Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan əhalisinə müraciət edərək Qarabağla bağlı razılaşmanın imzalanmasının səbəblərinə aydınlıq gətirib.

Onun sözlərinə görə, Ermənistan və onun xalqı çox çətin günləri yaşayır, insanların qəlbində kədər, gözlərində yaş var.

"27 sentyabrda başlayan müharibə ictimai xəyal qırıqlığına səbəb olan bir sənədin imzalanması ilə yekunlaşdı. Bəs bu zərərli sənəd niyə imzalanıb? Bu, Silahlı Qüvvələrin Baş Qərargahının Müdafiə Nazirliyinin müharibənin təcili olaraq dayandırılması lazım olduğunu və Xankəndini bir neçə saat ərzində itirə biləcəyimizi söyləməsindən sonra baş verdi”,- deyə N.Paşinyan qeyd edib.

"Əslində Xankəndinin itirilməsi Əsgəran və Ağdərənin itirilməsinə səbəb olardı. Bu şəhərləri müdafiə etmək üçün kifayət qədər döyüşə hazır qüvvəmiz yox idi. Bu şəhərlərin itirilməsi ilə 20 mindən çox əsgər və zabitimiz mühasirəyə düşəcəkdi, ölmək və ya əsir düşmək ehtimalı vardı. Kəlbəcər və Laçının süqutu qaçılmaz idi”,- deyə N.Paşinyan etiraf edib.

Ermənistanın Baş naziri bildirib ki, məhz bu səbəblərdən irəli gələrək sözügedən müqaviləni imzalamaq məcburiyyətində qalıb.

www.naxcivantv.az