Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib.

Ən yaxşı adını qazanmaq üçün yarışa cəlb edilən ştatdankənar kimya manqalarının şəxsi heyətinə təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra dünyanın qabaqcıl istehsalçılarının və ölkəmizin milli müdafiə sənayesinin istehsalı olan yüngül mühafizə vasitələri nümayiş etdirilib.

Yarış ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi və kütləvi qırğın silahlarından qorunma hazırlığı üzrə nəzəri biliklərinin və praktiki bacarıqlarının yoxlanılması məqsədilə keçirilib. Yarışda kütləvi qırğın silahlarından mühafizə üzrə normativlər yerinə yetirilib və nəzəri biliklərdən məqbullar götürülüb. Sonda qaliblər mükafatlandırılıb.

 

Nəriman  Nəcəfov

www.naxcivantv.az