Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil edir.

Bu baxımdan turizm enerji sektorundan sonra ölkəyə valyuta gətirən ən vacib sahələrdən biri sayılır.  Ölkəmizdə turizm sektorunun tarixinə nəzər saldıqda görürük ki, sürətli inkişafı müstəqillik illərinə təsadüf edir. Bu da, təbii ki, ölkədə həyata keçirilən müvafiq tədbirlərin, görülən konkret işlərin nəticəsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ötən illərdə qəbul edilən Dövlət proqramları bölgələrin də inkişafına öz mühüm təsirini göstərib, turizm paytaxtdan bölgələrədək geniş şəkildə yayılıb, turizm ehtiyatları araşdırılıb. Ötən illər ərzində Naxçıvanın turizm ehtiyatlarının öyrənilməsi bölgədə turizm sektorunun yaxın gələcəkdə inkişafını proqnozlaşdırmağa imkan verib.

Muxtar respublikada həyata keçirilən quruculuq, yaşıllaşdırma tədbirləri, yol infrastrukturunun təkmilləşdirilməsi, əhalinin sosial rifahının artırılması istiqamətində görülən işlər, habelə tarixinin yenidən araşdırılması, abidələrin, ziyarətgahların bərpası, müalicə ocaqlarının yenidən qurulması, ən ucqar dağ kəndlərinin belə diqqətdən kənarda qalmaması turizmin əksər növlərinin inkişafına zəmin yaratdı. Bunlar sırasında biz tarixi-mədəni, sağlamlıq, dini, ekoturizm, kənd yaşıl turizmi və digər növlərini sadalaya bilərik. Dünya memarlıq inciləri siyahısına daxil olan Möminə xatın, Qarabağlar və Gülüstan türbələri, Əlincəqala abidəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, sorağı minilliklərdən gələn Gəmiqaya abidəsi, Nuh peyğəmbərin məzarüstü türbəsi, mühüm müalicə ocaqları – Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası bu gün dünyanın müxtəlif ölkələrindən turistləri bura cəlb edən amillərdəndir. 

Təkcə bu ilin ötən dövrü ərzində  Yusif Küseyir oğlu türbəsi, Naxçıvan şəhər buzxanası, Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şərq hamamı bərpa edilərək  istifadəyə verilib, Sahil Parkı Naxçıvan şəhərinin turist xəritəsinə daxil edilib.

Bundan əlavə muxtar respublikada turizmin mövsümiliyi aradan qaldırılıb. Əgər əvvəllər turistlər üçün daha çox yaz-yay aylarında gəlmək əlverişli sayılırdısa, Ağbulaqda xizək mərkəzinin yaradılması kimi böyük bir layihədən sonra soyuq aylarda da səhayət etmək artıq məqsədəuyğun sayılır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması isə turizm sahəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını və məqsədyönlülüyünü göstərir. 

Turistlər üçün ən önəmli faktorlardan biri səyahət etdikləri bölgənin təhlükəsizliyidir. Bu baxımdan cinayətsiz region kimi tanınan muxtar respublikaya  2019-cu ildə ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415,9 min turist gəlib ki, bu da 2009-cu illə müqayisədə 84,1 faiz çoxdur. Təbii ki, bu kiçik rəqəm deyil və turizm sektorunun artan xətt üzrə inkişaf dinamikasının göstəricisidir. 

Bu dinamikanı şərtləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” vacib amillərdəndir. Proqramın məqsədi muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi və bu sahədə müasir idarəetmə mexanizminin yaradılmasıdır. Təsadüfi deyil ki, ötən il Londonda nəşr olunan “Wanderlust” jurnalında da Naxçıvan Muxtar  Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzlərindən biri kimi qeyd olunmuşdur.

Dövlət tərəfindən həyata keçirilən çoxşaxəli tədbirlər muxtar respublikada turizmin perspektivdə daha da sürətli inkişafını proqnozlaşdırır. Bəs bu sahədə öz fəaliyyətini quran şirkətlər hansı tədbirləri həyata keçirirlər? 

