndinə yollanırıq. Yolboyu Naxçıvan kəndlərini, ətraf aləmi seyr edirəm. Avqust ayında – Naxçıvanda temperaturun müsbət 40 dərəcəyədək yüksəldiyi bir vaxtda ətrafda səliqə ilə salınmış və qulluq edilmiş yaşıllıqlar gözümdən yayınmır. Bilirsiniz, bu yaxınlarda ölkə televiziyalarının birində yayımlanan bir verilişdə aparıcı Naxçıvanda yaşıllıqların kəsilməsi ilə bağlı cəfəng bir məlumat yaymışdı. Sonra da məlum olmuşdu ki, bu informasiyanın heç bir əsası yoxdur və müəllif növbəti verilişdə muxtar respublika sakinlərindən üzr istəmişdi. Mən həmin jurnalisti Naxçıvana dəvət edirəm. Qoy, muxtar respublikaya gələrək bu gözəlliyi, səliqə-sahmanı, gedəcəyin ünvanadək insanı müşayiət edən yaşıllıqları görsün. Görsün ki, naxçıvanlılar yaşıllıq salmağı da, elə onu qorumağı da yaxşı bacarırlar.Bu mövzuya yekun vuraraq deyirəm ki, əhsən sizə, zəhmətkeş naxçıvanlılar.

Naxçıvanda olduğum bir aya yaxın müddət ərzində, demək olar ki, bütün yaxın qohumların evində oldum. Hər biri bizi yüksək qonaqpərvərliklə qarşıladı, ən yaxşı nemətlərini süfrəyə düzdülər. İlin-günün bu vaxtında Naxçıvan üzümü, balı, alması, ənciri, qarpızı və adını çəkmədiyim neçə-neçə təbii nemətdən ləzzətli nə ola bilər?.. Ərinmədik, bu müddət ərzində Naxçıvan nemətlərindən qış tədarükü də gördük. Bu məhsulların keyfiyyətinə, dadına, hazırlanma qaydasına söz ola bilməz.

Muxtar respublikada olduğum ötən bir ay ərzində bir günü belə bada vermək istəmirdim. Ona görə də Naxçıvanı qarış-qarış gəzmək, bu diyarı yenidən kəşf etmək istəyirdim.İlk öncə ailə üzvlərimlə birgə mənəvi rahatlıq tapdığım “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksinə üz tutdum. Naxçıvana gələsən, “Əshabi-Kəhf”ə getməyəsən, yəqin ki, günah olar. Bilənlər bilir ki, bu ziyarətgah hər il minlərlə yerli və xarici turisti qəbul edir. Dünyanın dörd bir yerindən bu müqəddəs məkana gələn zəvvarlar dualarının məhz bu ziyarətgahda Allaha çatdığına, Uca Yaradana bir addım daha yaxın olduqlarına inanırlar. “Əshabi-Kəhf”də yaradılan şərait, təmizlik ürəyimizi oxşayır. “Damcıxana”nı, “Cənnət bağı”nı ziyarət etdikdən sonra qurban kəsdik, dualar etdik. Ulu Tanrı hamının dualarını və qurbanlarını qəbul etsin.

Naxçıvana “Tanrı möcüzəsi” deyənlər, məncə, qətiyyən yanılmırlar. Bu möcüzənin ən yaxşı nümunələrindən biri də Nəhəcir kəndində yerləşən mineral sərvətdir. Kənddən 2-3 kilometr cənubda, dağın ətəyində yerləşən Nəhəcir mineral suyu təxminən 50 dəqiqədən bir yerin altından qaynayıb fontan şəklində yuxarı qalxır. Bu mineral suyun əsas özəlliyi onun müalicəvi əhəmiyyətindədir. İstifadə edib xeyrini görənlər deyir ki, Nəhəcir mineral suyu mədə-bağırsaq xəstəlikləri, həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı tətbiq edildikdə faydalı olur. Bu müddət ərzində bir neçə dəfə həmin mineral suda yuyundum, bir neçə qab tədarük edib Bakı şəhərinə də gətirmişəm.

Qədim diyara hər gəlişimdə başqa bir yeniliyin, gözəlliyin şahidi oluram. İndi boş görünən hər hansı bir ərazidə bir neçə aya istirahət yeri, turistik mərkəz, əyləncə məkanı inşa edilir. Naxçıvançay vadisində salınan “Sahil parkı” da onlardan biridir. Mənə görə ailəvi şəkildə istirahət etmək, asudə vaxtı səmərəli dəyərləndirmək üçün “Sahil parkı” ən ideal məkanlardan biridir. Əvvəllər bu ərazi çay vadisi idi. İndi isə beş hektarlıq sahə Naxçıvanın ən gözəl istirahət məkanlarından birinə çevrilib. Babək rayonunun Badaşqan kəndində yerləşən “Atçılıq və İstirahət Mərkəzi”ni də xüsusi qeyd etməliyəm. Axşam saatlarında burada, necə deyərlər, “iynə atsan yerə düşməz”. İnsanlar iş saatlarının yorğunluğunu burada çıxarır, istirahət edir. İstirahət demişkən, Naxçıvandakı idman obyektlərini də ən yaxşı istirahət yerləri hesab edirəm.Açıq hava şəraitindəki mini-futbol meydançalarında bir neçə dəfə futbol oynadıqdan sonra bu qənaətə gəlmişəm.

