Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu gün muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında interaktiv əlaqə yaradılaraq “31 Mart Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda dərs keçirilib.

Naxcivantv.az xəbər verir ki, dərs zamanı muxtar respublikanın 210 məktəbi arasında canlı bağlantı yaradılıb, məktəblilərə tarixən xalqımızın başına gətirilən müsibətlər və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban verən şəhidlərimizin həyatı və göstərdikləri qəhrəmanlıqlar barədə ətraflı məlumat verilib. Muzeydə yer alan eksponatlar və tarixi fotoşəkillər erməni vandalizmini bir daha məktəblilərin gözləri önünə sərib.

“31 Mart Azərbaycanlıların soyqırımı günüdür” mövzusundakı dərsi muzeyin bələdçisi Rəqsanə Kərimova aparıb.

Bildirilib ki, Azərbaycan türkləri yeganə millətdir ki, bir əsrdə 4 dəfə soyqırımına məruz qalıb. Ermənilər öz havadarlarının köməyi ilə XX əsrin əvvəllərində, əvvəlcə Bakıda, sonra isə Azərbaycanın digər regionlarında, eləcə də Naxçıvanda azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Onların terrorçuluq fəaliyyəti zamanı təkcə insanlar soyqırımına məruz qalmayıb, Türk və İslam mədəniyyət mərkəzləri, tarixi abidələr də məhv edilib. Andranik və onun quldur dəstəsinin silahlı hücumları nəticəsində Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərk-silah olunub, xeyli hissəsi qətlə yetirilib. 

Aparılan bu soyqırımı siyasətinə ilk siyasi qiymətin məhz  ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi diqqətə çatdırılıb.

Xatirə muzeyində keçirilən interaktiv dərsi şagirdlərin böyük marağına səbəb olub.

Şahmərdan Əhmədli

Röyal Kərimov

Kənan Cəlilov

NTVxəbər

www.naxcivantv.az