Ötən yazılarımızın birində bu mövzuya toxunacağımızı bildirmişdik.  2020-ci il ərzində dünyada sürətlə yayılan pandemiya ölkə iqtisadiyyatının bir çox sahələrinə, o cümlədən, turizm sektoruna öz mənfi təsirlərini göstərdi. Mənfi təsirləri minimuma endirmək və inkişaf perspektivlərinin qorunması məqsədilə turizmlə məşğul olan sahibkarlıq subyektləri, o cümlədən Nəqşicahan Holdinq Şirkətlər qrupu öz fəaliyyətini daxili turizmə yönəltdi. Necə deyərlər, gəzməyə Vətən yaxşı. Son aylar sosial şəbəkə hesablarında öz aktivliyi ilə seçilən şirkətin müəssisələrində müşahidə olunan yeniliklər və kampaniyalar çoxsaylı yerli turistlərin diqqətini çəkdi. Təklif olunan xidmətlərdən bəhrələnən turistlər Vətənin gəzməli, görməli yerlərinin gözəl bir tablosu ilə baş-başa qaldılar. 

Belə ki, muxtar respublika sakinlərinin mənalı istirahətinin təşkili məqsədilə Duzdağ, Qrand Naxçıvan və Təbriz oteldə, Avtovağzal hoteldə, Nəqşicahan moteldə zəruri təmir işləri aparılıb, daxili turizmin inkişafına dəstək məqsədilə satış qiymətlərində endirimlər olub. Otellərin saytları yenilənib, yəni hər bir turist internet üzərindən rahatlıqla rezervasiya edə bilər. 

Turizmdə yüksək keyfiyyətli restoran xidməti də önəmlidir. İstər yerli, istər xarici turist üçün mətbəx cəlbedicidir. Hər hansısa bir restorana getməmişdən öncə əksər hallarda həmin obyektin göstərdiyi xidmət və təklif etdiyi menyu ilə maraqlanarlar. Daxili turizmdə restoran xidmətinin səmərəliliyini artırmaq  üçün yeni menyular hazırlanıb. Açıq bufet tərzindən A-la-Carte üslubuna keçid edilib. Holdinqə məxsus restoranlarda çatdırılma xidmətləri fəaliyyətə başlayıb. “Take away”- özünlə apar və “Delivery” çatdırılma xidmətləri müştəri məmnuniyyətinə səbəb olub. 

Zümrüd kafenin interyeri yenidən dizayn olunaraq 350 nəfər qonaq tutumuna qədər yüksəldilərək  restoran statusuna keçid edib. Canlı musiqi ilə qonaqlarını qarşılayan restoranın həyətyanı sahəsində besetkalar hazırlanıb. Həmçinin “Görüş Yeri” kafesində Bullet Steak House, Chefm, ChoCha bölümləri üzrə menyular təzələnərək yeni setlər əlavə olunub. 

Təbriz oteldə dünyada və ölkəmizdə dəbdə olan terras tipli kafe yaradılıb. Muxtar respublika sakinlərinin ən çox üz tutduğu məkanlardan biri də otelin 13-cü mərtəbəsində yerləşən əvəzolunmaz mənzərəsi və zəngin menyusuyla xidmət göstərən “Panaroma Restoranı”dır.  

Oteldə yenilik olaraq  ″4 gün qal, 3 gün ödə″ kampaniyası qonaqlar üçün sərfəli olub. Eyni zamanda hər şey daxil, yəni ″All inclouding″ paketləri yaradılıb.

Həmçinin mart ayından etibarən Nəqşicahan Holdinq Şirkətlər Qrupu tərəfindən Naxçıvanda onlayn market yaradılıb. Onlayn marketi mobil telefonlara yükləyərək bütün supermarket məhsullarını sifariş vermək mümkündür. 

Yerli turistlərin əyləncəli və yaddaqalan günləri Duzdağ Aquparkında keçirdikləri günlər olur.  Gələn qonaqların yay istirahətini daha əyləncəli etmək üçün yeni Aquapark menyusu təklif olunur. Axşamları isə səhnənin işıq dizaynı dəyişdirilərək açıq hava diskosu qonaqların xidmətinə təqdim edilib. Duzdağ Aquaparkda yalnız xanımlar üçün günlər təşkil olunub və rahat gediş-gəlişlərini təmin etmək üçün transfer xidməti yaradılıb. Bundan əlavə uşaqlara Aquaparkdan istifadənin ödənişsiz olması da təklif olunan xidmətlərdən istifadə etmək istəyənlərin sayını artırıb. Bununla belə, “Köpük şou” uşaqlarla yanaşı, böyüklərə də əyləncəli anlar yaşadıb.  

