Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Galaxy S8”in kamerasından ilk fotolar

İnternetdə yeni “Samsung Galaxy S8” smartfonu ilə çəkilən ilk fotolar yayılıb.

Naxcivantv.az-ın xəbərinə görə, rəsmi təqdimatı keçirilmiş və hələ kütləvi satışına başlanılmamış cihazın kamerasının imkanları ən çox maraq doğurun detallardan biridir. 

Yayılan fotolar kameranın imkanlarını təhlil etməyə imkan verir. Bununla yanaşı, fotoların peşəkar fotoqraf tərəfindən, yaxşı işıqlandırma şəraitində ştativin köməyi ilə çəkildiyini də qeyd etmək lazımdır.

“Galaxy S8”də əvvəlki nəsil cihazlarda olduğu kimi, 12 meqapiksel kameradan istifadə olunub. Lakin kamera “Dual Pixel” fokuslama texnologiyasına və f/1,7 diafraqmaya malikdir.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/2671-%E2%80%9Cgalaxy-s8%E2%80%9Din-kameras%C4%B1ndan-ilk-fotolar.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdc55effb2b3

 

www.naxcivantv.az