Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda gənclər hərbi xidmətə yola salınır

Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin qarantıdır. Bu gün ordumuzda döyüş ruhu yüksəlib, güclü maddi-texniki baza yaradılıb.”

Naxcivantv.az xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində keçirilən gənclərin hərbi xidmətə yola salınması mərasimində səsləndirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Naxçıvan Şəhər Təşkilatının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və ŞəhidAilələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxış edərək hərbi xidmətə yola salınan gənclərə uğurlar arzulayıblar.

Çağırışçılar adından çıxış edən Bilal Əhmədov Vətənin keşiyində ayıq-sayıq dayanacaqlarına, komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyev bildirib ki, ordumuzun ötən il qazandığı zəfərin ildönümünün qeyd edildiyi bir vaxtda hərbi xidmətə yola düşmək gənclərimiz üçün ikiqat bayramdır. Bu gün mobil və yüksək döyüş hazırlığına malik olan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu hesab edilir.

 Həmin gün Babək rayonunda da gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

www.naxcivantv.az