Təxminən otuz ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir.

Bu müddət ərzində Ermənistan mənəvi öhdəliklərinə və qanunla nəzərdə tutulmuş məsuliyyətinə məhəl qoymayaraq, azərbaycanlı uşaqları beynəlxalq sənədlərdə təsbit olunmuş əsas hüquqlardan, habelə Uşaq Hüquqları Konvensiyasında təsbit edildiyi kimi, BMT Nizamnaməsində elan edilmiş ideallar, xüsusilə də barış, ləyaqət, bərabərlik və həmrəylik ruhunda tərbiyə edilmək hüququndan məhrum edib. Ermənistan Mülki şəxslərin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və I Əlavə Protokolla uşaqlar üçün təmin edilməli olan müdafiəni, xüsusilə yaşamaq hüququ, fiziki cəza, işgəncə və kollektiv cəzanın qadağan edilməsi, eləcə də bu sənədlərdə müəyyənləşdirilmiş müharibənin aparılması qaydaları, o cümlədən mülki şəxslər və döyüşçülər arasında fərq qoymağın zəruriliyi və mülki şəxslərə qarşı hücumların qadağan edilməsi kimi qaydaları daim pozub. Bundan əlavə, Ermənistan I Əlavə Protokolda yer alan “uşaqlar xüsusi hörmət obyekti olmalı və hər cür nalayiq hücumlardan qorunmalıdırlar” kimi müəyyənləşdirilmiş xüsusi qoruma prinsipindən irəli gələn öhdəliyinə açıq şəkildə məhəl qoymayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan tərəfindən Azərbaycanda uşaqlara qarşı törədilən kobud hüquq pozuntularına dair məlumatında qeyd olunub.

Bildirilib ki, Ermənistan əhalini qorxutmaq və qaçmağa məcbur etmək üçün soyqırımı aktından istifadə edib. Təkcə 1992-ci ildə Xocalı qətliamında 63-ü uşaq olmaqla 613 mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb və bir çoxu şikəst edilib. IV Cenevrə Konvensiyasının 49-cu maddəsinə zidd olaraq üçdəbiri uşaq olan 1 milyon azərbaycanlı evlərindən zorla qovulub. Təxminən 15 il ərzində məcburi köçkün uşaqların böyük bir hissəsi Azərbaycan Respublikası hökumətinin böyük səyləri və ayırdığı büdcə vəsaitləri sayəsində sonradan ləğv edilmiş çadır şəhərciklərində və qatar vaqonlarından ibarət kəndlərdə yaşamaq məcburiyyətində qalıb. Azərbaycandakı məcburi köçkün uşaqlar, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri də daxil olmaqla, müvafiq sənədlərin müddəalarına baxmayaraq, təhlükəsiz şəkildə və ləyaqətlə öz torpaqlarına könüllü qayıtmaq hüququndan yararlana bilmirlər.

Dördüncü Cenevrə Konvensiyasının uşaqlara qayğı və təhsillə bağlı bütün qurumların fəaliyyətinin işğalçı dövlət tərəfindən təmin edilməsini nəzərdə tutan 50-ci maddəsinin əksinə olaraq, Ermənistanın Azərbaycana qarşı davamlı silahlı təcavüzü ölkəmizdə uşaqlar üçün infrastruktura ciddi ziyan vurub. Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin “dəstəkçilərindən” biri kimi təqdim edən Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə cavabdehdir. Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlı məktəblilər və tələbələr doğma yurdlarından didərgin salınıblar. On minlərlə azərbaycanlı uşaq təhsil hüquqlarını davamlı köçkünlükdən qaynaqlanan ciddi problemlərlə üzləşərək həyata keçirir. Cəbhə xəttinə yaxın ərazilərdə yaşayan çoxlu sayda uşaq daim Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri hədəfə alan atəş təhlükəsi altında dərslərinə qatılır.

Dördüncü Cenevrə Konvensiyasının girov götürülməsini açıq şəkildə qadağan edən 34-cü maddəsinə və Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə zidd olaraq, 224 uşaq Ermənistan tərəfindən girov götürülmüş və sonradan sərbəst buraxılmış, 29 uşaq hələ də erməni girovluğunda sayılır, 71 uşaq itkin düşüb.

