Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva, AMEA Naxçıvan Bölməsinin Tarix-Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev çıxış edib.

Vurğulanıb ki, Andranik və onun dəstəsinin silahlı hücumları nəticəsində Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kənd¬lərinin əhalisi tərk-silah olunub, xeyli hissəsi qətlə yetirilib. Cəhri, Sirab, Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Tivi, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilib.

1990-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu qədim Azərbaycan torpağında ermənilərin növbəti soyqırımı və işğal siyasətinin həyata keçirməsinin qarşısını alıb. Ulu öndərin rəhbərliyi ilə naxçıvanlılar torpaqlarımızı işğaldan qoruyub, yüzlərlə şəhid verərək bu torpaqda növbəti soyqırımı törədilməsinin qarşısını alıblar. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə mart soyqırımına dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Sonra “Soyqırım-Bakı” sənədli filmi nümayiş olunub.

Tədbir iştirakçıları  31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgiyə baxıblar.

Orxan Əzimov

NTVxəbər

www.naxcivantv.az