Naxçıvan Dövlət Televiziyası və Radiosu yeni inkişaf mərhələsindədir

85 il bundan əvvəl – 1932-ci il aprelin 1-də Naxçıvanda ilk dəfə olaraq Radio Verilişləri Komitəsi yaradılıb.

1963-cü il martın 12-də qısa xəbərlərlə televiziyanın ilk sınaq yayımı həyata keçirilib, avqust ayının 14-də isə Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi təşkil olunub. Həmin dövrdə maddi-texniki bazası zəif olan, cəmi bir baş redaksiya ilə fəaliyyət göstərən Naxçıvan Dövlət Televiziyasının yayım dairəsi də olduqca məhdud idi.    

Naxcivantv.az Naxçıvan Televiziya və Radiosunun keçdiyi tarixi inkişaf yoluna nəzər salacaq.

Naxçıvan teleradiosu 1969-cu ilədək yalnız Naxçıvan şəhərində yayımlanıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra bütün sahələrdə olduğu kimi televiziya və radio da yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərimizin tapşırığı ilə qısa müddət ərzində Azərbaycan Televiziyasının verilişlərinin muxtar respublika ərazisində yayımlanması və yerli teleradionun imkanlarının genişləndirilməsi üçün texniki məsələlər öz həllini tapdı, verilişlərin qəbulu üçün 10-dan çox radio-televiziya xətti və yarımstansiyalar quraşdırıldı. Bununla da teleradionun muxtar respublikanın əksər bölgələrində yayımlanmasına nail olundu.

“Televiziya məktəb qədər vacib bir sahədir”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Televiziyanın maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, ən müasir texniki avadanlıqlarla təchiz edilib. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksək keyfiyyətli rəqəmsal yayımla əvəzlənib, Naxçıvan Dövlət Televiziyasının yüksək keyfiyyətli HD formatda yayımına başlanılıb. İlbəil avadanlıqları yeniləşdirilən dövlət teleradiosunda bu gün dünyanın qabaqcıl ölkələrinin teleradiolarında istifadə olunan ən müasir texniki avadanlıqlar quraşdırılıb. Maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə ötən il teleradionun sistem otağına ehtiyat siqnalçevirici, arxiv üçün 80 terabaytlıq yeni server alınıb quraşdırılıb, arxivin həcmi 120 terabayta çatdırılıb. Dövlət əhəmiyyətli tədbirlərin çəkilişi, montajı və yayımı üçün ən son texnologiyaya əsaslanan 2 rəqəmsal videokamera dəsti, 2 videomontaj dəsti və 1 efirə çıxış kompüteri alınıb. Yeni çəkiliş pavilyonları yaradılıb, müasir virtual studiya qurulub, bütün pavilyonlarda yeni səs və işıq sistemləri quraşdırılıb. Ötən il redaksiyaların iş fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün 4 videomontaj və 5 səsyazma otağı yaradılıb, yeni qurulan montaj otaqlarında 3 yeni videomontaj dəsti quraşdırılıb.

Teleradioda kadr hazırlığı sahəsində də tədbirlər görülür, kinooperatorlar, rejissorlar və aparıcılar üçün davamlı olaraq təkmilləşdirmə kursları keçirilir. Ötən dövrdə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin televiziyaya hamiliyə verilən Jurnalistika ixtisası üzrə 18 gənc sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə qəbul olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən "Univeristet" televiziyasının və "Nuhçıxan" radiosunun fəaliyyəti də diqqətdə saxlanılmış, televiziyanın və radionun audioteka və videotekası zənginləşdirilmişdir. Belə ki, 50-dən çox audio və videomaterial universitetin arxivinə daxil edilmişdir. Yaradıcı işə də köməklik göstərilmiş, həftəlik proqram cədvəlinin tərtibi istiqamətində iş aparılmışdır. Jurnalistika ixtisasının tələbələri ilə yanaşı, "Univeristet" televiziyasının və "Nuhçıxan" radiosunun əməkdaşlarının da teleradioda təcrübə keçməsinə şərait yaradılmışdır.

