Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

ABŞ mütəxəssisləri iflic olmuş insana əlini tərpətməyə imkan verən texnologiya yaradıblar

 Yeni yaradılan müxbir postları Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon İcra Hakimiyyətlərinin binalarında yerləşir.  

Naxcivantv.az xəbər verir ki, ötən müddətdə müxbir postlarında fəaliyyət göstərəcək bölgə müxbirlərinin hazırlanması istiqamətində də işlər başa çatdırılıb. 

Rayon icra hakimiyyətlərinin hər birində müxbir postları üçün ayrıca otaq ayrılıb, videomaterialların sürətli ötürülməsini təmin etmək məqsədi ilə müasir və sürətli kompüterlərdən istifadə olunaraq “İntranet” (FTP) şəbəkəsi quraşdırılıb. Bu şəbəkə audio və videomaterialların sürətlə mərkəzə ötürülməsini və operativliyi təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq,  çəkilişlər üçün ayrılan maddi xərcləri minimuma endirəcək.

Qeyd edək ki, görülən işlər Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar" keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qarşıya qoyduğu vəzifələrin icrasıdır. Müşavirədə keyfiyyətin daha da yüksəldilməsi, dövlət televiziyasının rayonlardakı müxbir postlarının fəaliyyətinin təmin olunması, 2017-ci ilin aprel ayından Naxçıvan Dövlət Televiziyasının və Radiosunun ümumi efir vaxtının artırılaraq 18 saata çatdırılması barədə tapşırıqlar verilib.

 

 

 

www.naxcivantv.az