Naxçıvanın müdafiə qalası Sədərəkdən reportaj- FOTOLAR

Ötən əsrin 90-cı illərində torpaqlarımızın müdafiə qalası rolunu oynayan Sədərək bu gün abadlığın, inkişafın ünvanıdır. Naxcivantv.az-ın əməkdaşları rayon mərkəzi Heydərabadda və Sədərək kəndində olublar.               

Dörd tərəfdən dağlarla sipərlənən Sədərək sözün həqiqi mənasında qalanı xatırladır. Heydərabad qəsəbəsi isə bu qalanın ən ucqar, düşmənlə burun-buruna dayanan nöqtəsidir. Amma adını daşıdığı ulu öndər Heydər Əliyevin  azərbaycançılıq, dövlətçilik siyasətinin işığında inkişaf edən bu qəsəbə sözün həqiqi mənasında abaddır. Abadlığın əsası isə sərhəddən başlayan Sədərəyin ordumuz tərəfindən lazımınca qorunmasıdır. Ulu Dədə Qorqudun “Torpağı əkmirsənsə onu qorumağa, onu qorumursansa əkməyə dəyməz” müdrik fikri öz təsdiqini bu yurd yerinin timsalında tapıb. Bu gün Sədərək həm qorunur, həm də gülüstana çevrilir. Ağrılı-acılı günlər bu diyardan çox uzaqdadır.

Sədərək həm də Azərbaycanın Türkiyə ilə sərhəd olan yeganə rayonudur. Burda fəaliyyət göstərən Gömrük-keçid məntəqəsindən hər gün minlərlə insan istifadə edir. Bu diyar ölkəmizin qərbə açılan qapısıdı. Hazırda Sədərəkdə ən müasir gömrük kompleksi də inşa olunur.

Kənd müəllimi İsmayıl İsmayılbəyli deyir ki, ulu öndərimizin Sədərəyə verdiyi xüsusi önəm nəticəsində burda yeni rayon yaradıldı, rayon mərkəzi Heydərabad qəsəbəsi salındı, rayonun Sədərək və Qarağac kəndləri müasirləşdi, bütün təsərrüfat sahələrinin inkişafı üçün hərtərəfli şərait yaradıldı.

Sədərəyə gəlib torpaq uğrunda şəhid olan Vətən oğullarının uyuduğu xiyabana baş çəkməmək olmaz. Ötən əsrin 90-cı illərində sədərəklilər erməni işğalçılarına qarşı inadla mübarizə aparmış, onlarla sakin son damla qanına qədər döyüşərək şəhid olmuş, qədim yurdu qorumuşlar. İndi bu igidlərin uyuduqları Şəhidlər xiyabanı yaşlı, gənc – bütün sədərəklilərin and yeridir.

Sədərək məktəblərində təhsil alan uşaqların arzusu böyükdür. Sədərək kənd 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nurşən Məmişova iqdisatçı olmaq arzusundadır:

“Mən dərslərimə yaxşı çalışıram ki, gələcəkdə bu vətən üçün xeyirli övlad olam. Yaşadığım bu rayon üçün önəmli işlər görmək istəyirəm. Bu vətənin azadlığı üçün canından keçən şəhidləri yaxşı tanıyıram, mən də çalışacam ki, bu vətənin inkişafı üçün əlimdən gələni edəm”.

Məktəbin gənc müəllimlərindən Qəhrəman Eyvazov isə Naxçıvan şəhər sakini olmasına baxmayaraq Sədərəkdə yaşayıb-işləyir. Vətən sərhəddində gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin keşiyində dayanmağı özünə şərəf bilir:

“Sədərək rayonuna təyinatımı aldım və burada mənzillə təmin olundum. Bütün avadanlıqlarla təchiz olunmuş və müasir standartlara cavab verən məktəbdə bu vətənə xidmət etmək mənim üçün qürurvericidir”.

Rayon məktəblərində şəraitdən söz düşmüşkən qeyd edək ki,  Sədərək kənd 1 nömrəli tam orta məktəbi də müasir binası ilə göz oxşayır. Hansı ki, bu məktəb bir vaxt top mərmilərinin hədəfi olub.

