Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən naxcivantv.az-a verilən məlumata görə, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının 2006-cı ildən etibarən apardıqları tədqiqatlar zamanı bu günə kimi Naxçıvan ərazisində 1202 tarix və mədəniyyət abidəsi müəyyənləşdirilib və toplanılan məlumatlar əsasında onların pasport-qeydiyyat kartı hazırlanıb.

Naxçıvanın qədim, orta əsr və müasir tarixini öyrənmək üçün çox dəyərli mənbə olan bu abidələrdən 57-si dünya, 485-i ölkə, 660-ı yerli əhəmiyyətlidir ki, bunların da 825-i ilk dəfə olaraq tarixçi alimlərimiz tərəfindən aşkar olunub.

Aparılan arxeoloji tədqiqatların nəticəsi olaraq bir sıra dəyərli kitablar nəşr edilib, yüzlərlə məqalə işıq üzü görüb. Həmçinin Naxçıvanın abidələri ilə bağlı saytlar yaradılıb.

Qeyd edək  ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” sərəncamına əsasən AMEA Naxçıvan Bölməsində tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işləri davam etdirilir.

 

www.naxcivantv.az