Təmir edilərək yenidən xidmətə başlayan Olimpik hovuzun giriş hissəsində qonaqların istirahəti üçün mini kafe istifadəyə verilib. Xanımlar üçün üzgüçülük dərslərinin, eləcə də xanımların və uşaqların hotelin “Spa və fitness” xidmətlərindən istifadəyə cəlbi məqsədilə  gimnastika təlimlərinə başlanılıb.

Karting tələbə paketi ilə 15 - 30 nəfərlik qrup turları karting üçün müraciət edənlərin sayını artırıb. Playstation və Karting konsepti ilə qonaqlar karting sürməklə bərabər, oyun oynaya da bilirlər. Yeni menyular isə  qonaqların istirahətinin daha yaxşı təşkilinə imkan verir.  

Turizmin inkişafında ən vacib məsələlərdən biri xidmət sahəsi olduğu üçün bu sahədə yeniliklərin də olması qaçılmazdır. Ötən il istifadəyə verilən “Saat Meydanı”nda müxtəlif xidmət sahələri fəaliyyət göstərir. Yəni bu ünvanı seçən turist dünyanın müxtəlif ölkələrinin milli mətbəx çeşidlərindən dada, intellektual oyun zalının xidmətlərindən yararlana, geyim mağazalarından dünya firmalarının məhsullarını ala, kinoteatrda asudə vaxtını dəyərləndirə bilər. Oteldə 43 standart, 4 suit və 1 vip olmaqla 48 otaqdan ibarət otel xidmətindən də istifadə edə bilər. Sadalanan bütün bu xidmətlər  eyni ünvanda təklif olunduğundan “Naxçıvan məhsulları” satış mağazaları hər bir turist üçün həm vaxt, həm də qiymət baxımından münasibdir. “Saat Meydanı” Turistik İstirahət Mərkəzində də bu il bir çox yeniliklər edilib. Yeniliklər sırasına qeyri-adi əl işlərindən ibarət uşaqların və ailəlilərin rahatlığı üçün açıq ərazidə uşaq velosipedi, maşınları, qarğıdalı və közdə şabalıd xidməti istifadəyə verilib. “Cinema”da gənclərin idmana, dünya və Azərbaycan futboluna baxması üçün şərait yaradılıb. “Mini-mini” uşaq əyləncə mərkəzində uşaqların daha yaxşı əylənməsi üçün yeni avadanlıqlar quraşdırılıb və pianino dərsləri əlavə olunub. Keçirilən masterclass və əyləncəli tədbirlər uşaqların yay tətilini maraqlı edib. 

Görülən işlərdən biri də  yeni London TX model maşınının alınması  və transfer xidmətlərinin təşkili olub. 

İllərdir ki, istər yerli, istər xarici turistlərin üz tutduğu sevimli məkanlardan biri Batabatdır. Təbiət gözəlini görmək eşqilə haralardan gəlmirlər ki?! Naxçıvanda çox təsadüf ailələr olar ki, Batabatın gözəlliyindən zövq almamış olsun. Təbiətin yaratdığı gözəllik həm də bura axın edən insanlar üçün xidmət sahələrinin yaranmasını və ilbəil yenilənməsini zəruri edir. 

Batabat İstirahət Mərkəzi kotteclərində qonaqlayan müştərilər üçün bir çox kampaniyalar həyata keçirilib. Yay mövsümü ərzində həftə içi qonaqlayanlara səhər yeməyi və Batabat gölünə tur gəzintisi hədiyyə olunub. Bundan əlavə qonaqlamada əlavə yataqların ödənişsiz təmin olunmağı da qonaqların məmnuniyyətinə səbəb olub.

Ekstrim şəraitdə qonaqlamağı sevənlər üçün İstirahət mərkəzində 2 ədəd karavan tipli, 1 ədəd Orta Asiya çadır tipli qonaqlama xidməti yaradılıb ki, bu da xeyli marağa səbəb olub. Batabat meşəsində atla turlar isə turistlərin gəzintisinin maraqlı və əyləncəli olmasına hesablanıb. NC Travel vasitəsilə mütəmadi olaraq turlar təşkil edilməsində yaxından iştirak edilib. Daxili turizmin inkişafı istiqamətində Batabat aşırımı və yaylağında yerləşən bir çox turistik nöqtələrlə tur iştirakçıları tanış edilib.

