“Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır” - Hanifi Yıldırım

Naxçıvanın turizm potensialını tanıtmaq məqsədilə “Nəqşicahan Holdinq” tərəfindən aprelin 11-dən 14-dək qədim diyara info-tur təşkil edilib.

İnfo-tur çərçivəsində Türkiyə, İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib.

Onlardan bir neçəsi öz təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüb.

Hanifi Yıldırım Türkiyə Respublikasının “ASV Lojistik” şirkətinin nümayəndəsidir. Deyir ki, Naxçıvanda  20 il əvvəl olub, ancaq indi çox dəyişib, yeni binalar tikilib, yollar çox rahatdır:

 “Qədim Naxçıvan diyarında olmağımdan qürur hissi keçirirəm. Ötən illərdə Naxçıvan çox sürətlə inkişaf edib, hər şeydən əvvəl sabitlik təmin olunub. Bu da turizmin inkişafı üçün başlıca şərtdir. Təmizliyə isə söz ola bilməz, bu təmizliyi indi bir çox Avropa ölkələrində belə, görmək mümkün deyil. Bu, məni çox sevindirir. Əslən İqdırdanam. Hazırda Ankarada yaşayıram. Mənim ata-babalarım ötən əsrin əvvəllərində Naxçıvandan köçüb Türkiyədə məskunlaşıblar. Buna görə də Naxçıvanı həmişə özümə Vətən saymışam. Naxçıvanla bağlı təəssüratlarım böyükdür. Xüsusilə qeyd etmək istəyirəm ki, burada turizmin inkişafı ilə bağlı böyük işlər görülüb. Öyrəndim ki, Naxçıvanda tarixi abidələrin bərpası və təmiri, yeni turizm obyektlərinin tikintisi diqqətdə saxlanılaraq mühüm layihələr həyata keçirilib. Naxçıvanda kənd yaşayış məntəqələrinin abadlaşdırılması isə məni valeh etdi. Yəni söhbət hər hansı bir kəndə gedən avtomobil yolunun salınmasından deyil, kəndlərin təhsil, səhiyyə, mədəniyyət müəssisələri ilə təmin olunmasından, insanlara rahat yaşamaq və internetə çıxmaq imkanlarının yaradılmasından gedir. Bu mənada, Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır. Yeri düşmüşkən, Duzdağ Fizioterapiya Mərkəzi məni çox valeh etdi. Bu obyekt sağlamlıq turizmi baxımından Naxçıvana çox fayda verə bilər. Artıq gələcək layihələrimizdə bu mərkəzi Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaq və onları bura yönləndirməklə bağlı əməyimizin olacağını düşünürəm. Ümumilikdə götürsək, Naxçıvan təbiəti, tarixi, mədəniyyəti, müasir inkişafı, turizm potensialı, məişəti və qonaqpərvərliyi ilə xeyli sayda turisti qəbul etmək iddiasında və gücündədir. Bu işin təşkilatçılarına da öz minnətdarlığımı bildirmək istəyirəm ki, Naxçıvanı bu cür müasir və yaraşıqlı görmək fürsətini bizə verdi”.

“Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır” - Hanifi Yıldırım

İran İslam Respublikasının “Behparvaz” turizm şirkətinin meneceri olan Emin Ehşeri bildirir ki, Naxçıvana dəvət ediləndə çox sevindim:  

“Şirkətimiz Təbriz şəhərində fəaliyyət göstərir. Doğrusu, ölkələrimiz arasındakı məsafə az olsa da, işlərin çoxluğundan buraya gəlmək arzumu reallaşdıra bilmirdim. Naxçıvanda 1997-ci ildə olmuşdum. O vaxtdan indiyə çox dəyişilib, hətta şəhəri tanımaq olmur. Hara baxırsan, yaraşıqlı binalar tikilib, gözəl parklar, yollar salınıb. İlk növbədə diqqətimi çəkən isə buranın təmizliyi oldu. Bəlkə də, siz çox fərqinə varmırsınız, ancaq kənardan gələnlər bunu o dəqiqə hiss edir. Burada bir çox ünvanlarda olduq. Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olduq, Batabat yaylağını gəzdik, Ağbulağın gözəlliyinə tamaşa etdik, Əshabi-Kəhfi ziyarət etdik. Hər şey mükəmməl və gözəldir. Buna görə də hər il İran İslam Respublikasından xeyli turist gəlir. Naxçıvandan Məşhədə yeni sərnişin qatarının fəaliyyətə başlaması isə hər iki tərəfdən turist axınını gücləndirəcək. Bizi belə bir səfərə dəvət etdiklərinə görə minnətdarlığımı bildirirəm. Çalışacağıq ki, qarşıdakı dövrlərdə iranlı turistlərin Naxçıvana daha çox gəlişini təmin edək”.

“Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır” - Hanifi Yıldırım

İnfo-tur iştirakçısı İnnara İbrahimova isə “Cənnət bağı” turizm şirkətinin nümayəndəsidir.  O info-turun təşkili və Naxçıvana dəvət edildiyi üçün “Nəqşicahan Holdinq”ə minnətdarlığını bildirdi:

“Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim və zəngin mədəniyyətə malik bir diyarıdır. Müstəqillik illərindən sonra burada görülən işlər, həyata keçirilən quruculuq, abadlıq tədbirləri Naxçıvanın büsbütün dəyişilməsinə, gözəlləşməsinə səbəb olub. Muxtar respublikanın özünəməxsus təbii gözəlliyi və insan zəhməti ilə yaradılmış müasir infrastrukturu bu qədim diyarın gözəlliyini daha da artırır. Yaradılmış şərait Naxçıvanın turizm imkanlarının genişliyini də ortaya qoyur. Buna görə də Naxçıvan bu gün yerli və əcnəbi turistləri yüksək səviyyədə qəbul edəcək potensiala malikdir. İnanıram ki, bura gəlmiş turizm şirkətlərinin nümayəndələri bu imkanları dəyərləndirəcəklər”.

 

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir

27-01-2020-18-58 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzr...

Abituriyentlər üçün seminarlara başlanıb

27-01-2020-17-29 Xəbərlər

Abituriyentlər üçün seminarlara başlanıb

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi...

Xəstəliklərin qeydə alındığı ölkələrdən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

27-01-2020-16-20 Xəbərlər

Xəstəliklərin qeydə alındığı ölkələrdən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə bi...

Ehtiyat zabit hazırlığı kursuna qəbul başlayır

27-01-2020-15-38 Xəbərlər

Ehtiyat zabit hazırlığı kursuna qəbul başlayır

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi...

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başlayıb

27-01-2020-14-00 Xəbərlər

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanın...

AMEA Naxçıvan Bölməsində “Gəmiqaya” adlı qəzet nəşr ediləcək

27-01-2020-12-06 Xəbərlər

AMEA Naxçıvan Bölməsində “Gəmiqaya” adlı qəzet nəşr ediləcək

Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, AMEA-nın Naxçıva...

İpoteka kreditləri hesabına ötən il 79 ailə mənzil sahibi olub - VİDEO

27-01-2020-11-47 Xəbərlər

İpoteka kreditləri hesabına ötən il 79 ailə mənzil sahibi olub - VİDEO

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam etdirilir.

Ordubadda yetişdirilən meyvələrdən keyfiyyətli qənnadı məhsulları hazırlanır

27-01-2020-11-26 Xəbərlər

Ordubadda yetişdirilən meyvələrdən keyfiyyətli qənnadı məhsulları hazırlanır

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində “Ordubad Qənnadı Məmu...

Naxçıvan şəhərində ailə təsərrüfatları məhsullarının satışı mağazası açılıb

27-01-2020-11-08 Xəbərlər

Naxçıvan şəhərində ailə təsərrüfatları məhsullarının satışı mağazası açılıb

Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində ailə təsərrüfatları məhsullarını...

Yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27-01-2020-10-22 Xəbərlər

Yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

Ömrünü Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr etmiş ziyalılarım...

İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb

27-01-2020-09-40 Xəbərlər

İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb

İtaliyanın heyvanlar aləmi, elmi yeniliklər və baş verən maraqlı hadisələr barəd...

Naxçıvanda sabaha olan hava proqnozu

26-01-2020-18-56 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanı...

Yeməklərimiz və adətlərimiz: Şilə

26-01-2020-18-11 Xəbərlər

Yeməklərimiz və adətlərimiz: Şilə

- Zəhra xala, ay Zəhra xala!

Qədim yurd yerlərimiz: Yaycı

26-01-2020-12-59 Xəbərlər

Qədim yurd yerlərimiz: Yaycı

Şərur rayonunun dağlıq ərazisində Aşağı Yaycı və Yuxarı Yaycı adında iki qədim y...

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

26-01-2020-10-01 Xəbərlər

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyəsi da...

“Soya südü”-nün əhəmiyyəti

26-01-2020-09-00 Xəbərlər

“Soya südü”-nün əhəmiyyəti

Naxçıvan Muxtar Respublikasının iqlimi və torpaqları soya bitkisinin inkişafı üç...

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

25-01-2020-22-01 Xəbərlər

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

25-01-2020-18-53 Xəbərlər

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələr...

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

25-01-2020-17-21 Xəbərlər

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

Culfa şəhərində fəaliyyət göstərən "Təbiət" göbələk  istehsalı müəssisəsi muxtar...

Naxçıvanda sabaha olan hava proqnozu

25-01-2020-13-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanı...

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

24-01-2020-17-09 Xəbərlər

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

24-01-2020-14-59 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

24-01-2020-13-32 Xəbərlər

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

Təbiəti qoruyaq

24-01-2020-12-48 Xəbərlər

Təbiəti qoruyaq

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri “Təbiəti ...

Elektron qaimə-fakturalarla bağlı yenilik

24-01-2020-12-07 Xəbərlər

Elektron qaimə-fakturalarla bağlı yenilik

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

24-01-2020-11-06 Xəbərlər

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində bu ilki qış imtahan ses...

Naxçıvanda sabaha olan hava proqnozu

24-01-2020-10-45 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

24-01-2020-10-24 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

23-01-2020-18-31 Xəbərlər

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə Azərbaycan Respubl...

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-16-48 Xəbərlər

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsin...