Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Azərbaycanılara qarşı həyata keçirilən soyqırımı siyasəti”  mövzusunda elmi konfrans keçirilib.

Naxcivantv.az xəbər verir ki, əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Konfransada bölmənin sədri, akademik İsmayıl Hacıyev ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, repressiya və deportasiyaya məruz qalması barədə ətraflı məlumat verib.

Akademik İsmayıl Hacıyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırılması istiqamətində bölmə əməkdaşlarının da üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. Qeyd olunub ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları bu mövzuda tədqiqatlarını genişləndirməli, monoqrafiyalar, kitablar nəşr etdirməli, sənədli materiallar hazırlamalı, eyni zamanda internet vasitəsilə təbliğat aparmalıdırlar.

Konfransda  tarix üzrə fəlsəfə doktoru, Emin Şıxəliyevin “XX yüzilliyin əvvələrində  ermənilərin  azərbaycanlılara qarşı  törətdikləri soyqırımlar”, Musa Quliyevin “Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti”, İlhami Əliyevin “Ümummmilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi”, Elnur Kəlbizadənin “Ermənilərin azərbaycanlılara qarşı ərazi idalarında Naxçıvan”, Toğrul Xəlilovun “Azərbaycanlıların  indiki ermənistan ərazisindən  deportasiyası və onun nəticələri” mövzularında məruzələr dinlənilib.

Qeyd olunub ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı milli qırğın 1905-ci il fevral ayının ilk ongünlüyündə Bakıdan başlandı və tezliklə Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvana da yayıldı. Naxçıvandakı qırğın daşnakların və çar məmurlarının təhrikləri nəticəsində baş verdi.

Bildirilib ki, o dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Naxçıvan, Şərur-Dərələyəz və Ordubad bölgələrində ermənilərin Rusiyanın yardımı ilə soyqırımı törətdiklərini isbat edir.

Vurğulanıb ki, ermənilərin türkə olan nifrət psixologiyası və türkü öldürməkdən “mənəvi zövqalma” düşüncəsi 1918-ci ildə də davam etdi. Həmin illərdə Naxçıvanda azərbaycanlılara qarşı törədilən soyqırımında Andranik Ozanyan, Dro, Njde, Doluxanov və digər cəlladların başçılıq etdikləri dəstələr böyük rol oynadılar. Andranikin rəhbərliyi ilə erməni quldur dəstələri Araz çayı sahilindəki 4 min nəfərə yaxın əhalisi olan Yaycı kəndini yerlə-yeksan etmiş, kənd əhalisinin 2000-2500 nəfərini qətlə yetirmişlər. Ermənilər həmin dövürdə Babək rayonunun Sirab kəndində də byük qırğınlar trədiblər. 15 mindən artıq erməni quldurunun Sirab kəndinin  silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirilmişdir. Bu vaxt Andranik və onun dəstəsinin hücumları nəticəsində Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərksilah olunmuş, xeyli hissəsi qətlə yetirilmişdir. Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanəgah, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilmişdir.

1918-1921-ci illər arasında Naxçıvanda 73 min 727 nəfər ermənilər tərəfindən qətlə yetirilib.

Novruz Məmmədov

NTVxəbər

www.naxcivantv.az