İstər Naxçıvan Dövlət Televiziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki imkanlar öz növbəsində yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 60-65 faizədək yüksəlib. Son illər ərzində 60-dan artıq sənədli və televiziya filmi çəkilib. Naxçıvan Dövlət Televiziyasının öz istehsalı olan verilişlər və filmlər Türkiyənin TRT, ölkəmizdə Azərbaycan Dövlət Televiziyası, İctimai Televiziya, AZƏRTAC informasiya agentliyi vasitəsi ilə də tamaşaçılara təqdim edilir.

Bu gün dünyanın istənilən yerindən doğma kanalımızı internet vasitəsilə izləmək mümkündür. 2016-cı il oktyabrın 17-də - Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Dövlət  Televiziyası internet üzərindən yayıma başladı. Bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması demək idi. Bu gün dünyanın istənilən yerində televiziyanın izlənilməsi muxtar respublikanın tanıdılmasına, burada görülən böyük quruculuq tədbirlərinin, insanların yaşayış səviyyəsi, qədim diyarın mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların daha geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan verir.

Naxçıvan Dövlət Televiziyasının internet saytında müntəzəm olaraq izləyicilərə yeni telemateriallar və xəbərlər çatdırılır, rəsmi xəbərlər Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. Sayt mütəmadi olaraq yenilənir, izləyici və tamaşaçıların tələbləri nəzərə alınır, Naxçıvanın tanıdılması və təbliği məqsədilə yeni bölmələr yaradılır. “Naxçıvanşünaslıq” bölməsinin yaradılması da bu məqsədə xidmət edir.

Bu gün geniş izləyici kütləsi toplayan naxcivantv.az saytı qədim Naxçıvanın mühüm informasiya mənbəyi olmaqla yanaşı, həm də müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevrilib. Ötən 5 ayda sayta müraciət edənlərin sayı 2 milyonu ötüb. Muxtar respublikanın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və turizm potensialı Naxçıvan Dövlət Televiziyası tərəfindən internet üzərindən bütün dünyaya yayılır, izləyicilərə dəqiq və operativ məlumatlar çatdırılır. Bütün bunların nəticəsidir ki, artıq digər informasiya saytları Naxçıvan haqqında informasiya yayarkən əsasən naxcivantv.az saytına istinad edirlər.

Televiziya son illər sosial şəbəkələrdəki aktivliyini də artırıb, “YouTube”, “Facebook”, “İnstagram” və “Twitter”də ayrıca səhifələr yaradılıb, bu səhifələrdə televiziyanın 6 mindən artıq materialı yerləşdirilib və ümumilikdə bu səhifələrə baxış sayı 4 milyonu ötüb.

Naxçıvan Dövlət Radiosunun da avadanlıqları tamamilə yenilənib. Radio hər gün bir-birindən maraqlı verilişlərlə dinləyicilərini salamlayır. Müasir səsyazma avadanlıqları və yayım studiyaları, səs montajları, 5 min qeqabaytlıq rəqəmsal arxiv sistemi və digər avadanlıqların quraşdırıldığı radioda günün 18 saatında dinləyicilərin zövqünü oxşayan musiqili verilişlər və canlı proqramlar təqdim olunur.

