Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Yeməli və faydalı: britaniyalı alimlər yosundan butulka hazırlayıblar

İngiltərədə su üçün yeməli butulka ixtira edilib. Mühəndislər belə butulkaların seriyalı istehsalına başlamaq niyyətindədirlər.

Naxcivantv.az xəbər verir ki, “Moskovski komsomolets” nəşrinə istinadla xəbər verir ki, butulkalar kalsium xloridlə natrium alqinat qatışığından ibarət olan qonur yosunlardan əldə edilmiş innovativ materialdan hazırlanıb. Maddə gelyaratma metodunun köməyi ilə istənilən formaya, o cümlədən butulka formasına düşür. Vizual şəkildə meduzanı xatırladan belə material yeməlidir və ətraf mühit, eləcə də insan üçün təhlükəsizdir.

Yosundan hazırlanmış bu material hələ 2014-cü ildə ixtira edilib, amma belə butulkaların seriyalı istehsalına yalnız indi başlamaq qərara alınıb. Yeni su butulkalarının 2017-ci ilin sonuna qədər satışa çıxarılacağı gözlənilir.

 

www.naxcivantv.az