Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Radiosu internet üzərindən yayıma başladı

Bu gündən etibarən Naxçıvan Dövlət Radiosu internet üzərindən birbaşa yayıma başlayıb.

Naxcivantv.az xəbər verir ki, artıq Naxçıvan Dövlət Televiziyasının rəsmi internet saytı (www.naxcivantv.az) vasitəsilə Naxçıvan Dövlət Radiosunu dinləmək olar. 

Beləki, dinləyicilər həm kompüter, həm də mobil telefonlardan naxcivantv.az saytına daxil olaraq Naxçıvan Dövlət Radiosunu internetdən birbaşa dinləmək imkanı əldə edirlər.

Bununla da artıq   Naxçıvan Dövlət Radiosu həm ölkədə, həm də dünyada eşidələcək. Həmçinin radionun efir vaxtı da bu gündən etibarən daha 1 saat artırılaraq 18 saata çatdırılıb.

Bu gün Naxçıvan Dövlət Radiosunun yaradılmasından 85 il ötür. Naxçıvanda Radio Verilişləri Komitəsi 1932-ci il aprelin 1-də yaradılıb.

Qeyd edək ki, bu gün Naxçıvan Teleradiosunda bu münasibətlə tədbir keçirilib və 2017-ci ildə görülən işlərin təqdimatı olub.

Naxçıvan Dövlət Radiosu internet üzərindən yayıma başladı

www.naxcivantv.az