Hər bir televiziya əməkdaşının üzərinə düşən əsas vəzifə Naxçıvan Muxtar Respublikasındakı inkişafı, sabitliyi, milli dəyərlərimizi və tarixi-mədəni irsimizi təbliğ etmək və bunu dünyaya tanıtmaqdan ibarətdir. Ona görə də muxtar respublikanı tanıtmaqla yanaşı, həm də gənclərə torpağa bağlılıq, vətənpərvərlik hisslərini aşılamaq, maarifçilik işini daha da artıraraq hər yaş kateqoriyasından olan tamaşaçılar üçün məzmunlu verilişlər hazırlayıb təqdim etmək üstün istiqamət kimi götürülür. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda baş verən ən mühüm hadisələri, xəbərləri peşəkarlıq və operativliklə tamaşaçı və dinləyicilərə təqdim edən teleradio jurnalistləri həm də Naxçıvanın sosial-iqtisadi inkişafının, tarixinin, elminin, təhsilinin, mədəniyyətinin, xalq yaradıcılığının, bir sözlə, bütün sahələrin təbliğatçısına çevrilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi proqram siyasətində televiziya və sənədli filmlərin çəkilərək tamaşaçılara təqdim olunmasını diqqətdə saxlayır. Bu filmlərin tamaşaçı rəğbəti qazanması bir daha təsdiq edir ki, Naxçıvan televiziyası sözdə yox, əməldə böyük dəyişikliklərə doğru gedir və özündə müasir film yaradıcılığı ənənlərini formalaşdırır. Göstərilən hərtərəfli qayğının müqabilində ictimai, siyasi, sosial, iqtisadi, mədəniyyət məsələləri ilə bağlı proqramların, jurnalist araşdırmalarının da keyfiyyəti yüksəldilib, baxımlı telelayihələr əsasında hazırlanan yeni verilişlər tamaşaçı və dinləyicilərə təqdim edilib. Uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlər hazırlanıb. İctimai-siyasi, sosial-iqtisadi, mədəniyyət məsələləri ilə bağlı ciddi proqramların, jurnalist araşdırmalarının səviyyəsini müasir tamaşaçının tələbləri səviyyəsinə yüksəltmək üçün televiziya əməkdaşları peşəkarlıq göstərməyə çalışır.

Sürətlə dəyişən və inkişaf edən televiziya və radioda efirə verilən hər bir veriliş gərgin jurnalist əməyinin məhsuludur. Tamaşaçı və dinləyicilərə təqdim olunan veriliş və proqramlar kollektiv əməyin bəhrəsi kimi ortaya çıxır. Hər bir verilişdə mətn müəllifi ilə yanaşı rejissorun, operatorun, montajçının, musiqi tərtibatçısının hətta heç vaxt efirdə görünməyən işıqçının, mühəndisin, səs operatorunun sürücünün belə zəhməti, əməyi vardır. Televiziya əməkdaşlarının əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Son illər onlarla əməkdaş müxtəlif fəxri ad, medal və nişanlarla təltif edilib, əməkdaşların əməkhaqları artırılıb.

Teleradionun qarşıda dayanan əsas hədəfi efir keyfiyyətini və yaradıcı işi daha da yüksəltmək, hazırlanan yeni veriliş və proqram layihələrinin uğurlu icrasına nail olmaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar" keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qarşıya qoyduğu vəzifələrin icrası əsas fəaliyyət istiqaməti kimi götürülmüşdür. Müşavirədə keyfiyyətin daha da yüksəldilməsi, dövlət televiziyasının rayonlardakı müxbir postlarının fəaliyyətinin təmin olunması, 2017-ci ilin aprel ayından Naxçıvan Dövlət Televiziyasının və Radiosunun ümumi efir vaxtının artırılaraq 18 saata çatdırılması barədə tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların icrası istiqamətində rayon icra hakimiyyətlərinin hər birində müxbir postları üçün ayrıca otaq ayrılmış, videomaterialların sürətli ötürülməsini təmin etmək məqsədi ilə “İntranet” (FTP) şəbəkəsi quraşdırılmışdır. Ötən müddətdə müxbir postlarında fəaliyyət göstərəcək bölgə müxbirlərinin hazırlanması istiqamətində də işlər başa çatdırılmışdır. Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtının daha 1 saat artırılması istiqamətində də işlər aparılmış, aprel ayının proqram cədvəlində efir vaxtı 17 saatdan 18 saata çatdırılmışdır. Artıq aprelin 1-dən etibarən Naxçıvan Dövlət Televiziyası gündəlik efirini səhər saat 08:00-da başlayacaq və gecə saat 02:00-da başa çatdıracaqdır. Naxçıvan Dövlət Radiosu isə səhər saat 07:00-dan gecə saat 01:00-dək efirdə olacaqdır. Bu gündən etibarən Naxçıvan Dövlət Radiosu da Naxçıvan Dövlət Televiziyasının rəsmi internet saytı (www.naxcivantv.az) üzərindən birbaşa yayımlanır. Artıq dinləyicilər həm kompüter, həm də mobil telefonlardan naxcivantv.az saytına daxil olaraq Naxçıvan Dövlət Radiosunu internetdən birbaşa dinləyə bilərlər.  

Naxçıvan Dövlət Televiziya və Radiosunun kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verəcəkdir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...