Bəzi hallarda turistlər təbiətin qoynunda yeməklərini özləri hazırlamaq istəyirlər. Bunun üçün artıq şəhərdən ərzaq alıb daşımağa ehtiyac yoxdur. Belə ki, restoranda kənd məhsullarından ibarət vitrin yaradılıb.  Batabat yaylağında və ya İstirahət mərkəzinin daxilində öz kababınızı vitrindən seçib özünüz çəkə bilərsiniz. Soyuq qəlyanaltılar və təravətli kənd məhsulları da vitrində var.Bundan əlavə kənd pendiri, kərə yağı, xaması, camış qaymağı, bal, dağ turşuları, qovurmalar kimi “Orqanik məhsulların satışı” da həyata keçirilir. Bununla belə, hər bir turist “Batabat Ev Kompotları” adı altında etiketlənən təbii kompotlar alaraq özü ilə apara bilər.

Ağbulaq muxtar respublikamızda kənd turizminin tətbiq olunduğu ilk ünvandır. Kənd öz saf havası, gözəl mənzərəsi, qonaqpərvər insanları və təbii məhsulları ilə seçilir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb və davam etməkdədir.

Mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılıb, süni qaryaratma sistemləri qurulub. Həmçinin 20 min kubmetr tutumu olan süni göl də gözəl mənzərəsi ilə turistləri özünə cəlb edir.

Ağbulaq İstirahət və Xizəkçilik mərkəzinin  www.agbulaq.com saytında təklif olunan xidmətlərlə tanış olmaq mümkündür. Belə ki, mərkəzdə müasir tərtibatda 3 yeni kottec və besetkalar yaradılıb,  uşaq oyun parkının ərazisi genişləndirilib.Orqanik məhsullardan ibarət vitrin də yenilik kimi qonaqları sevindirib. İstirahət mərkəzinin daxilində öz kababınızı vitrindən seçib özünüz çəkə bilərsiz. Soyuq qəlyanaltılar, içkilər və təravətli kənd məhsulları da vitrində yer alıb.  “Ağbulaq ev kompotları” adı altında təbii kompotlarla  isə süfrənizi zənginləşdirə bilərsiniz.  

Şənbə və bazar günləri canlı musiqilər istirahətinizi daha mənalı edə bilər. Ekstremal turizmi necə sevirsiniz? Elə isə Dağ motosikleti ilə (ATV -All Terrain Vehicles) turlara qatılın. 

Bütün səylərini daxili turizmin inkişafına yönəldən Nəqşicahan Holdinq Şirkətlər Qrupu xidmət sahələrini və çeşidlərini zənginləşdirməklə həm də yaxın gələcəkdə xarici turistləri daha yüksək səviyyədə qarşılamaq imkanları qazandı. Daxili turizmdə bir canlanma yaradan holdinq sosial şəbəkə hesablarında davamlı təbliğat işləri ilə postpandemiya dövrü üçün artıq kifayət qədər turist kontingenti toplayıb. Bu o deməkdir ki, istər dövlət tərəfindən, istərsə də, sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən müvafiq tədbirlər perspektivdə turizmin yenə də yüksələn xətlə dinamikasını təmin etmiş olacaq. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin də dediyi kimi: “Hər bir ölkənin həyatında turizm xüsusi yer tutur. Müasir dövrdə ölkələr turizmin inkişafında, daha çox turist cəlb etməklə ümumi inkişafın təmin olunmasında maraqlıdırlar. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı diqqət mərkəzindədir. Tarixi və dini turizmin, ekoturizmin, dağ turizmin, mədəni və sağlamlıq turizminin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Artıq Naxçıvan həm də turizm mərkəzinə çevrilmişdir”. 

Bəli, günümüzün reallıqları onu göstərdi ki, turizm mərkəzinə çevrilən Naxçıvanda yaşamağa, yaratmağa, gəzməyə dəyər. İstirahətini mənalı keçirmək üçün uzağa getmək şərt deyil. Hər mövsümə, hər zövqə, hər ailə büdcəsinə uyğun təklif olunan xidmətlərdən istifadə etməklə günümüzü əyləncəli və maraqlı keçirə bilərik. 

Turizm daim yenilik tələb edən bir sahədir. Turizm məhsulunu günün tələbinə uyğun təqdim etməksə artıq peşəkarların işidir. Peşəkarlara uğurlar arzusu ilə ...
                                                     

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Prezident İlham Əliyev: Zəngilan, Füzuli və Qubadlının bir neçə kəndləri işğaldan azad edildi

28-10-2020-16-33 Xəbərlər

Prezident İlham Əliyev: Zəngilan, Füzuli və Qubadlının bir neçə kəndləri işğaldan azad edildi

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı,...

Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib - VİDEO

28-10-2020-16-26 Xəbərlər

Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib - VİDEO

Ermənistan xüsusi təyinatlılarının Zəngilan rayonu ərazisində diversiya cəhdinin...

Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir - VİDEO

28-10-2020-16-03 Xəbərlər

Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir - VİDEO

Azərbaycan Ordusu erməni terrorçularından Bərdənin qisasını almağa davam edir.

Müdafiə Nazirliyi: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

28-10-2020-15-52 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

Oktyabrın 28-də saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən ...

Müdafiə Nazirliyi: Düşmən hərbi cinayətlərindən diqqəti yayındırmaq üçün dezinformasiya yayır

28-10-2020-15-09 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən hərbi cinayətlərindən diqqəti yayındırmaq üçün dezinformasiya yayır

Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğ...

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb

28-10-2020-14-42 Xəbərlər

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan ordusunun Bərdə şəhərini ...

Müdafiə Nazirliyi: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

28-10-2020-14-04 Xəbərlər

Müdafiə Nazirliyi: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərd...

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub, ölənlər var

28-10-2020-13-55 Xəbərlər

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub, ölənlər var

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub.

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır

28-10-2020-13-52 Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır

Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən ...

Naxçıvanda sahibkarlığın kreditləşməsi 82%-dən çox artıb

28-10-2020-13-37 Xəbərlər

Naxçıvanda sahibkarlığın kreditləşməsi 82%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 3...

Müdafiə Nazirliyi: Düşmən Tərtəri raket atəşinə məruz qoyub

28-10-2020-11-19 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən Tərtəri raket atəşinə məruz qoyub

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi...

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

28-10-2020-11-06 Xəbərlər

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

Azərbaycan Ordusuna məxsus PUA-nın cəbhə xəttində guya vurulması barədə Ermənist...

Qubadlı istiqamətində döyüşlərdə düşmənin atıb qaçdığı hərbi texnikaların videogörüntüsü - VİDEO

28-10-2020-10-33 Xəbərlər

Qubadlı istiqamətində döyüşlərdə düşmənin atıb qaçdığı hərbi texnikaların videogörüntüsü - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşməni...

Müdafiə Nazirliyi: Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər

28-10-2020-09-03 Xəbərlər

Müdafiə Nazirliyi: Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər

Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərin...

Düşmənin hücum cəhdinin qarşısı alınıb, canlı qüvvəsi və texnikası məhv edilib

28-10-2020-08-45 Xəbərlər

Düşmənin hücum cəhdinin qarşısı alınıb, canlı qüvvəsi və texnikası məhv edilib

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölməl...

Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

28-10-2020-08-34 Xəbərlər

Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

Oktyabrın 28-də saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayon...

Azərbaycanın DOLUNAYI, yaxud da ay var əsrə bərabər

27-10-2020-17-56 Xəbərlər

Azərbaycanın DOLUNAYI, yaxud da ay var əsrə bərabər

Tarix müəllimimiz deyirdi ki, Dara ilə böyük İskəndərin ordusu qarşı-qarşıya gəl...

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı uğurla icra edilir

27-10-2020-17-00 Xəbərlər

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı uğurla icra edilir

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf ko...

Milli Məclisin iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib - YENİLƏNİB

27-10-2020-16-27 Xəbərlər

Milli Məclisin iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib - YENİLƏNİB

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

27-10-2020-15-56 Xəbərlər

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstəri...

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

27-10-2020-14-21 Xəbərlər

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

Ermənistanın Milli Demokratik Birlik Partiyasının sədri Vazgen Manukyan ölkənin ...

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27-10-2020-13-51 Xəbərlər

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin...

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

27-10-2020-13-30 Xəbərlər

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

Müzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ...

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

27-10-2020-11-43 Xəbərlər

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının qərargah rəisi, "Ermənistan v...

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

27-10-2020-11-14 Xəbərlər

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

Qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın ölüm xəbəri yayılıb.

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

27-10-2020-10-47 Xəbərlər

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində u...

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

27-10-2020-10-30 Xəbərlər

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumu...

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

27-10-2020-08-35 Xəbərlər

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də ...

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

27-10-2020-08-30 Xəbərlər

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin b...

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

26-10-2020-18-04 Xəbərlər

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Vagina...