Tarix və memarlıq abidələri milli sərvətimizdir

YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. 

Tarixi abidələr hər bir xalqın konkret coğrafi məkanda min illər, əsrlər boyu formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Müdriklərimiz demişkən, rəvayətlər susanda və əlyazmalar itəndə daşlar danışır. Azərbaycan xalqının qədim mədəni sərvətləri içərisində tarix və memarlıq abidələri xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin əhəmiyyətli nümunələri olan bu abidələr mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır. Tarix və mədəniyyət abidələrimiz xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarlarıdır. Azərbaycan xalqının mədəni irsi kimi abidələr minilliklərin sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini, dövrün mədəni mühitini bu günə daşıdığı üçün həm də bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi kimi beynəlxalq əhəmiyyət kəsb edir.

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın tarixinin öyrənilməsi, tarixi-mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”, – deyən ulu öndərin rəhbərliyi ilə bu sahədə dövlət siyasətini həyata keçirmək üçün zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın vəzifəsi kimi müəyyənləşdirilmişdir. 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda da tarixi abidələrin qorunmasının dövlət təminatı, tədqiqi, mühafizəsi, qanunvericiliyin pozulmasına görə məsuliyyət öz əksini tapmışdır.

Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində mühüm işlər həyata keçirilir. Son illər tarix və mədəniyyət abidələrimizin bərpasına diqqət və qayğı artırılmış, dünya əhəmiyyətli abidələrin bir neçəsi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmışdır. Ölkə Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nda tarixi abidələrin qorunması, bərpası, öyrənilməsi və təbliği üzrə konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınmışdır. Qədim diyarımızın ərazisindəki mağaralar, qalalar, qədim yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimliyini göstərir. Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olmasını elmi və tarixi əsaslarla təsdiq etməklə xalqımızın ən qədim dövr incəsənətinin, mənəvi və maddi-mədəniyyət nümunələrini bu günə daşıyan əvəzsiz tarixi abidədir. Gəmiqaya daşları üzərində həkk olunmuş müxtəlif kompozisiyalı təsvirlər, həndəsi işarələr, piktoqrafik yazılar əcdadlarımızın dünyagörüşünün və təsəvvürlərinin, yaşam tərzinin tariximizin minilliklərin dərinliyindən bu günə çatdırılması baxımından dəyərli mənbələrdir. Naxçıvan ərazisində mövcud olan Qazma mağa­rası, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xarabagilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə xatın, Yusif Küseyiroğlu, Gülüstan türbələri, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə başqa abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. 
Naxçıvan Muxtar Respublikasında 20 il bundan əvvəl tarix və mədəniyyət abidələrinin qorunması, təbliği və tədqiqi istiqamətində başlanan ardıcıl tədbirlər öz bəhrəsini verməkdədir. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılmışdır. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilmiş, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı isə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqində yeni mərhələnin başlanğıcını qoymuşdur. 2006-2016-cı illərdə muxtar respublikada 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılmışdır. 
Abidələrə, xalqın, torpağın canlı yaddaşı sayılan tarixi-mədəni incilərə diqqət muxtar respublikamızda onların bərpası istiqamətində də həyata keçirilir. Son illər Möminə xatın türbəsi konservasiya edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Yusif Küseyiroğlu və Nuh türbələri, imamzadələr, muxtar respublika ərazisindəki buzxana abidələri, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi, qorunması, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Ümumiyyətlə, son 20 ildə muxtar respublikada 60-dan çox tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunmuşdur. 2016-cı il bu sahədə xüsusilə əlamətdar olmuşdur. Azərbaycan xalqının əyilməzlik rəmzi olan Əlincəqalada, Azərbaycan memarlığının əvəzsiz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar kəndindəki Parçı imamzadəsində bərpa işləri yüksək səviyyədə başa çatmışdır. Hazırda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid hamamın bərpa işləri davam etdirilir. 
Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasına xidmət edir. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər üzrə səyahət turizminin ən ideal məkanlarındandır. Naxçıvana səfər edən hər bir qonaq buradan xoş təəssüratlarla ayrılır. Muxtar respublikada tarixi abidələrin bərpası, geniş tədqiqi və təbliği turistlər tərəfindən də rəğbətlə qarşılanır. 
Muxtar respublikada tarixi abidələrin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən ardıcıl tədbirlər artıq öz bəhrəsini verir, Naxçıvan dünyada ilkin yaşayış məskənlərindən biri kimi qəbul edilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Bu simpoziumlar alimlərimizin xarici ölkələrin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, ar­­xe­olo­giyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, mono­qrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan vermiş, beş minillik tarixə malik Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilmişdir. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin də arxeoloqları iştirak edirlər. Son illər I Kültəpə, Qızqala, Oğlanqala, Xarabagilan, Şorsu, Zirincik abidələrində arxeoloji qazıntılar aparılmışdır. Aparılan tədqiqatların nəticəsi və elmi sübutu olaraq 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr olunması yalnız Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincəqala” və başqa çoxsaylı elmi kitablar da Naxçıvan tarixi ilə yanaşı, həm də bu qədim diyardakı abidələrin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbələrdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Abidələr əzəmətli memarlıq zənginliyi ilə yanaşı, qədim tariximizin, möhtəşəm dövlətçilik ənənələrimizin, yüksək mədəniyyətimizin göstəricisidir. Tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən tarix və memarlıq abidələrinin öyrənilməsi, təbliği, qorunması və gələcək nəsillərə çatdırılması o zaman uğurlu olur ki, bu məsələ ümumxalq işinə çevrilmiş olsun. Ölkəmizdə, o cümlədən qədim diyarımızda bunun üçün bütün imkan və şərait mövcuddur. Tarixi-mədəni irsi qorumaq isə hər birimizin vətəndaşlıq borcudur.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

