Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Aprelin 11-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda İtaliyanın "Yuventus" komandası (Turin) doğma meydanda "Barselona"nı (İspaniya) qəbul edib.

Naxcivantv.az xəbər verir ki, komandalar arasında sayca səkkizinci olan qarşılaşmada turinlilər 3:0 hesabı ilə qalib gəliblər.

Oyunda hesab matçın 7-ci dəqiqəsində açılıb. "Yuventus"un argentinalı legioneri Dibala cərimə meydançasına ötürmədən sonra dəqiq zərbə ilə hesabı açıb - 1:0. On beş dəqiqə sonra kataloniyalıları ək-hücumda yaxalayan "Yuventus" ikinci topu "Barselona"nın qapısından keçirib. Bu dəfə də Dibala adını tabloya yazdırıb. Matçın 55-ci dəqiqəsində isə topa başla dəqiq zərbə endirən Kyellini "Yuventus"un qələbəsini rəsmiləşdirib - 3:0. Matç bu hesabla da başa çatıb.

Beləliklə, ilk oyunda "Barselona"ya 3:0 hesabı ilə qalib gələn "Yuventus" cavab matçı üçün sərfəli nəticə əldə edib.

Qeyd edək ki, "Yuventus"-"Barselona" matçı ilə paralel keçirilməli olan "Borussiya Dortmund"-"Monako" qarşılaşması ev sahibi komandanın futbolçularını daşıyan avtobusun yaxınlığında törədilən partlayışlarla əlaqədar təxirə salınıb.

www.naxcivantv.az