Məktəbin tarix müəllimi Polad Rzazadə də elə bu məktəbdə təhsil alıb. Deyir ki, mən burada təhsil alanda məktəbimiz kifayət qədər şəraitsiz idi:

“Yenidən qurulduqdan olunduqdan sonra məktəb müasir təhsil avadanlıqları, istilik sistemi ilə təchiz olunub. Burada elm və təhsilin inkişafı üçün hər cür şərait vardır”.

Heydərabad qəsəbəsindəki şahmat məktəbində isə gənclər, əsasən də məktəblilər asudə vaxtlarını keçirir, şahmatın sirlərinə yiyələnirlər.

Rayonda həm də 36 müəllimin işlə təmin olunduğu, 118 şagirdin təhsil aldığı yeni uşaq musiqi məktəbi də fəaliyyət göstərir. Şagirdlər əsasən milli musiqi alətlərinə maraq göstərirlər. 30 şagird tar ixtisası üzrə təhsil alır. Məktəbin milli musiqi alətlərindən ibarət ansambılı da mövcuddur.

Sədərəkdə gənc nəslin təlim-tərbiyəsinə hələ lap uşaq yaşlarından başlanılır. Rayonda iki uşaq baxçası da fəaliyyət göstərir.

Adı “Kitabi Dədə Qorqud” dastanında da çəkilən qədim oğuz eli-Sədərəyin sakinləri öz keçmişlərinə, ənənələrinə də qırılmaz tellərlə bağlıdırlar. Sədərək rayon tarix-diyarşünaslıq muzeyi isə Sədərək tarixinin təbliğ edildiyi məkandır.

 Muzeyin fond mühafizi Novruz Əliyev bildirir ki, muzeyə rayonda yerləşən ümumtəhsil məktəblərinin ekskursiyası təşkil olunur, həmçinin açıq dərslər keçirilir.

Sədərəkdə minillərdən bəri formalaşan milli musiqi, sənətkarlıq, mətbəx, folklor, bir sözlə - milli dəyərlər sistemi var. Bu dəyərlərin qorunduğu, təbliğ edildiyi məkanlar isə mədəniyyət müəssisələridir. Bu müəssisələrin daha yaxşı şəraitdə fəaliyyət göstərməsi üçün rayonda yeni Mədəniyyət evi tikilir.

Sədərəyin torpağı, havası qəhrəmanlıq, zəhmət qoxur. Minbir zəhmətlə hasilə gətirilən, yalnız Sədərəyə məxsus şəkildə bişirilən təndir çörəyinin ətri aləmi götürür. Qonağı olduğumuz Nəcibə nənənin bu qədim kulinariya mədəniyyətini necə qoruyub yaşatdığının canlı şahidi oluruq.

Nəcibə nənə deyir ki, mətbəx mədəniyyətimizi yaşatmaq bizim borcudur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tədqiqatçı Kəmalə Əliyeva ilə söhbətimiz zamanı məlum oldu ki, Sədərək rayonunun mədəniyyət kollektivi burada bişirilən çörək növləri ilə “Naxçıvanqala”da keçirilən çörək festivalında da iştirak edib:

“Sədərəyə məxsus olan qilik çörəyinin bir  neçə növü var: kələfətir qilik, çitəmə qilik və sadə qilik. Qiliyin tarixi eradan əvvələ gedib dayanır deyirlər. Çörəyin tapılmadığı zamanlarda gilnən buğdanın qarışımından hazırlanan bir çörək növü olub. Adı elə ordan qalıb – gil-ik. Cızbızlı yaymac isə quzu ətindən bişirilir, əslində deyirlər ki, pizza İtaliyada icad olunub, ama bizim cızbızlı yaymacımız Pizzanın lap qədim variantıdır”.

Rayonda çörək sexi də fəaliyyət göstərir. Burada çörək kürədə bişirilir. Bu da ona xüsusi dad verir.

Sexin işçisi Qadir İmaməliyev deyir ki, burada təndir çörəyi, zavod çörəyi, balaca çörəklər, somun çörəyi, kərpic çörəyi bişiririk. Bizim çörəyimizin fərqi ondadır ki, odda bişir və dadı, xüsusi ləzzəti olur.   Hətta muxtar respublikamızın digər rayonlarından da bura çörək almağa gələnlər olur.