Atəşkəs rejimi dövründə də Ermənistan uşaqları hədəf olaraq istifadə etmək kimi çirkin fəaliyyətlərdən çəkinməyib. Bu müddət ərzində 35-dən çox azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.

Sentyabrın 27-dən Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı yeni təcavüzə əl atıb. Nəticədə 3-ü uşaq olmaqla, 47 azərbaycanlı mülki şəxs öldürülüb, 15-dən çox uşaq yaralanıb, 38 məktəb də daxil olmaqla mülki obyektlər dağıdılıb. Sentyabrın 27-də Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin beş üzvü, o cümlədən iki məktəbli, 13 yaşlı Şəhriyar Qurbanov və 14 yaşlı Fidan Qurbanova Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Ermənistanın hücumları cəbhə zonasının və Ermənistanla sərhədin yaxınlığındakı yüzlərlə məktəbdə təhsil prosesinə ciddi ziyan vurub və azərbaycanlı uşaqların təhsil almaq hüququ bir daha pozulub.

Oktyabrın 11-də gecə saatlarında cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla, 34 nəfər yaralanıb, 3 uşaq hər iki valideynini itirib.

Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistanın mülki şəxsləri, o cümlədən uşaqları və mülki infrastrukturu hədəfə alması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və bu dövlətin irqçi və ksenofob siyasətinin bariz nümayişidir. Uşaqları öldürmək və yaralamaq, eləcə də məktəb və xəstəxanaları atəşə tutmaqla Ermənistan BMT Təhlükəsizlik Şurasının 1261 saylı (1999) qətnaməsinə əsasən münaqişələr zamanı uşaqlara qarşı ağır cinayətləri törətməkdə davam edir.

Uşaqlar gələcəyi təmsil edir. Bu gün beynəlxalq birlik bütöv bir nəslin on illərdir davam edən əzablarına məhəl qoymayaraq, haqq və qanunun aliliyini təmin etməməklə münaqişələrin davam etməsinə toxum səpir və gələcək nəsli qorumaq və onları təhlükəsiz mühitlə təmin etmək üçün ümumbəşəri mənəvi borcunu yerinə yetirməməklə dünyanın gələcəyini təhlükə altına alır. Bu baxımdan, beynəlxalq ictimaiyyəti, xüsusilə müvafiq beynəlxalq təşkilatları Ermənistanın Azərbaycan Respublikasında uşaqları və təhsil müəssisələrini qəsdən hədəfə almasına qarşı açıq şəkildə reaksiya verməyə və otuz ildir davam edən cəzasızlıq mühitini dayandırmaq üçün təsirli tədbirlər görməyə çağırırıq. Biz, həmçinin Ermənistanın Azərbaycanda uşaqlara qarşı ciddi qanun pozuntuları törətməsinə töhfə verən hərəkətlərdən, yəni bu ölkəyə siyasi, maliyyə və xüsusilə də hərbi dəstək verilməsindən çəkinməyə çağırırıq.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

27-10-2020-15-56 Xəbərlər

İqor Korotçenko: Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur

Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstəri...

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

27-10-2020-14-21 Xəbərlər

Vazgen Manukyan Paşinyanı istefaya çağırdı

Ermənistanın Milli Demokratik Birlik Partiyasının sədri Vazgen Manukyan ölkənin ...

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

27-10-2020-13-51 Xəbərlər

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin...

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

27-10-2020-13-30 Xəbərlər

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

Müzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ...

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

27-10-2020-11-43 Xəbərlər

Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ

Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının qərargah rəisi, "Ermənistan v...

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

27-10-2020-11-14 Xəbərlər

Qondarma rejimin "müdafiə naziri" ölüb - YENİLƏNİB

Qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın ölüm xəbəri yayılıb.

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

27-10-2020-10-47 Xəbərlər

XİN: Ermənistanın uşaq hüquqlarını pozmasının dayandırılması üçün beynəlxalq təşkilatları lazımi tədbirlər görməyə çağırırıq

Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində u...

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

27-10-2020-10-30 Xəbərlər

Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər - VİDEO

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumu...

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

27-10-2020-08-35 Xəbərlər

Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də ...

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

27-10-2020-08-30 Xəbərlər

Düşmənin xeyli canlı qüvvəsi, diviziyasının qərargah rəisi məhv edilib

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin b...

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

26-10-2020-18-04 Xəbərlər

Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Vagina...

Müdafiə Nazirliyi: Düşmən kvadrokopteri məhv edilib

26-10-2020-17-42 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən kvadrokopteri məhv edilib

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barəd...

Müdafiə Nazirliyi: Ağcabədi rayonu yenidən atəşə tutulub

26-10-2020-15-09 Xəbərlər

Müdafiə Nazirliyi: Ağcabədi rayonu yenidən atəşə tutulub

Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri...

Ermənistanın Azərbaycanla sərhəddə rusiyalı hərbçilərin səhra düşərgəsi salması barədə məlumatları feyk oldu

26-10-2020-13-59 Xəbərlər

Ermənistanın Azərbaycanla sərhəddə rusiyalı hərbçilərin səhra düşərgəsi salması barədə məlumatları feyk oldu

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində rusiyalı hərbçilərin səhra düşərgəsi...

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

26-10-2020-13-03 Xəbərlər

Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezid...

Müdafiə Nazirliyi: Ağcabədi rayonu atəşə tutulub

26-10-2020-12-14 Xəbərlər

Müdafiə Nazirliyi: Ağcabədi rayonu atəşə tutulub

Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan s...

Müdafiə Nazirliyi: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

26-10-2020-12-00 Xəbərlər

Müdafiə Nazirliyi: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir...

Separatçıların liderinin iclas keçirdiyi dəqiq yer məlum olub

26-10-2020-11-57 Xəbərlər

Separatçıların liderinin iclas keçirdiyi dəqiq yer məlum olub

Dağlıq Qarabağdakı qondarma rejim başçısı Araik Arutyunyanın keçirdiyi iclas uşa...

Qubadlı şəhərinin peykdən görüntüsü

26-10-2020-11-08 Xəbərlər

Qubadlı şəhərinin peykdən görüntüsü

“Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb.

Prezidentin köməkçisi erməni əsgərlərinin DSX-nin hərbi geyimindən istifadəsi ilə bağlı açıqlama yayıb

26-10-2020-10-46 Xəbərlər

Prezidentin köməkçisi erməni əsgərlərinin DSX-nin hərbi geyimindən istifadəsi ilə bağlı açıqlama yayıb

Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgə...

XİN: Ermənistan məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik edir

26-10-2020-10-39 Xəbərlər

XİN: Ermənistan məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymur və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizlik edir

Ermənistan silahlı qüvvələri oktyabrın 26-da saat 08.05-də yeni humanitar atəşkə...

Müdafiə Nazirliyi: Düşmən Ağdam rayonunu atəşə tutur

26-10-2020-10-04 Xəbərlər

Müdafiə Nazirliyi: Düşmən Ağdam rayonunu atəşə tutur

Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atə...

Düşmən Tərtər rayonunu atəşə tutub

26-10-2020-09-00 Xəbərlər

Düşmən Tərtər rayonunu atəşə tutub

Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozar...

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

26-10-2020-08-06 Xəbərlər

Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanita...

Qubadlı şəhəri işğalçılardan azad edilib

25-10-2020-23-02 Xəbərlər

Qubadlı şəhəri işğalçılardan azad edilib

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi...

Azərbaycan Ordusu tarix yazmaqda davam edir

25-10-2020-15-59 Xəbərlər

Azərbaycan Ordusu tarix yazmaqda davam edir

Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək u...

Baş Prokurorluq: Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatıb

24-10-2020-17-53 Xəbərlər

Baş Prokurorluq: Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatıb

Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və rake...

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir - VİDEO

24-10-2020-16-55 Xəbərlər

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir - VİDEO

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir.

Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI

24-10-2020-16-48 Xəbərlər

Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI

Ermənistan hökuməti oktyabrın 24-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərb...