Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Teleradiosu efir vaxtını artırdı

Naxcivantv.az xəbər verir ki, aprelin 1-dən etibarən Naxçıvan Dövlət Televiziyası və Radiosunun efir vaxtı daha 1 saat artırılaraq  aprel ayının proqram cədvəlində efir vaxtı 17 saatdan 18 saata çatdırılıb.

Bu gündən etibarən Naxçıvan Dövlət Televiziyası gündəlik efirini səhər saat 08:00-da başlayacaq və gecə saat 02:00-da başa çatdıracaq. Naxçıvan Dövlət Radiosu isə səhər saat 07:00-dan gecə saat 01:00-dək efirdə olacaq.

Qeyd edək ki, Naxçıvan Teleradiosunun qarşıdakı dövr üçün fəaliyyətində  Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu ilin yanvar ayında "Kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar" keçirilən müşavirədə Ali Məclisin Sədri cənab Vasif Talıbovun qarşıya qoyduğu vəzifələrin icrası əsas istiqamət kimi götürülüb. Müşavirədə keyfiyyətin daha da yüksəldilməsi, dövlət televiziyasının rayonlardakı müxbir postlarının fəaliyyətinin təmin olunması, 2017-ci ilin aprel ayından Naxçıvan Dövlət Televiziyasının və Radiosunun ümumi efir vaxtının artırılaraq 18 saata çatdırılması barədə tapşırıqlar verilib. 

www.naxcivantv.az