Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu ta­nınmada güləşçilərimizin uğurları, beynəlxalq arenalarda əldə etdikləri nəticələrin böyük rolu var.

Ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilən idman siyasətinin, idmana və idmançılara göstərilən həssas münasibətin nəticəsidir ki, digər idman növləri kimi güləş məktəbi də getdikcə inkişaf edir, güləşçilərimiz yeni-yeni zirvələr fəth edir, bu yolda inamla irəliləyirlər.

Azərbaycanda idman dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezi­dent İlham Əliyevin bu sahəni daim diqqətdə saxlaması, idmançıların hazırlaşması üçün bütün lazımi şəraitin, infrastrukturun yaradılması, onların diqqət və qayğı ilə əhatələnməsi qələbələrin qa­zanılmasında ən mühüm amil­dir. Respublikamızda idmana və idmançılara göstərilən qayğı, idmana cavabdehlik daşıyan bütün qurumların – Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federa­siyalar, idman cəmiyyətləri, id­man mütəxəssisləri, məşqçilər və idmançıların vahid mövqe nümayiş etdirərək bir ailə kimi fəaliyyət göstərməsi uğurun əsas şərtidir.

Dövlətin idman sahəsindəki siyasəti, habelə Güləş Federasiyasının işini müasir tələblər səviyyəsində qurma­sı bu sahədə ciddi dönüşün yaranmasına səbəb olub. Belə ki, federasiya rəhbərliyi güləşi daha da kütləviləşdirmək, regionlarda çox sayda yeniyetmə və gənci güləşə cəlb etmək üçün genişmiqyaslı iş aparır. Güləş Federasiya­sının regionlarla sıx əlaqələr qurması, yerlərdə güləşçilərin qayğı və problemlərinə həssas münasibət bəsləməsi də bu sahədə önəmli addım sayıl­malıdır.

Naxçıvanda yaşayan beşqat dünya mükafatçısı Rövşən İsmayılxanlı respub­likada idmanın bu növü ilə bağlı söhbət zamanı dedi:

– Son 17 ildə Azərbaycan güləş məktəbinin nümayəndələri bütün ya­rışlarda böyük uğurlar əldə ediblər. Pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favo­riti kimi dəyərləndiriliblər. Avro­pa və dünya şempionatlarında, habelə beynəlxalq turnirlərdə çoxsayda qızıl, gümüş və bürünc medallar qazanıblar. Bu nəticələrlə güləşçilərimiz Azərbaycanın idman şöhrətini zirvələrdə saxlayıblar.

Dövlət başçısı İlham Əliyev Güləş Federasiyasının işini yüksək qiymətləndirib: “Son illər ərzində Güləş Federasiya­sında doğrudan da ciddi dönüş yaranıb. Çox gözəl ab-hava vardır. Bilirəm ki, idmançı­larla federasiya əməkdaşları arasında, məşqçilər arasın­da çox gözəl münasibətlər vardır. Bu, məni çox sevindirir və hesab edirəm ki, hər bir sahədə işlər düzgün təşkil olunanda nəticələr də yüksək olur. Bu qələbələr, ilk növbədə, idmançıların qələbələridir, onların uğurudur. Ancaq əlbəttə ki, məşqçilər, idman mütəxəssisləri, federasiya rəhbərliyi bu qələbəyə öz töhfəsini vermişdir”.

Hazırda güləş ölkəmizdə ən populyar idman növlərindən biridir. Bu, həm tarixi-ənənəvi köklərlə, həm də hazırda respublikamızda idmana, o cümlədən, güləşə olan münasibətlə bağlıdır. Qobus­tan qayalarının üzərində olan rəsmlər Azərbaycanda hələ qədim zamanlarda güləşlə məşğul olunduğunu göstərir. Tarixi kökü olan bu idman növü ölkəmizdə heç vaxt ənənəsini itirməyib. Düzdür, müəyyən vaxtlarda bu sahədə tənəzzül nəzərə çarpıb. Lakin uzun illər ərzində forma­laşan möhkən baza güləş məktəbinin tamamilə sıradan çıxmasına imkan verməyib. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan idmanının beynəlxalq miqyasda qazan­dığı ilk medallar da məhz güləşçilərimizin adı ilə bağlıdır.

