Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə Şahbuz rayonunda tədbir keçirilib

Naxcivantv.az xəbər verir ki, tədbirdə Şahbuz rayon aqsaqqalları və ziyalıları, rayon təhsil işçiləri, müəllim və şagirdlər, universitet əməkdaşları iştirak ediblər.

Tədbiri Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov açaraq muxtar respublikada elm və təhsilin inkişaf səviyyəsindən, Naxçıvan Dövlət Universitetinin 25 illik, 30 və 40 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunmasından, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2017-ci il tarixdə imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb, universitet kollektivini yubiley münasibətilə təbrik edib.

 Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov universitetin keçdiyi inkişaf yoluna nəzər salaraq bildirib ki, 1967-1968-ci tədris ilində cəmi 3 ixtisas üzrə kadr hazırlığına başlanan bu ali təhsil ocağında hazırda 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır. Prorektor universitetin maddi-texniki və tədris bazası, 108 hektar sahədə yerləşən 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası və Tələbə evi, Media mərkəzi və digər struktur qurumları, beynəlxalq əlaqələri, elektron universitet quruculuğu istiqamətində qazandığı uğurlar haqqında geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti 2009-cu ildə Avropa Rektorlar Klubu tərəfindən “Minilliyin Universiteti” adına layiq görülüb, 2015-ci ildə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlində birinci yeri tutub.                  

Universitetin Botanika kafedrasının müdiri, dosent Musa Piriyev, dosent, şair-publisit Xanəli Kərimli universitetin dünyaya inteqrasiya istiqamətində əldə etdiyi nailiyyətlərdən, Şahbuz rayonunda ziyalı mühitinin formalaşmasındakı rolundan danışıblar.

Tədris işləri üzrə dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İbrahim Rüstəmov universitetin ilk məzunu və burada 45 illik elmi-pedaqoji fəaliyyət göstərən alim ziyalı kimi universitetin inkişaf yolundan iftixarla danışıb.          

Universitetin Ümumi təbabət kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinini deputatı Cəbi İsmayılov, Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli, Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov universitetin milli təhsil tarixindəki özünəməxsus yerindən, burada humanitar və tibb elmləri istiqamətində kadr hazırlığının səviyyəsindən söz açıb, öz təbriklərini çatdırıblar.

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə Şahbuz rayonunda tədbir keçirilib

Mehriban Sultan

NTV Xəbər

 

www.naxcivantv.az