Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 aprel tarixli Sərəncamları ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib.

Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının inşaatçıları da vardır. Onlar öz sevinclərini naxcivantv.az – ın əməkdaşları ilə bölüşüblər.

Mirabdulla Seyidov “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib. Deyir ki, mənə verilən fəxri ad kollektivin zəhmətinin nəticəsidir:

“Hazırda Şərur rayonunun kəndlərində tikinti-quruculuq işləri ilə məşğul oluruq.  Son illər Naxçıvanın bütün kəndləri abadlaşıb, yeni yollar çəkilib, körpülər salınıb. Bütün bu işlərin əsasında dövlətimizin insanlara qayğısı və inşaatçılarn zəhməti dayanır. Çəkilən zəhmət qiymətləndiriləndə isə bu, ikiqat sevinc və məsuliyyət yaradır. Biz hazırda Şərur rayonunun  Qarahəsənli və Ərəbyengicə kəndlərində məktəb, kənd və xidmət mərkəzləri tikirik. Çalışacağıq ki, bundan sonra da muxtar respublikada aparılan quruculuq işlərində fəal iştirak edək. Əməyimizə verilən yüksək qiymətə görə, Hörmətli Prezidentimizə, həmçinin Muxtar Respublika Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildiririk”.

“Tərəqqi” medalı ilə təltif edilən Cəlal Seyidov 20 ilə yaxındır ki Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsində çalışır:

“Bu müddət ərzində şəhərimizin gözəlləşməsində, abadlaşdırılmasında əlimizdən gələni əsirgəməmişik. Əməyim yüksək qiymətləndirilib. “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bu, mənim üçün böyük sevincdi. Bundan sonra da səylə çalışıb, bu qiymətə layiq olacağıq”.

“Tərəqqi” medalı ilə təltif edilən inşaatçılardan biri də uzun illərdir tikinti sahəsində çalışan Rizvan Abbasovdur. O, hazırda Babək rayonunun Payız və Gərməçataq kəndlərində aparılan kompleks quruculuq işlərini icra edir. Bildirir ki, bu medal təkcə mənim əməyimə deyil, bütün inşaatçıların əməyinə verilən qiymətdir:

“Bu yüksək qiymətə görə dövlətimizə dərin minnətdarlığımı bildirirəm”.

Telman İbrahimov da “Tərəqqi” medalı ilə təltif edilib. Hazırda Naxçıvan Yol Təmir-Tikinti İdarəsində çalışır:

“Burada iş icraçısıyam. Fəxr edirəm ki, muxtar respublikamızda yeni yolların salınmasında, abadlaşdırılmasında bizim kollektivin də əməyi az deyil. Son illər rayon və kəndlərə yüzlərlə kilometr asfalt etr asfalt yollar salmışıq, körpülər, su keçidləri tikmişik. Mənim əməyim dövlət tərəfindən yüksək qiymətləndirilib. Dövlətimizə minnətdarıq ki, sadə zəhmət adamlarına hər cür qayğı və diqqət göstərir. Çalışacağam ki, bundan sonra da etimadı doğruldum”.

Biz də təltif olunanları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Əbülfəz Dünyamalıyev

NTV Xəbər

www.naxcivantv.az