Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa edəcək

Böyük ədib Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin təmirə ehtiyacı var. Xeyli vaxtdır baxımsız olduğu üçün binanın divarlarında çatlar yaranıb.

Muzeydə saxlanılan və C.Məmmədquluzadənin Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlərin afişaları, “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bir hissəsi də tam yararsız vəziyyətə düşüb.

Naxcivantv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstandakı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və müavini Mayak Nemətov böyük ədib, dramaturq Cəlil Məmmədquluzadənin Tbilisinin mərkəzi Besik küçəsindəki ev-muzeyində olublar.

1997-ci il oktyabrın 11-də açılan böyük ədibin ev-muzeyinin təmir və yararsız vəziyyətə düşmüş materialların bərpa olunacağı bildirilib.

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev –muzeyi əvvəlki fəaliyyətini bərpa edəcək

www.naxcivantv.az