Tarix müəllimimiz deyirdi ki, Dara ilə böyük İskəndərin ordusu qarşı-qarşıya gələndə məşvərətçilər İran ordusunun sayca çox üstün olduğunu xatırladır. İskəndər isə özündən əmin şəkildə deyir: “Mənim ordum qələbə çalmaq üçün, Daranın ordusu isə ölməmə k üçün döyüşür.”

Bir ay bundan öncə yalnız və yalnız qələbə çalmaq üçün başlanan Vətən Müharibəmiz otuz günü geridə qoydu. “Sayca çox olduğunu” zənn etdiyimiz düşmən isə ölməmək üçün döyüşdü. Ya da  zorla əlindəki silahla sərhəddə zəncirləndiyindən oturub ölümünü gözlədi... Paşinyan hakimiyyəti onu “sayca üstün” edənlərin, arxasına qısıldığı böyük güclərin qəfildən yox olduğunu görəndə isə, necə deyərlər, “quyruğu tapdanmış küçük” vəziyyətində qaldı.

Azərbaycan isə qələbə çalmaq üçün döyüşdü-səngərdə, siyasi arenada, siyasət meydanında, informasiya savaşında. Müharibə apardığımız ölkənin təkcə ermənilərdən ibarət olmadığını düşündükcə qələbəmizin miqyası daha da böyüyür. Görünən və görünməyən  düşmən bu döyüşdən payını aldı. Bir ayın sonunda Azərbaycanın qazandığı zəfər isə 30 illik Azərbaycan ordusunun hesabatı idi. Dosta da, düşmənə də göstərdik ki, bu ötən illərdə dərdimizi, kədərimizi, itkimizi bir kənara qoyub ən müasir silahlarla silahlandıq, o silahdan, texnikadan daha möhkəm, daha ötkəm olan sərkərdələr ordusu yetişdirdi Azərbaycan. Ali Sərkərdə müsahibəsində də söylədi: Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”. Bu Ali Sərkərdənin Azərbaycan əsgərinə verdiyi dəyərdir. Əli tətikdə olan hər bir döyüşçü bu inamdan, bu dəyərdən güc alır. Bu gün Azərbaycan əsgəri, zabiti, döyüşəni, döyüşməyəni, arxa, ön, fərq etməz, hansı cəbhədə olursa olsun, Sərkərdəsinə inanır. Bir şəhid xəbərinə “on igid könüllü döyüşə yazıldı” xəbəri gəlir. Şəhid atası başını dik tutur... Elə bu birlikdən doğur 30 günün qələbəsi - Cəbrayıl, Suqovuşan, Qubadlı, Zəngilan… Daha da artmaqdadır, hər gün genişlənməkdədir al bayrağımızın dalğalandırdığı ata yurdlarının xəritəsi...

Yola saldığımız 30 ildə bərəkətli 30 günü təkcə arzu, xəyal etmədik, həm də  inandıq. Erməni və onun havadarları ilə də türkün sözü ilə desək, “sahada və masada” hesablaşmağı bacardıq. Ali Sərkərdənin başlatdığı müqəddəs torpaqlara qayıtmaq uğrunda başlanan böyük müharibədə Azərbaycan xalqı bütün tarixi döyüş ənənələrini, milli kimliyini ortaya qoydu. Milli qürurumuz, türkün döyüşkən ruhu sanki əsrlərin o üzündən baş qaldırdı. Təkcə Cənubi Qafqazda deyil, bütün dünyada “Azərbaycanlı kimi döyüşmək” meyarını yaratdı. Qadına, uşağa, gücsüzə atəş açmadan, günahsıza toxunmadan, sadəcə silahlı qüvvələrlə haqq mübarizəsi aparmağın mümkün olduğuna inandırdı dünyanı.  

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - bu gün oxuyub paylaşdığımız ən gözəl  xəbər. Bu təkcə bir ayın qələbəsi deyil. 30 il boyu aparılmış düzgün siyasətin, yaradılan ordu quruculuğunun, ötən əsrdən bəri torpağını itirə-itirə gələn Azərbaycanın tarixi ”kükrəməsi”, yenidən özünə qayıdışı, şair demişkən “yatmış vulkanın oyanmasıdır”.

