Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda  peşə kurslarını bitirənlərə  sertifikatlar təqdim edilib

Naxçıvan şəhərindəki peşə liseyində ixtisasartırma kurslarına cəlb olunanlara, eləcə də bərbər peşəsi üzrə kursu bitirənlərə sertfikatlar verilib.

Naxcivantv.az xəbər verir ki, orta ümumtəhsil məktəblərindən elektron lövhə istifadəsi üzrə ixtisasartırma kurslarına cəlb olunan 24 müəllimə, 20 uşaq baxçası dayəsinə, eləcə də bərbər peşəsi üzrə kursu bitirən 17 nəfərə sertifikatlar təqdim olunub. Kurs müddətində müdavimlər nəzəri və parktik biliklərə yiyələnib, peşə uzrə bacarıqlarını təkmilləşdiriblər.

Qeyd edək ki, muxtar respublikanın bütün tam orta məktəblərində elektron-ağıllı lövhələr quraşdırılıb. Elektron lövhələrdən istifadə üzrə ixtisasartırma kurslarının təşkili müəllimlərin öz fəaliyyətlərini daha səmərəli qurmaları baxımından mühüm əhəmiyyət kəsb edir. 17 nəfər bərbər isə muxtar respublikanın  şəhər və kəndlərində yeni tikilən Xidmət mərkəzlərində işləyəcək.

Liseyin direktoru Sevindik Vəliyev sertifikat alanları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.            

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/2762-nax%C3%A7%C4%B1vanda-pe%C5%9F%C9%99-kurslar%C4%B1n%C4%B1-bitir%C9%99nl%C9%99r%C9%99-sertifikatlar-t%C9%99qdim-edilib.html?tmpl=component&print=1&layout=default&page=#sigProId8c11fa9d61
                               

Həmid Quliyev

NTV Xəbər

                                                                       

 

www.naxcivantv.az