Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Yeddi həkimi əvəz edən gicitkən

Slavyanların qədim bir atalar sözündə deyilir:"Bir gicitkən yeddi həkimi əvəz edir". Yapon xalq təbabətində gicitkənin təzə şirəsi arı və ilan sancması zamanı zəhər əleyhinə vasitə kimi istifadə olunur.

Onun cavan pöhrələri ilə yemlənən heyvanların südü və yağlılığı artır.

Bitkinin həm təzə, həm də qurudulmuş yarpaqları güclü qankəsici təsirə malikdir, yarpaqlarının ödqovucu, iltihab əleyhinə, damardaraldıcı xüsusiyyətləri var. Gicitkən yarpağı qanda şəkərin miqdarını azaldır və südverən analarda süd ifrazatını artırır.

Gicitkən köklərinin dəmləmə və bişirməsi böyrək və mədə xəstəliklərində, ishallar, dezinteriya, qurd xəstəllikləri, furunkulyoz, revmatizm, bronxial astma, ağ ciyər vərəmi zamanı bəlğəmgətirici, qızdırmasalıcı vasitə kimi və saçların dibini bərkitmək üçün istifadə olunur. Yarpaqların dəmləməsi bağırsaq, böyrək, ağ ciyər, uşaqlıq və digər qanaxmalarda, həmçinin yuxusuzluq zamanı tətbiq edilir.

20 qram gicitkən üzərinə 1 stəkan şərbət əlavə edilərək 15 dəqiqə qaynadılır, öd daşı və böyrək daşı xəstəliklərində gündə 3-4 dəfə 1 xörək qaşığı, daxili qanaxmalar zamanı gündə 4-5 dəfə 1 çay qaşığı qəbul edilir.

Hipertoniya və aterosklerozdan əziyyət çəkənlərin, qlomerulonefrit kimi böyrək xəstəliyi və qanın laxtalanması yüksək olanların gicitkəndən istifadə etməsinə icazə verilmir.

Gicitkən Naxçıvanın dağ kəndlərində daha çox bitir. Ondan kətə bişirilir, dəmləmə halında çay kimi içilir, yuxarıda qeyd etdiyimiz xəstəliklərin müalicəsində istifadə olunur. Artıq yazın gəlişi ilə torpaqdan yenicə baş qaldıran gicitkən pöhrələri insanlara şəfa verir. Gəlin bu bitkidən daha çox istifadə edək ki, sağlam olaq.

www.naxcivantv.az