Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar respublikada payız-qış mövsümündə rabitə və internet xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədilə hazırlıq işlərinə başlanılıb.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  Nazirliyin əməkdaşları Naxçıvan şəhərində rabitə xətlərinə, abunə qurğularına baxış keçirir, təmir işləri aparırlar. Mövsümə hazırlıqla əlaqədar rabitə xətləri, abunə qurğuları və fiber-optik sahəsi üzrə kabel ehtiyatı, eləcə də istismar edilən elektron qurğuların ehtiyat hissələri də yaradılır.

Qeyd edək ki, 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə də müvafiq tapşırıqlar verilib. Tapşırıqlara əsasən, yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqəti artırmalı, mal-material ehtiyatı yaradılmalıdır.

www.naxcivantv.az