Naxçıvan həm də qonaqların yaddaşına təmizliyi və abadlığı ilə həkk olunur. Fikir vermişəm ki, həmişə muxtar respublikaya kənardan gəlib təəssüratları barədə mətbuata müsahibə verənlər onun təmizliyindən ürək dolusu danışırlar. Şəhər, qəsəbə və kəndlərdə aid qurumlar tərəfindən daim təmizlik işləri diqqətdə saxlanılır, tullantılar ərazilərdən vaxtında yığışdırılır. Bu təmizliyi həm də naxçıvanlıların vətəndaş məsuliyyəti ilə əlaqələndirirəm. Ona görə ki, insanlar əllərindəki adi boş su butulkasını belə, hara gəldi atmırlar.

Beləliklə, bir aya yaxın müddət başa çatır və biz doğma diyardan ayrılırıq. Budəfəki səfərim yenə də zəngin duyğularla yaddaşıma həkk olundu.Naxçıvanda qazandığım təəssürat, nikbin duyğular bir ömür yaddan çıxan deyil.Bir daha şahid oldum ki, sən cənnətin gerçəyisən,sən Tanrı möcüzəsisən, Naxçıvan!. Nə qədər uzaqda olsam da, qəlbim daim səninlə döyünür, ana yurdum. Bilirəm ki, növbəti görüşümüzə qədər çox dəyişəcəksən, yeniləşəcəksən, müasirləşəcəksən, yenə də məni təəccübləndirəcəksən. Salamat qal!".

Elsun Əliyev

Bakı şəhər sakini

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

27-10-2020-15-56 Xəbərlər

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstəri...

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

27-10-2020-14-21 Xəbərlər

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

Ermənistanın Milli Demokratik Birlik Partiyasının sədri Vazgen Manukyan ölkənin ...

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27-10-2020-13-51 Xəbərlər

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin...

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

27-10-2020-13-30 Xəbərlər

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

Müzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ...

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

27-10-2020-11-43 Xəbərlər

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının qərargah rəisi, "Ermənistan v...

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

27-10-2020-11-14 Xəbərlər

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

Qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın ölüm xəbəri yayılıb.

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

27-10-2020-10-47 Xəbərlər

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində u...

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

27-10-2020-10-30 Xəbərlər

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumu...

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

27-10-2020-08-35 Xəbərlər

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də ...

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

27-10-2020-08-30 Xəbərlər

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin b...

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

26-10-2020-18-04 Xəbərlər

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Vagina...

Müdafiə Nazirliyi: Düşmən kvadrokopteri məhv edilib

26-10-2020-17-42 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən kvadrokopteri məhv edilib

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barəd...

Müdafiə Nazirliyi: Ağcabədi rayonu yenidən atəşə tutulub

26-10-2020-15-09 Xəbərlər

Müdafiə Nazirliyi: Ağcabədi rayonu yenidən atəşə tutulub

Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri...

Ermənistanın Azərbaycanla sərhəddə rusiyalı hərbçilərin səhra düşərgəsi salması barədə məlumatları feyk oldu

26-10-2020-13-59 Xəbərlər

Ermənistanın Azərbaycanla sərhəddə rusiyalı hərbçilərin səhra düşərgəsi salması barədə məlumatları feyk oldu

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində rusiyalı hərbçilərin səhra düşərgəsi...

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

26-10-2020-13-03 Xəbərlər

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Müdafiə Nazirliyi: Ağcabədi rayonu atəşə tutulub

26-10-2020-12-14 Xəbərlər

Müdafiə Nazirliyi: Ağcabədi rayonu atəşə tutulub

Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan s...

Müdafiə Nazirliyi: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

26-10-2020-12-00 Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir...

Separatçıların liderinin iclas keçirdiyi dəqiq yer məlum olub

26-10-2020-11-57 Xəbərlər

Separatçıların liderinin iclas keçirdiyi dəqiq yer məlum olub

Dağlıq Qarabağdakı qondarma rejim başçısı Araik Arutyunyanın keçirdiyi iclas uşa...

Qubadlı şəhərinin peykdən görüntüsü

26-10-2020-11-08 Xəbərlər

Qubadlı şəhərinin peykdən görüntüsü

“Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb.

Prezidentin köməkçisi erməni əsgərlərinin DSX-nin hərbi geyimindən istifadəsi ilə bağlı açıqlama yayıb

26-10-2020-10-46 Xəbərlər

Prezidentin köməkçisi erməni əsgərlərinin DSX-nin hərbi geyimindən istifadəsi ilə bağlı açıqlama yayıb

Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgə...

XİN: Ermənistan məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik edir

26-10-2020-10-39 Xəbərlər

XİN: Ermənistan məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik edir

Ermənistan silahlı qüvvələri oktyabrın 26-da saat 08.05-də yeni humanitar atəşkə...

Müdafiə Nazirliyi: Düşmən Ağdam rayonunu atəşə tutur

26-10-2020-10-04 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən Ağdam rayonunu atəşə tutur

Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atə...

Düşmən Tərtər rayonunu atəşə tutub

26-10-2020-09-00 Xəbərlər

Düşmən Tərtər rayonunu atəşə tutub

Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozar...

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

26-10-2020-08-06 Xəbərlər

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanita...

Qubadlı şəhəri işğalçılardan azad edilib

25-10-2020-23-02 Xəbərlər

Qubadlı şəhəri işğalçılardan azad edilib

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi...

Azərbaycan Ordusu tarix yazmaqda davam edir

25-10-2020-15-59 Xəbərlər

Azərbaycan Ordusu tarix yazmaqda davam edir

Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək u...

Baş Prokurorluq: Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatıb

24-10-2020-17-53 Xəbərlər

Baş Prokurorluq: Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatıb

Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və rake...

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir - VİDEO

24-10-2020-16-55 Xəbərlər

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir - VİDEO

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir.

Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI

24-10-2020-16-48 Xəbərlər

Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI

Ermənistan hökuməti oktyabrın 24-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərb...