Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Culfada gənc və yaradıcı qüvvələrin Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsinə ciddi diqqət yetirilir

Naxcivantv.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının növbəti şura iclasında Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimovun məruzəsi dinlənilib.

Təşkilatın sədri bildirib ki, rayon təşkilatı fəaliyyətini 2017-ci ilin əvvəlindən yeni iş metodları ilə qurmağa çalışıb, təbliğat-təşviqat işlərini gücləndirib, yerlərdə partiya işlərini yeniləşdirməyə, inkişaf etdirməyə səy göstərib. Təşkilatın ötən il oktyabrın 24-də keçirilmiş X konfransı barədə məlumat verən Q.İbrahimov vurğulayıb ki, rayon təşkilatının 11 nəfərdən ibarət Gənclər Birliyi, 11 nəfərdən ibarət Qadınlar Şurası fəaliyyət göstərir. Ərazi ilk təşkilat sədrlərinin 24-ü gənc, 12-si qadın, 46-sı ali təhsilli, 9-u orta ixtisas təhsillidir. Qeyd olunub ki, hazırda rayon təşkilatında 5462 Yeni Azərbaycan Partiyası üzvü var. Onlardan 2577-si qadın, 1708-i gəncdir. Bələdiyyələrdə 145 YAP üzvü fəaliyyət göstərir. 2017-ci ilin 3 ayında 34 nəfər Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub. Onlardan 32-si gənc, 22-si qadındır.

Qadir İbrahimov deyib ki, rayon təşkilatı öz işini Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələbləri səviyyəsində qurub. Partiya üzvlüyünə qəbula xüsusi diqqət yetirilir, üzvlüyə yeni qəbul olunanlarla iş gücləndirilir, üzvlərlə fərdi işə üstünlük verilir. Ərazi ilk təşkilatlarında gənc və yaradıcı qüvvələrin Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilməsinə diqqət yetirilir.

Məruzə ətrafında müzakirələr olub. İclasda Culfa Rayon İcra Hakimiyyətinin başçısı, təşkilatın şura və idarə heyətlərinin üzvü Şükür Babayevin çıxışı dinlənilib.

Şura iclasında çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov qeyd edib ki, 2017-ci il 16 mart tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında partiya strukturları qarşısında 2017-ci il üçün müəyyənləşdirilən əsas istiqamətlər və onlarla bağlı fəaliyyətin qurulması, tapşırıqların yerlərdə yerinə yetirilməsi bütün partiya təşkilatları, o cümlədən Culfa Rayon Təşkilatı üçün başlıca məqsəddir. Partiya təşkilatı sədrinin əsas tapşırıqları olan ideoloji və təşkilati iş inkişafın reallığına uyğunlaşdırılmalı, partiya üzvləri, xüsusən də yeni qəbul olunan üzvlərlə fərdi iş aparılmalı, Qadınlar Şurasının fəaliyyəti daha da gücləndirilməli, kənd yaşayış məntəqələrində yaradılan şəraitdən maksimum faydalı istifadə edərək ictimai fəallıq artırılmalı və hər zaman aktual olan partiyanın kadr siyasəti diqqətdə saxlanılmalıdır. Sonda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

www.naxcivantv.az