Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Türkiyədə helikopter qəzası nəticəsində 12 nəfər həlak olub

Türkiyənin şərqində yerləşən Tunceli vilayətində “Sikorsky” tipli polis helikopterinin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.

Naxcivantv.az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, qəza yerinə yetişən xilasedicilər helikopterdəki 7 polis, 1 hakim, 1 hərbçi və 3 heyət üzvünün hamısının həlak olduğunu aşkarlayıblar.

Xatırladaq ki, göyərtəsində 12 nəfər olan helikopterlə əlaqə yerli vaxtla saat 11:40 radələrində, helikopter havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra kəsilib. Helikopter çətin keçilən 2550 metr yüksəklikdəki dağlıq əraziyə düşüb. Xilasedicilər qalın qarla örtülmüş hadisə yerinə yalnız altı saatdan sonra yetişə biliblər.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, qəzaya böyük ehtimalla pis hava şəraiti səbəb olub. Terror versiyası istisna edilir.

www.naxcivantv.az