Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Boeing” kompaniyası “737 MAX 9” təyyarəsinin uğurlu sınağını keçirib

Amerikanın “Boeing” kompaniyası yeni “737 MAX 9” təyyarəsini uğurla sınaqdan keçirib. Bu barədə məlumat korporasiyanın saytında yerləşdirilib.

Naxcivantv.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni laynerdə əvvəlki “MAX 8 “modelinə nisbətən 16 sərnişin yeri artıqdır. Bununla yanaşı, onun daha qənaətcil olduğu bildirilir. Uçuş məsafəsi 6,5 min kilometr təşkil edən və sürəti saatda 842 kilometrə çatan təyyarə ümumilikdə 178 sərnişin daşıya biləcək.

Yeni təyyarənin 2018-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Buna baxmayaraq, indiyədək bütün dünya üzrə 90-a yaxın kompaniya ümumilikdə 3,7 min təyyarə üçün ilkin sifarişlər verib.

 

www.naxcivantv.az