Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvanın hansı tərəfində olduqsa, orada bir füsunkarlıq, gözəllik gördük” – İnfo-tur iştirakçısı Fəriba Mirsefidi

Xəbər verdiyimiz kimi, info-tur çərçivəsində Türkiyə, İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib.

Naxçıvanın mövcud turizm potensialı qonaqlarda böyük maraq oyadıb və onlardan bir neçəsi öz təəssüratlarını “Şərq qapısı” qəzetininoxucuları ilə bölüşüb.

İnfo-tur iştirakçısı Ruslan Quliyev Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədridir. Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıqdan sonra bildirir ki, mərkəzdə yaradılmış şərait muxtar respublikaya üz tutan turistlərin sayının daha da çox olmasına imkan imkan verir.

“Naxçıvanın hansı tərəfində olduqsa, orada bir füsunkarlıq, gözəllik gördük” – İnfo-tur iştirakçısı Fəriba Mirsefidi

“Bizim qurumun əsas məqsədi, adından da göründüyü kimi, ölkəmizdə sağlamlıq və termal turizmə dəstəyi özündə əks etdirir. Duzdağ Fizioterapiya Mərkəzi də Naxçıvanın turizm potensialında mühüm əhəmiyyəti ilə seçilən yerlərdən biridir. Hər il bura dünyanın müxtəlif ölkələrindən bronxial-astma xəstəliyindən əziyyət çəkən xeyli insan gəlir. Bu ildən başlayaraq biz Pribaltika ölkələrində bu mərkəzin tanıdılması istiqamətində işlərə başlayacağıq. Bundan əlavə, Naxçıvanın hərtərəfli inkişafı, burada həyata keçirilən quruculuq və abadlıq tədbirləri muxtar respublikaya turist axınının artmasına imkan verir. Ümid edirik ki, qarşıdakı illərdə biz bunun şahidi olacağıq”.

Fəriba Mirsefidi  İran İslam Respublikasının “Mişo parvaz Təbriz” turizm şirkətinin menecmentidir. O isə təəssuratlarını belə ifadə etdi:

 “Hərşeydən əvvəl deyim ki, burada bütün küçələr, yollar çox təmizdir. Müasir dövrdə bunu qoruyub saxlamaq elə də asan deyil. Digər tərəfdən Naxçıvan çox gözəldir. Şəhərdə müasirliklə qədimlik bir-birini tamamlayır. Burada olduğumuz müddətdə Naxçıvanın bir çox gəzməli-görməli yerlərində olduq. Təbiətin qoynunda yer alan Batabat yaylağı, Ağbulaq turistlər üçün əsl istirahət məkanlarıdır. Əshabi-Kəhf ziyarətgahı haqqında isə çox eşitmişdim, amma burada olmamışdım. Çox möhtəşəm bir yerdir. Məlumatım var ki, İran İslam Respublikasından ziyarət üçün bura gələnlər çox olur. Çalışacağıq ki, bundan sonra bizim də bu ziyarətə gələnlərə köməyimiz olsun. Duzdağ Fizioterapiya Mərkəzi isə məni çox təəccübləndirdi. Naxçıvanın hansı tərəfində olduqsa, orada bir füsunkarlıq, gözəllik gördük. İnanıram ki, Naxçıvan bütün bu gözəllikləri ilə qarşıdakı illərdə daha çox turist qəbul edəcək”

www.naxcivantv.az