Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclası keçirilib

Naxcivantv.az xəbər verir ki, iclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərlinin məruzəsi dinlənilib.

Bildirilib ki, bu il mart ayının 16-da keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Ali Məclisin Sədri deyib: “Partiyamızın dünəni quruculuq, bu günü isə yaradıcılıq tarixidir”.

Qeyd olunub ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, partiyanın Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 16 min 52 nəfər idisə, ötən müddətdə onların sayı 168 nəfər artıb və hazırda şəhər təşkilatının əhatə etdiyi 150 ilk partiya təşkilatı ətrafında 16 min 220 üzvü birləşdirib. Ötən müddətdə partiyaya 234 yeni üzv qəbul edilib. Partiya üzvlərinin 8 min 469-nu qadınlar, 9 min 193-nü 19-35 yaşlı gənclər təşkil edir. İlin ilk üç ayı ərzində partiya sıralarına qəbul olunanların 130-nu qadınlar, 189-nu 30 yaşadək gənclər təşkil edir. Yeni qəbul olunan partiya üzvlərinin siyasi-ideoloji hazırlığı xüsusi diqqət mərkəzində saxlanılıb, onlarla bir neçə mərhələdə iş aparılıb.

Elman Cəfərli vurğulayıb ki, partiya üzvlüyünə qəbul məsələsində bundan sonra da keyfiyyət amilinin rəhbər tutulması davam etdirilərək gənclər arasında ideyasiyasi işi gücləndirməklə nümunəvi və bacarıqlı gənclərin partiya sıralarına fəal cəlb olunması prioritet istiqamət təşkil edəcək. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının hər ay keçirilən idarə heyəti və üç ayda bir dəfə keçirilən şura iclaslarında ilk partiya təşkilatlarının hesabatları dinləniləcək və müvafiq qərarlar qəbul ediləcəkdir. Bundan başqa, təşkilatın şura və idarə heyəti üzvlərinin ilk təşkilatların keçirdiyi tədbirlərdə daha fəal iştirakı təmin ediləcək, üzvlərlə bilavasitə görüşlər keçiriləcəkdir. Qadınlar Şurasının və Gənclər Birliyinin fəaliyyətini daha da gücləndirmək və partiya işinə məsuliyyəti artırmaq məqsədilə bundan sonrakı şura iclaslarında hər iki partiya qurumunun gördüyü işlər haqqında məruzələri dinləniləcəkdir.

 Məruzəçi qeyd edib ki, partiyanın Naxçıvan Şəhər Təşkilatı bundan sonra da fəaliyyətini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının iclasında qarşıya qoyulmuş vəzifələrə uyğun, partiya işinin daha da yaxşılaşdırılması istiqamətində qurmalı, hər bir partiya üzvü şəhərimizin ictimai-siyasi həyatında daha fəal şəkildə iştirak etməlidir.

Müzakirələrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının və Naxçıvan Şəhər Təşkilatışurasının üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Fəxrəddin Səfərli, Aidə Allahverdiyeva, şura üzvləri, ilk partiya təşkilatı sədrləri Tural Haqverdiyev və Çapay Quliyev çıxış ediblər.

 

www.naxcivantv.az