Xatırladım ki, həmsöhbətim Rövşən İsmayılxanlı 1963-cü il iyunun 1-də Naxçıvanda ana­dan olub. O, 1970-77-ci illərdə şəhərdəki Q. Vəzirov adına 6 saylı orta məktəbdə oxu­yub. Sonra Bakı şəhər idman təmayüllü internat məktəbində və Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunda təhsil alıb. 1984-86-cı illərdə isə hərbi xidmətdə olub. 1986-cı ildən Naxçıvan MR “”Spartak” idman cəmiyyətində idman bazasının direktoru vəzifəsində çalışıb.

R.İsmayılxanlı 1990-2015- ci illərdə Naxçıvan MR Da­xili İşlər Nazirliyində müxtəlif vəzifələrdə xidmət edib. Bu­rada qüsursuz fəaliyyətə görə medallarla və əlaçı döş nişanı ilə təltif olunub. O, 1990-1994- cu illərdə sərhədlərimizin qorunmasında da fəallıq göstərib. Qarabağ müharibəsi veteranıdır.

R.İsmayılxanlı 1970-ci ildən idmanın güləş növü ilə məşğul olub. Ayrı-ayrı vaxtlar­da Bakı və Azərbaycan çem­pionu adını qazanıb. Beşqat dünya mükafatçısıdır.

R.İsmayılxanlı söhbətində güləşdə əldə etdiyi uğurlardan danışarkən, bir məqamı xüsusi vurğuladı:

–Respublikamızda bu idman növü tarixən ənənəsini qoruyub saxlayıb. Azərbaycan pəhləvanları dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında və digər mötəbər yarışlarda öz peşəkarlıqları və ustalıqları ilə xalqımızı sevindi­rib, bayrağımızı ucaldıblar.

Digər idman növləri kimi, güləş də ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. Elə bu­nun nəticəsidir ki, son illər beynəlxalq yarışlarda böyük uğurlar qazanan yeniyetmə, gənclər və əsas komanda üzvləri ilə yanaşı, veteran id­mançılarımız da iştirak etdikləri bütün turnirlərdən müxtəlif əyarlı medallarla vətənə qayı­dıblar.

R.İsmayılxanlının bu fikri­nin təsdiqi üçün bir faktı xatır­ladım. Ötən ilin oktyabr ayında Gürcüstanın paytaxtı Tbilisidə keçirilən veteran güləşçilər arasında 21-ci dünya çempio­natında məşhur pəhləvanımız, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən İsmayılxanlı yunan-Roma növündə Qazaxıstan, ABŞ, Macarıstan və digər ölkələrin təmsilçilərinə qalib gələrək bürünc medal əldə edib. Bu, veteran güləşçimizin ardıcıl olaraq dünya çempionatlarında qazandığı beşinci medal idi.

Yeri gəlmişkən, pəhləvanımız 2015-ci ildə Yunanıstanda bürünc, 2016- cı ildə Finlandiyada gümüş, növbəti il Bolqarıstanda gümüş və 2018-ci ildə Rusiyada gü­müş medala sahib çıxıb.

Hazırda Naxçıvan Dövlət Universitetində hüquq fənləri kafedrasında müəllim vəzifəsində çalışan veteran idmançı ulu öndər Heydər Əliyevin “Azərbaycanda güləş milli və ən məşhur idman növüdür, bütün dövrlərdə bizim çox məşhur güləşçilərimiz olmuşdur. Onlar müxtəlif beynəlxalq yarışlarda böyük uğur qazanmışlar” sözlərini daim rəhbər tutaraq gənc nəslin təlim-tərbiyəsində, idma­na cəlb edilməsində və zərərli vərdişlərdən uzaq olmasında yaxından iştirak edir və bunun üçün səylərini əsirgəmir.

Söhbətinin sonunda gənc və veteran idmançı­lara hərtərəfli dəstəyə görə fəaliyyət göstərdiyi Naxçıvan Dövlət Universiteti rəhbərliyinə təşəkkürünü bildirən R.İsmayılxanlı növbəti mundi­allarda da layiqli çıxış edərək yüksək nəticələr qazanmaq arzusu ilə yaşayır.

Vaqif Bayramov

“Xalq qəzeti”

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Prezident İlham Əliyev: Zəngilan, Füzuli və Qubadlının bir neçə kəndləri işğaldan azad edildi

28-10-2020-16-33 Xəbərlər

Prezident İlham Əliyev: Zəngilan, Füzuli və Qubadlının bir neçə kəndləri işğaldan azad edildi

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı,...

Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib - VİDEO

28-10-2020-16-26 Xəbərlər

Zəngilanda Ermənistan xüsusi təyinatlılarının qrupu məhv edilib - VİDEO

Ermənistan xüsusi təyinatlılarının Zəngilan rayonu ərazisində diversiya cəhdinin...

Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir - VİDEO

28-10-2020-16-03 Xəbərlər

Azərbaycan Ordusu düşməndən Bərdənin qisasını almağa davam edir - VİDEO

Azərbaycan Ordusu erməni terrorçularından Bərdənin qisasını almağa davam edir.

Müdafiə Nazirliyi: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

28-10-2020-15-52 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən Tərtər ərazisini yenidən atəşə tutub

Oktyabrın 28-də saat 15:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən ...

Müdafiə Nazirliyi: Düşmən hərbi cinayətlərindən diqqəti yayındırmaq üçün dezinformasiya yayır

28-10-2020-15-09 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən hərbi cinayətlərindən diqqəti yayındırmaq üçün dezinformasiya yayır

Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğ...

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb

28-10-2020-14-42 Xəbərlər

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan ordusunun Bərdə şəhərini ...

Müdafiə Nazirliyi: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

28-10-2020-14-04 Xəbərlər

Müdafiə Nazirliyi: Bərdə şəhəri "Smerç”lə vurulub, ölən və xəsarət alanlar var

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərd...

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub, ölənlər var

28-10-2020-13-55 Xəbərlər

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub, ölənlər var

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub.

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır

28-10-2020-13-52 Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır

Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən ...

Naxçıvanda sahibkarlığın kreditləşməsi 82%-dən çox artıb

28-10-2020-13-37 Xəbərlər

Naxçıvanda sahibkarlığın kreditləşməsi 82%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 3...

Müdafiə Nazirliyi: Düşmən Tərtəri raket atəşinə məruz qoyub

28-10-2020-11-19 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən Tərtəri raket atəşinə məruz qoyub

Humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi...

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

28-10-2020-11-06 Xəbərlər

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

Azərbaycan Ordusuna məxsus PUA-nın cəbhə xəttində guya vurulması barədə Ermənist...

Qubadlı istiqamətində döyüşlərdə düşmənin atıb qaçdığı hərbi texnikaların videogörüntüsü - VİDEO

28-10-2020-10-33 Xəbərlər

Qubadlı istiqamətində döyüşlərdə düşmənin atıb qaçdığı hərbi texnikaların videogörüntüsü - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşməni...

Müdafiə Nazirliyi: Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər

28-10-2020-09-03 Xəbərlər

Müdafiə Nazirliyi: Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər

Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərin...

Düşmənin hücum cəhdinin qarşısı alınıb, canlı qüvvəsi və texnikası məhv edilib

28-10-2020-08-45 Xəbərlər

Düşmənin hücum cəhdinin qarşısı alınıb, canlı qüvvəsi və texnikası məhv edilib

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölməl...

Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

28-10-2020-08-34 Xəbərlər

Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

Oktyabrın 28-də saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayon...

Azərbaycanın DOLUNAYI, yaxud da ay var əsrə bərabər

27-10-2020-17-56 Xəbərlər

Azərbaycanın DOLUNAYI, yaxud da ay var əsrə bərabər

Tarix müəllimimiz deyirdi ki, Dara ilə böyük İskəndərin ordusu qarşı-qarşıya gəl...

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı uğurla icra edilir

27-10-2020-17-00 Xəbərlər

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı uğurla icra edilir

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf ko...

Milli Məclisin iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib - YENİLƏNİB

27-10-2020-16-27 Xəbərlər

Milli Məclisin iclasında Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılması təsdiqlənib - YENİLƏNİB

Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

27-10-2020-15-56 Xəbərlər

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstəri...

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

27-10-2020-14-21 Xəbərlər

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

Ermənistanın Milli Demokratik Birlik Partiyasının sədri Vazgen Manukyan ölkənin ...

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27-10-2020-13-51 Xəbərlər

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin...

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

27-10-2020-13-30 Xəbərlər

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

Müzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ...

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

27-10-2020-11-43 Xəbərlər

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının qərargah rəisi, "Ermənistan v...

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

27-10-2020-11-14 Xəbərlər

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

Qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın ölüm xəbəri yayılıb.

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

27-10-2020-10-47 Xəbərlər

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində u...

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

27-10-2020-10-30 Xəbərlər

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumu...

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

27-10-2020-08-35 Xəbərlər

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də ...

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

27-10-2020-08-30 Xəbərlər

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin b...

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

26-10-2020-18-04 Xəbərlər

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Vagina...