“Qarabağ Azərbaycandır! - bu Qarabağın Azərbaycan üçün nə qədər böyük dəyəri olduğunu anlamaq üçün ən gözəl ifadədir. Qarabağdan keçmək həm də bütöv Azərbaycandan, sərhəddindən, səngərindən, suyundan, havasından, günəşindən keçməkdir. Və biz bu yoxluğu iliklərimizə qədər hiss etdik. Nə böyük yanğı, nə böyük kədər olduğunu qundaqdakı körpədən ahıl qocaya qədər yaxşı bilir. Elə o əzbərə bildiyimizi də 30 ildir dünyanın kar qulağına qışqırırıq: “Ay dünya, onlar bizim təkcə tarixi torpaqlarımızı almadı, bir milyon insanımızı öz evindən didərgin saldı. Qundaqdakı körpəmizə atəş açdı. Tariximizə, mədəniyyətimizə sahib çıxırlar, ocağımızı, odumuzu dağıdırlar”. Onlarsa  özlərini karlığa, korluğa, lallığa vurmuşdular... Ancaq indi dinləyirlər. Ali Sərkərdə ötən bir ayda dünyanın ən məşhur, ən çox oxunan, dinlənən, izlənən medya sahiblərinə müsahibə verdi. Azərbaycan dərdini, istəyini böyük arenada dilə gətirdi. Həm də dünyanın ən çox eşidilən dillərində. Sərkərdəlik etdiyi ordunun səngərdəki gücündən, xalqın qırılmaz iradəsindən güc aldı. Hər müraciətində, hər müsahibəsində xalqa inamını ifadə etdi, xalqı inandırdı. Bu bir ay müddətində necə həyəcanla dinlədik, cümlə-cümlə əzbərlədik...

...Və bir ay sonra. Bu gün səhərdən Nuhçıxan İnformasiya Agentliyində paylaşdığımız xəbərlərin sərlövhələrindən sadəcə bir neçəsi müharibənin gedişatından xəbər verir - "Azərbaycan Zəngəzura çatıb" - Ermənistan Müdafiə Nazirliyi”, “Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər”, “Qondarma rejimin "müdafiə naziri" ölüb”,  Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ, “Başıaşağı erməni zabitləri-Bunkerdə keçirilən iclas,” Vazgen Manukyan Paşinyanı istefaya çağırdı”, “Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin yeni siyahısını açıqlayıb”, “Paşinyan Trampa gileyləndi”,  “Ermənistanda ərzaq bahalaşdı”, “Düşmən dövlət uşaqları müharibəyə cəlb edir” və s. Siyahını böyük məmnuniyyətlə uzada bilərəm.

Bir yandan təlxək birinin əlindəki idarəçilik, məğlub bir ordu, aclıq, susuzluq - budur ermənilərin müharibə həqiqəti. Etiraf edim, bəzən düşmən ölkənin düşdüyü vəziyyəti, dövlət idarəçiliyində təmsil olunanların “bəyanatlarını” oxuduqca gülürəm. Bəs hanı sizin “dənizdən dənizə böyük Ermənistanınız”? Yəqin indi Paşinyanın xəyal gəmiləri üzür o “dənizlərdə”... Ya da  siyasətdən əl çəkib “ev tapşırığını” həll edir: Azərbaycan ordusu bir aya Laçın dəhlizinə çatıbsa, Yerevana neçə günə çatar?

Armen Sarkisyan, Nikol Paşinyan, Arayik Harutyunyan isə hakimiyyətlərini düşünür, nəinki “erməni xalqının müqəddəratını”. Bir  qan gölü yaratdılar Qafqazda, indi o göldə  özləri boğulur...

Biz isə Ali Baş Komandanın açıqlayacağı yeni xəbərləri həvəslə gözləyirik... Hər gün bir yenisi əlavə olunacaq azad olunmuş torpaqlarımıza, buna əminik... Gələn ayın sonu hesabat siyahısı daha geniş olacaq...

                                                                              

Fizzə Bağırova

NUHÇIXAN

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

17-11-2020-18-25 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir

19 noyabr tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxç...

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

17-11-2020-16-27 Rəsmi

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimi...

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

17-11-2020-15-49 Xəbərlər

Ermənistan XİN rəhbərinin müavini də istefa verdi

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın da vəzifəsindən iste...

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

17-11-2020-12-54 Xəbərlər

Paşinyanın on minlərlə erməni ilə bağlı gizli statistikası aşkarlandı

Son iki il yarım müddətində Ermənistanda vətəndaşlıqdan imtina ilə bağlı 16 894 ...

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

17-11-2020-11-20 Xəbərlər

Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlah...

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

17-11-2020-00-00 Xəbərlər

30 il əvvəl Naxçıvanda qaldırılan üçrəngli bayrağımız bu gün vüqarla dalğalanır

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yeni...

