Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Namiq Paşayev Naxçıvan Muxtar Respublikası  Dövlət  Energetika Xidmətinin rəisi təyin edildi-SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı aprelin 11-də Sərəncam imzalayıb.

Naxcivantv.az-ın məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin edilsin”.

Naxcivantv.az-ın məlumatına görə, vəzifəyə yeni təyin edilən Namiq Paşayev bundan əvvəl həmin qurumda müavin vəzifəsində çalışıb.

Qeyd edək ki, Ali Məclisin Sədri aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin yaradılması haqqında Fərman imzalayıb.

 

www.naxcivantv.az