Sədərək kəndinin mərkəzi də 2012-ci ildə abadlaşdırılıb, yeni və müasir görkəm alıb.

Kənd sakini   İsgəndər Qədimov deyir ki, müharibələri də, çətinlikləri də görmüşük, indi də şükür asanlıqları da görürük:

“Bu kəndin keçmişi elə idi ki, qabaqlar burada külək əsəndə, yağış yağanda durmaq olmurdu, toz torpaq, palçıq olurdu. İndi buralar abadlaşdırılıb, park salınıb, hər şey qaydasındadı, dolanışığımız yaxşıdı”.

Kəndin mərkəzində bazar da yaradılıb. Bazarda rayon əhalisi həm istehsal etdikləri məhsulları sata bilir, həm də tələbatlarını ödəmək üçün lazım olan ərzaq və sənaye məhsullarını əldə edirlər.

Rayon əhalisinin əsas məşğuliyyətinə gəldikdə isə şübhəsiz, kənd təsərrüfatıdır. Geniş otlaqlar, bərəkətli torpaqlar və suvarma kanalı burada maldarlığın və əkinçiliyin inkişaf etməsinə səbəb olub. Təkcə ötən il rayon ərazisində 1941 hektar taxıl əkilib və 6301 ton məhsul götürülüb. Bu il isə əkin sahələri bir az da genişləndirilərək 2217 hektara çatdırılıb. Güzəştli texnika və gübrə təminatı, dövlətin kəndli və fermerlərə ayırdığı güzəştli kreditlər  rayon sakinlərini həm sevindirir, həm də torpağa məhəbbətini artırır.

Sədərək həm də qədim üzümçülük ənənələri ilə məşhurdur. Əvvəllər burada hətta şərab zavodu da fəaliyyət göstərib. İndi demək olar ki, bütün sədərəklilərin həyətində üzüm bağı var. Sədərəyin üzümçülük şöhrəti yenidən özünə qaytarılır. Keçirilən iməciliklərdə Heydərabad qəsəbəsinin yaxınlığındakı ərazidə 30 min  üzüm qələmi payızda əkilməsi üçün torpağa basdırılıb.

Vəzir İmamverdiyev bu  işin mütəxəssisidir. Deyir ki, keçən il bizdə məhsuldarlıq yüksək olduğuna görə, bu ildə 30 minə yaxın üzüm qələmi payızda əkilmək üçün torpağa basdırılıb.

Əjdəkan dağının cənub ətəyində salınan bu yurd yerimizin insanları firavan həyat sürür, gələcəyə inamla baxır və gecələri rahat uyuyurlar. Çünki Sədərək etibarlı əllərdədir. Güclü dövlətimiz, qüdrətli ordumuz, vətənpərvər insanlarımız Vətənimizin hər bir qarışının keşikçisidir.  

 

                                                                      Şahmərdan Əhmədli

NTV Xəbər

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

22-07-2019-21-19 Xəbərlər

Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar...

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

22-07-2019-20-39 Xəbərlər

Yay turizmi ilə bağlı muxtar respublikaya gələn turistlərin sayı artıb

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Dövlət Miqrasiy...

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

22-07-2019-19-54 Xəbərlər

Duzdağ Fizioterapiya Mərkəzində müalicə alanların sayı artıb - VİDEO

Möcüzəvi şəfa ocağı Duzdağ Fizioterapiya Mərkəzinə yay günlərində müalicə və ist...

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

22-07-2019-19-35 Xəbərlər

Şahmat üzrə Naxçıvan şəhər birinciliyinə start verilib

NUHÇIXAN xəbər verir ki, məktəblilər arasında şahmat üzrə Naxçıvan şəhər birinci...

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

22-07-2019-19-14 Xəbərlər

Muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları mükafatlandırılıb - YENİLƏNİB - VİDEO

Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində Naxçıvan Muxta...

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

22-07-2019-18-53 Xəbərlər

Muxtar respublika üzrə 4224 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilib

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Res...

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

22-07-2019-18-01 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən N...

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

22-07-2019-17-20 Xəbərlər

Plovdağ qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır

NUHÇIXAN xəbər verir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gil...

Gurbulaq şəlaləsi - VİDEO

22-07-2019-16-40 Xəbərlər

Gurbulaq şəlaləsi - VİDEO

Naxçıvan televiziyası Şahbuz rayonunun Kükü kəndində yerləşən Gurbulaq şəlaləsin...

Naxçıvanda sabaha olan hava proqnozu

22-07-2019-16-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 23-nə gözlənilən hava proqnozu açıqlanıb....

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

22-07-2019-15-38 Xəbərlər

Peyvənd tibb bacılarının sertifikasiya imtahanı keçirilib

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan s...

İnsan vətəndir

22-07-2019-15-19 Xəbərlər

İnsan vətəndir

Həyatımız insanlarla doludur.

Könlümü lal etdi sazı Şahbuzun

22-07-2019-12-20 Xəbərlər

Könlümü lal etdi sazı Şahbuzun

Qədim bir rəvayətə görə, yurdun şahı öz əshabələri ilə səyahətə çıxır.

22 iyul Milli Mətbuat Günüdür

22-07-2019-09-00 Xəbərlər

22 iyul Milli Mətbuat Günüdür

Naxçıvanda mətbuatın inkişafı üçün hərtərəfli şərait yaradılıb

Ordubad yolları abadlaşdırılır

21-07-2019-20-58 Xəbərlər

Ordubad yolları abadlaşdırılır

Son illər Ordubad rayonunun avtomobil yollarının asfalt örtüyünün yenilənməsinə,...

Yurdumun gözəllikləri - Hacıleylək quşu

21-07-2019-17-43 Xəbərlər

Yurdumun gözəllikləri - Hacıleylək quşu

Füsunkar yurdumuz zəngin fauna və flora aləmi ilə hər zaman diqqət çəkib.

Təbiətin böyük abidəsi – Haçadağ

21-07-2019-14-59 Xəbərlər

Təbiətin böyük abidəsi – Haçadağ

Naxçıvan qoca tarixin canlı şahidi olan təkrarsız abidələr, əzəmətli dağlar diya...

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

21-07-2019-11-58 Xəbərlər

Mərkəzi hərbi xəstəxanada işlər sürətlə davam etdirilir

Muxtar respublikamızda səhiyyə müəssisələrinin tikintisi və ya əsaslı təmiri dai...

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

21-07-2019-10-01 Xəbərlər

Darıdağ-Arsenli Su Müalicəxanası üçün yeni kompleks tikilir

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir.

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

20-07-2019-19-52 Xəbərlər

Respublika Şahmat Olimpiadası: sumqayıtlı şahmatçılar liderliklərini davam etdirirlər

Qax Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetmələr arasında Respublika Şahmat...

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

20-07-2019-17-56 Xəbərlər

Naxçıvan Dövlət Universitetində Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqəd...

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

20-07-2019-15-52 Xəbərlər

YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatı 56 ilk təşkilatda 6 min 93...

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

20-07-2019-14-54 Xəbərlər

YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb

2019-cu il iyulun 1-nə Yeni Azərbaycan Partiyası Naxçıvan (YAP) şəhər təşkilatı ...

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

19-07-2019-21-31 Xəbərlər

“Ailə dəyərlərimiz film və fotolarda” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar ...

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

19-07-2019-21-08 Xəbərlər

Bəxtiyar Əsgərov rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

19-07-2019-20-52 Xəbərlər

Naxçıvanda nəqliyyat sektorunda yük daşınması 2,3 faiz artıb

Bu ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci i...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

19-07-2019-18-56 Xəbərlər

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl işlər görülür

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada istehsal olunmuş elektrik...

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

19-07-2019-17-03 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 26 milyon manatı ötüb

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xid...

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

19-07-2019-15-20 Xəbərlər

Naxçıvanda 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

Bu ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında 183,8 hektar sahədə meş...

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

19-07-2019-14-39 Xəbərlər

Muxtar respublikada 6 ayda 133 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub

Muxtar respublikada 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,...