Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən naxcivantv.az-a verilən məlumata görə, İyul ayının 7 və 8-də keçirilməsi nəzərdə tutulan tədbirin təşkilatçıları AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsidir.

Tarix, coğrafiya, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, ədəbiyyat, turizm, mədəniyyət, memarlıq, incəsənət sahələrində araşdırma aparan tədqiqatçıların məruzə mətnləri 31 may tarixinədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçr ünvan vastəsi ilə qəbul ediləcək.

Beynəlxalq konfransda iştirak etmək istəyənlər tədbirlə bağlı bütün məlumatları AMEA Naxçıvan Bölməsinin ameanb.nakhchivan.az veb saytından tanış ola bilərlər.

www.naxcivantv.az