Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Bank Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarı ilə bu ildən kreditlərin faiz dərəcələri aşağı salınıb.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Hafiz İsmayılbəylinin naxcivantv.az – a verdiyi məlumat görə, muxtar respublika üzrə banklar tərəfindən 2017-ci ilin yanvar-mart aylarında verilmiş kreditlərin həcmi 5 milyon 21 min manat olub:

“Bunun 1 milyon 252 min manatı qısamüddətli, 3 milyon 769 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. Həmin müddətdə verilmiş kreditlərin 14,3 faizini və ya 716 min manatı kənd təsərrüfatının kreditləşdirilməsinə yönəldilib. Cari ildə banklar tərəfindən kənd təsərrüfatına əsasən əkinçilik, bostan-tərəvəz məhsullarının istehsalı üçün kreditlər verilərkən aşağı faiz dərəcələrinin tətbiq edilməsi nəzərdə tutulub”.

Kredit mütəxəssisi Azad Əliyev bildirib ki, kənd təsərrüfatı üzrə heyvandarlığa, arıçılığa 15 faizlə, taxılçılığa, kartofçuluğa, bostan-tərəvəz və qarğıdalı kimi əkinçilik sahələrinə 13 faizlə kreditlər verilir.

“Muxtar respublika sakinləri istehlak kreditlərini 18 faizdən 17 faizə, kart kreditlərini 20 faizdən 18 faizə, bankın öz vəsaiti hesabına verilən ipoteka kreditlərini isə 11 faizdən 10 faizə götürə bilərlər. Onu da qeyd etmək lazımdır ki, ipoteka krediti üzrə faiz dərəcəsinin aşağı salınması Naxçıvan Bank tərəfindən əvvəlki illərdə verilmiş kreditlərə də şamil olunur”.

Cari ildə Naxçıvan Bank Açıq Səhmdar Cəmiyyəti 2 milyon 350 min manat kredit verib. Bu vəsaitin 371 min 600 manatı kənd təsərrüfatı sahəsini əhatə edir. Belə ki, kreditin 120 min manatı heyvandarlıq sahəsinin, 230 min manatı isə əkinçilik sahəsinin payına düşür. 

Qeyd edək ki, bank tərəfindən  ipoteka kreditlərinin verilməsi də davam etdirilir. Bu il 9-u güzəştli olmaqla, ümumilikdə 17 ailə ipoteka krediti ilə mənzilə sahib olub.

Əbülfəz Dünyamalıyev

NTVxəbər

www.naxcivantv.az