22-07-2019-21-19 Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

22-07-2019-20-39 Xəbərlər

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Miqrasiy...

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

22-07-2019-19-54 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

Möcüzəvi şəfa ocağı Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində müalicə və ist...

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

22-07-2019-19-35 Xəbərlər

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər birinci...

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

22-07-2019-19-14 Xəbərlər

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxta...

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

22-07-2019-18-53 Xəbərlər

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Res...

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

22-07-2019-18-01 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən N...

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

22-07-2019-17-20 Xəbərlər

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

NUHÇIXAN xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gil...

Gurbulaq şəlaləsi - VİDEO

22-07-2019-16-40 Xəbərlər

Gurbulaq şəlaləsi - VİDEO

Naxçıvan televiziyası Şahbuz rayonunun Kükü kəndində yerləşən Gurbulaq şəlaləsin...

Naxçıvanda sabaha olan hava proqnozu

22-07-2019-16-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb....

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

22-07-2019-15-38 Xəbərlər

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

İnsan vətəndir

22-07-2019-15-19 Xəbərlər

İnsan vətəndir

Həyatımız insanlarla doludur.

Könlümü lal etdi sazı Şahbuzun

22-07-2019-12-20 Xəbərlər

Könlümü lal etdi sazı Şahbuzun

Qədim bir rəvayətə görə, yurdun şahı öz əshabələri ilə səyahətə çıxır.

22 iyul Milli Mətbuat Günüdür

22-07-2019-09-00 Xəbərlər

22 iyul Milli Mətbuat Günüdür

Naxçıvanda mətbuatın inkişafı üçün hərtərəfli şərait yaradılıb

Ordubad yolları abadlaşdırılır

21-07-2019-20-58 Xəbərlər

Ordubad yolları abadlaşdırılır

Son illər Ordubad rayonunun avtomobil yollarının asfalt örtüyünün yenilənməsinə,...

Yurdumun gözəllikləri - Hacıleylək quşu

21-07-2019-17-43 Xəbərlər

Yurdumun gözəllikləri - Hacıleylək quşu

Füsunkar yurdumuz zəngin fauna və flora aləmi ilə hər zaman diqqət çəkib.

Təbiətin böyük abidəsi – Haçadağ

21-07-2019-14-59 Xəbərlər

Təbiətin böyük abidəsi – Haçadağ

Naxçıvan qoca tarixin canlı şahidi olan təkrarsız abidələr, əzəmətli dağlar diya...

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

21-07-2019-11-58 Xəbərlər

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

Muxtar respublikamızda səhiyyə müəssisələrinin tikintisi və ya əsaslı təmiri dai...

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

21-07-2019-10-01 Xəbərlər

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir.

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

20-07-2019-19-52 Xəbərlər

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında Respublika Şahmat...

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

20-07-2019-17-56 Xəbərlər

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqəd...

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

20-07-2019-15-52 Xəbərlər

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatı 56 ilk təşkilatda 6 min 93...

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

20-07-2019-14-54 Xəbərlər

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan (YAP) şəhər təşkilatı ...

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

19-07-2019-21-31 Xəbərlər

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

19-07-2019-21-08 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

19-07-2019-20-52 Xəbərlər

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci i...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

19-07-2019-18-56 Xəbərlər

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada istehsal olunmuş elektrik...

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

19-07-2019-17-03 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xid...

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

19-07-2019-15-20 Xəbərlər

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

Bu ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında 183,8 hektar sahədə meş...

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

19-07-2019-14-39 Xəbərlər

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,...