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

16-11-2020-20-32 Xəbərlər

Dövlət Gömrük Komitəsində çalışan işçilər üçün attestasiya imtahanı keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan Naxçıvan Muxtar Respublik...

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

16-11-2020-18-41 Xəbərlər

Paşinyan: “Son iki gündə Şuşadan 300-dən çox erməni hərbçinin meyiti götürülüb”

"Şuşanı saxlamaq mümkün olsaydı, saxlayardıq”.

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

16-11-2020-18-19 Rəsmi

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub.

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

16-11-2020-14-34 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradıldı

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Şəhər İcra Hakimiyyətindən m...

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

16-11-2020-12-50 Xəbərlər

Türk əsgərlərinin Qarabağa göndərilməsinə dair sənəd Parlamentə təqdim edildi

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Mil...

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

16-11-2020-11-26 Xəbərlər

Paşinyan: “Yüzlərlə hərbçimiz itkin düşüb”

Qarabağda itkin düşən bir neçə yüz əsgərimiz var.

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

16-11-2020-10-35 Xəbərlər

Ermənilərin Kəlbəcərdən çıxarılması üçün ayrılan vaxt niyə uzadıldı?

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğal...

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

16-11-2020-09-48 Xəbərlər

Paşinyan hərbçiləri Qarabağdan Yerevana çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Qarabağdan Yerevana qayıtmağa ...

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

16-11-2020-09-00 Xəbərlər

Misir portalı “Şuşa həqiqətləri” sənədli videoçarxı haqqında məqalə yayıb

Misirin “Nile1” informasiya portalının baş redaktoru Mahmud Diab Azərbaycanın qə...

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15-11-2020-16-46 Xəbərlər

General-mayor Hüseyn Mahmudov: Azərbaycan Ordusunun qüvvələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bə...

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

15-11-2020-15-21 Xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istəyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının b...

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

15-11-2020-15-11 Xəbərlər

Hikmət Hacıyev: Kəlbəcərdə məskunlaşmış mülki əhali tamamilə qanunsuz xarakter daşıyır

Azərbaycanın Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmanın nəticələri aradan qa...

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

15-11-2020-14-24 Xəbərlər

Türkiyə mediası: Kəlbəcəri tərk edən ermənilər evləri və meşələri yandırırlar

Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə ...

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

15-11-2020-10-56 Xəbərlər

Qarabağ müharibəsində Ermənistan tərəfdən muzdluların döyüşməsi ilə bağlı yeni fakt ortaya çıxıb

Qarabağ müharibəsində Ermənistan tərəfdən xarici muzdluların, o cümlədən terrorç...

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

14-11-2020-17-56 Xəbərlər

Rusiyalı jurnalist: Düşünürəm ki, Paşinyan hakimiyyətinin sonuna az qalıb, noyabrın 10-dan onun üçün geri sayım başlayıb

Ermənilər məğlubiyyətə görə kimə “borclu” olduqlarını anlayırlar və bu səbəbdən ...

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

14-11-2020-15-55 Xəbərlər

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan

Azərbaycanın müzəffər Qələbəsini özündə ehtiva edən, Azərbaycan, Rusiya və Ermən...

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

14-11-2020-12-45 Xəbərlər

Mühasibat isçilərinə əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları ilə bağlı təlim keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Naxçıvan Muxtar Respublikas...

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

14-11-2020-11-24 Xəbərlər

Xankəndi də boşalıb-Şəhərdə erməni hərbçiləri belə yoxdur

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “RİA Novosti” Azərbaycanın işğal ...

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

14-11-2020-11-05 Xəbərlər

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya...

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

13-11-2020-16-05 Xəbərlər

Milli Məclis Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 13-də keçirilən iclasında Azər...

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

13-11-2020-14-57 Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türk Ordusunun heç bir birliyinin bayrağı son əsgəri can vermədən torpağa düşməyib

Əsgərlikdə bayrağın mənasını, müqəddəs bir əmanət olduğunu ən yaxşı siz bilirsin...

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

13-11-2020-12-18 Xəbərlər

Paşinyan: 20 min əsgərimiz mühasirəyə düşəcəkdi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paş...

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

13-11-2020-10-50 Xəbərlər

Hulusi Akar: “Türkiyənin Qarabağdakı yeri həm ərazidə, həm də danışıqlar masasındadır”

“Qarabağ sazişində Türkiyənin yeri harada deyə soruşanlara cavab verirəm: Türkiy...

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

13-11-2020-09-24 Xəbərlər

Avropa İttifaqının ali nümayəndəsi Dağlıq Qarabağa dair bəyanatı müsbət qiymətləndirib

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının...