Naxçıvan: əlverişli biznes mühiti nəticəsində sahibkarlıq inkişaf edir, ixracın həcmi artır

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısı vurğulayıb ki, son illər ərzində Azərbaycanda ciddi islahatlar aparılıb, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul edilib, sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilib və göstərilir.

Beləliklə, biz qeyri-neft ixracının artırılmasına nail ola bilmişik.

Azərbaycan dövlətinin iqtisadi inkişaf siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla reallaşdırılır, dövlətimizin başçısının müvafiq tövsiyə və tapşırıqları dərhal və təxirə salınmadan icra edilir. Sürətli sosial-iqtisadi yüksəliş fonunda muxtar respublikada əhalinin artan tələbatına uyğun olaraq bütün sahələrdə dinamik inkişafın ardıcıl xarakter alması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Ölkəmizdə olduğu kimi, qədim diyarda da regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib. Hazırda isə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı uğurla icra olunur. Ötən illər ərzində muxtar respublikanın inkişafını təmin etmək məqsədilə icrası uğurla başa çatan dövlət proqramları və hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, həmçinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” ümumi inkişafa təkan verib, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 367 növdə məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Muxtar respublikada ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1995-ci illə müqayisədə 59,1 dəfə artaraq 2016-cı ildə 2 milyard 582 milyon manatdan çox olub. Bu dövr ərzində sənaye məhsulunun həcmi 103,2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 11,1 dəfə artıb. Yerli istehsalın artması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını gücləndirib, idxalın həcmini isə azalmasına səbəb olub. Xarici ticarət dövriyyəsi ümumi inkişafı əks etdirən mühüm makroiqtisadi göstəricilərdən biri olmaqla yanaşı, eyni zamanda, ixracın və idxalın cəmidir. Komitədən verilən məlumatda qeyd olunur ki, 2009-cu ildən muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb, ixracın həcmi idxalı üstələyib. Həmin dövrdə xarici ticarət dövriyyəsinin 51 faizini ixrac, 49 faizini isə idxal təşkil edib.

Naxçıvanın müalicəvi mineral suları, təbii duzu, çay, emal olunmuş ət və meyvə məhsulları, qazlı və spirtli içkiləri, meyvə şirələri, yüksək keyfiyyətli tikinti məhsulları, o cümlədən Naxçıvan sementi, gips və daş məmulatları və digər məhsullar ixrac potensialının artırılmasında mühüm rol oynayıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi artıb və 463244,8 min ABŞ dolları təşkil edib. Bir il öncəyə nisbətən ixracın həcmi 1,1 faiz artaraq 419120,8 min ABŞ dolları, idxalın həcmi isə 54,9 faiz azalaraq 44124 min ABŞ dolları səviyyəsində olub. 2016-cı ildə xarici ticarət dövriyyəsinin 9,5 faizini idxal, 90,5 faizini isə ixrac təşkil edib. 1995-ci illə müqayisədə 2016-cı ildə ixracın həcminin 216,4 dəfə artması muxtar respublikada iqtisadi sahədə qazanılmış uğurların əsas göstəricilərindən biridir.

Son 8 ildə xarici ticarət dövriyyəsində qeydə alınmış uğurlar bu gün də davam etməkdədir. Belə ki, cari ilin ilk rübü ərzində muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən aparılan ticarət əməliyyatları nəticəsində 56334 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranıb. Xarici ticarət dövriyyəsinin 53260 min ABŞ dollarını, yaxud 94,5 faizini ixrac, 3074 min ABŞ dollarını, yaxud 5,5 faizini idxal təşkil edir. Bir il öncəyə nisbətən ixracın həcmi 1,1 faiz artıb, idxalın həcmi 73,3 faiz azalıb.

Yerli istehsalın inkişafı daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm rol oynayır. Buna görə də muxtar respublikada yerli xammala əsaslanan, əhali tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılması istiqamətində bu gün də ardıcıl işlər görülür. Daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları da araşdırılır. İxracyönümlü məhsul istehsal edən sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılır, onların xarici bazarlara çıxış imkanları asanlaşdırılır. Muxtar respublikada kənd təsərrüfatı və emal məhsullarının ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilir. Tələbatdan artıq məhsulun ixracı üçün məqsədyönlü işlər görülür. Bununla yanaşı, əhalinin alıcılıq qabiliyyəti qorunur.

Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması ilə yanaşı, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması məsələlərinə də diqqət artırılıb. İdxal olunan məhsulların keyfiyyətinə nəzarət gücləndirilib, geni dəyişdirilmiş məhsulların muxtar respublikaya gətirilməsinin qarşısı alınıb. Muxtar respublika iqtisadiyyatında bankların aparıcı rolu təmin edilib. İqtisadi cəhətdən sərfəli layihələrin icrasına dövlət maliyyə dəstəyi, yaxud sahibkarların şəxsi vəsaitlərindən əlavə bank kreditlərindən istifadə imkanları da artırılıb və bunlar daha çox real sektorun inkişafına yönəldilib.

Bu gün muxtar respublikada sahibkarlar və iş adamları üçün əlverişli biznes mühitinin yaradılması məqsədilə mütəmadi olaraq vergi sistemində mütərəqqi islahatlar aparılır, məhsul istehsalçıları, xüsusilə aqrar sektorda çalışanlar üçün vergi güzəştləri tətbiq olunur. Vergi Məcəlləsində cari il yanvar ayının 1-dən qüvvəyə minən dəyişikliklər vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına, sahibkarlıq subyektlərinin sərəncamında daha çox sərbəst vəsaitin qalmasına xidmət edir.

Qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısı ərzaq təhlükəsizliyinin vacibliyindən də danışaraq deyib: “Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”.

Aydın məsələdir ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının rolu əvəzsizdir. Bu sektorun inkişafı üçün dövlət tərəfindən bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Aqrar sahədə məhsul istehsalçılarının 2019-cu ilədək torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə verilən subsidiyaların həcminin artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin davamlı inkişafına hesablanıb. Bu gün isə reallıq ondan ibarətdir ki, muxtar respublikada əksər kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilib, ilk növbədə, əkinəyararlı torpaq sahələrindən istifadəyə diqqət artırılıb.

Naxçıvanda bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun əkilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması ilə əlaqədar tədbirlər davam etdirilir. Yeni texnologiyaların, mütərəqqi əkin və suvarma metodlarının tətbiqinə diqqət artırılıb, əkin üçün keyfiyyətli, məhsuldar toxum sortlarından istifadə olunur. Əkilməyən boş torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması təmin edilir.

Qeyd edək ki, aprelin 4-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Açıq Səhmdar Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları təqdim olunub. Toxumçuluq təsərrüfatına verilən 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaq. Bütün bunlar isə muxtar respublikada kənd təsərrüfatının inkişafına əsaslı töhfələr verəcək.

Rauf Kəngərli

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18-11-2019-16-08 Rəsmi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası ...

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

18-11-2019-13-51 Xəbərlər

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin ...

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

18-11-2019-13-28 Xəbərlər

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş...

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

18-11-2019-12-40 Xəbərlər

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

18-11-2019-10-58 Xəbərlər

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

Noyabrın13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Azərbaycan B...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

17-11-2019-18-20 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

17-11-2019-17-43 Xəbərlər

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

«Şərur» adının yaranması qədim Şumer əsatiri ilə bağlıdır.

Hər qarışı cənnət məkanım

17-11-2019-16-59 Xəbərlər

Hər qarışı cənnət məkanım

Deyirlər hər kəsin Vətən adlı bir dünyası var. Bəlkə elə buna görədir ki, dünyad...

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

17-11-2019-14-57 Xəbərlər

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

Statistik məlumat: 1 sentyabr 2019-cu il tarixə olan məlumata görə, Naxçıvan şəh...

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

17-11-2019-14-00 Xəbərlər

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

Elektroenergetikanın inkişafına təkan

Bu şəhərin payızı

17-11-2019-10-25 Xəbərlər

Bu şəhərin payızı

Bu şəhərin payızı bütün şəhərlərin payızından daha gözəldir, daha cazibədardır, ...

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

17-11-2019-00-00 Xəbərlər

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasın...

Ötən günün mənzərəsi - VİDEO

16-11-2019-16-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

16-11-2019-15-33 Xəbərlər

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq TələbəGənclə...

Operativ vergi nəzarəti tədbirləri görülür

16-11-2019-13-06 Xəbərlər

Operativ vergi nəzarəti tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

16-11-2019-12-21 Xəbərlər

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət göstər...

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

16-11-2019-11-09 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

16-11-2019-09-00 Xəbərlər

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Havuş kəndində yeni cəviz bağı salınıb....

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

15-11-2019-17-35 Xəbərlər

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

15-11-2019-15-45 Xəbərlər

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

Xəbər verdiyimiz kimi Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyy...

Muxtar respublikada bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

15-11-2019-15-03 Xəbərlər

Muxtar respublikada bütün növ əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respu...

Naxçıvanda 10 ildə 8 milyard 522 milyon 233 min manatdan çox infrastruktur quruculuğu işləri aparılıb

15-11-2019-13-33 Xəbərlər

Naxçıvanda 10 ildə 8 milyard 522 milyon 233 min manatdan çox infrastruktur quruculuğu işləri aparılıb

2009-cu ildən 1 oktyabr 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sos...

Naxçıvanda sabaha olan hava proqnozu

15-11-2019-13-02 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 16-na gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

15-11-2019-11-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Musiqiçilər üçün metodiki dərs

15-11-2019-11-26 Xəbərlər

Musiqiçilər üçün metodiki dərs

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Universitetində konfrans-simulyasiya keçirilib

15-11-2019-11-02 Xəbərlər

Naxçıvan Dövlət Universitetində konfrans-simulyasiya keçirilib

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a ver...

Tələbələrə ADA Universiteti haqqında məlumat verilib

15-11-2019-10-18 Xəbərlər

Tələbələrə ADA Universiteti haqqında məlumat verilib

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin əməkdaşları Naxçıvan Müəllimlər İns...

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

14-11-2019-16-35 Xəbərlər

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

NUHÇIXAN xəbər verir ki, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər ...