Firudin bəy Köçərli 

Taybuynuz öküz

Bu günlәrdә qәdim dostlarımdan birisi ilә görüşüb, onun halına çox tәәccüb elәdim. Bizim axırıncı görüşüb ayrılmağımızdan hәlә üç il tamam gәlib keçmәyibdir. Amma bu az vaxtın әrzindә әziz dostum bir o qәdәr dәyişilibdir ki, әgәr әvvәlcә o mәnә salam verib, әhval-pürsan olmasa idi vә sәsini çıxartmasa idi, mәn onu tanıya bilmәyәcәkdim. Rast vә gözәl qamәti әyilib, rәngi soluxub, gözlәrinin işığı gedib, sәsi zәiflәnib, üzünün vә başının tüklәri çallanıb vә tamam cüssәsi balacalanıb, qәrәz, canı-başı salamat, tәndürüst vә müqtәdir bir halda ikәn indi çox hәqir vә mәyus görünürdü. Doğrusu ki, dostumun bu pozğun halda vә pәrişan sifәtdә olmağı mәnә dә artıq tәsir edib, halımı digәrgun vә xarab elәdi. Ağzımı açıb, onun bu gunә pәjmürdә hala düşmәyinin sәbәbini soruşmaq istәyirdim ki, onun özü guya mәnim fikrimi duyub, başladı öz әhvalını vә başına gәlәn qәza vә qәdәri söylәmәyә. Sözlәrindәn mәlum oldu ki, hәqiqәtdә kişinin dәrdi çox imiş vә o biçarәni bu hala salan ağ gün olmayıbdır, qara gün olubdur. Bir xeyli öz әhvalatından söylәyib, axırda ürәkdәn bir ah çәkib dedi: Qәrәz, nә başını ağrıdım, mәnim dәrdim yerә-göyә sığası deyil, mәnim günüm taybuynuz öküzün günündәn bәdtәrdir. Vә hәqiqәt hala mültәfit olsanız, yalqız bir mәn deyilәm; hamı müsәlman qardaşlar taybuynuz öküzün halında yaşayıb zillәt vә üsrәt ilә güzәran keçirmәkdәdirlәr. Vәli biar vә xüsusәn avam olmaqları cәhәtә öz hallarından bixәbәrdirlәr vә qәzalarına razı olub, hәr qisim zülm vә sitәmә sәbr vә tәhәmmül edirlәr. Vә çox bәrkә düşәndә özlәrinә bu gunә tәsәlli verirlәr: Kişinin aqibәti gәrәk xeyir olsun. İnşallah, aqibәt vә әbәdi sәadәt biz müsәlmanlar üçündür. Bu dünyamız yox isә dә, axirәtimiz var. “Mәhәmmәd ümmәti damda qalmaz”. Amma mәsәlәnin ikinci misrasını unudurlar vә ya qәsdәn demirlәr ki, “Damdan çıxınca canı da qalmaz...”

Dostumdan tәvәqqe elәdim mәnә bәyan etsin görüm taybuynuz öküzün halı necәdir ki, onu öz halına vә müsәlmanların halına tәşbih qıldı. O gülümsünüb dedi: Taybuynuz öküzün halı belәdir ki, onun buynuzunun biri yoxdur vә belә olan surәtdә o yazıq necә ki, lazımdır özünü xәta vә bәladan mühafizә edә bilmir. Onun taybuynuz olmağına da sәbәblәr çoxdur: ola bilәr ki, xilqәtdәn elә mәyub yaranmış ola vә yainki cahillikdә keyfi qalxıb öz hәmcinsi ilә oynaşıb buynuzlaşan zamanı hәmcinsi ona güc gәtirib, basıb buynuzunun birini dibindәn qoparıbdır. Vә elә dә ola bilәr ki, әvvәlcә xam vaxtda işә getmәkdә bir az kahıllıq vә tәnbәllik etmiş ola vә sahibi acıqlanıb hirs vә qәzәbinin şiddәtindәn vurub, buynuzunun bir tayını çıxardıbdır vә bundan әlavә yenә dә qeyri sәbәblәr ola bilәr, hamısını sadalamağa ehtiyac yoxdur. Hәr halda әvvәl binadan yazığın günü qara gәlib, Allahın qәzәbinә giriftar olubdur. Hәm öz hәmcinslәrinin vә hәm dә bәni-növi-bәşәrin nәzәrindә hörmәtdәn düşübdür. Biçarә guya özü dә öz fәna halını dәrk edib, taleyinә tabe olmaqdan başqa bir çarә bilmir vә cümlәnin xahişini әmәlә gәtirmәkdә olub, öz arzu vә tәmәnnalarını unudubdur vә o gündәn bәri xoş günlük vә rahatlıq qeydinә duşmür vә müttәsil övqatını zәhmәt vә mәşәqqәtdә keçirib, bir kәsdәn çәkdiyi zәhmәtin әvәzinә razılıq vә xoş sifәt görmür. Bir dәfә sahibi onu xoş dillә dindirib könlünü almır. Әgәrçi öküz dilsiz-ağızsız heyvandır, özü danışmır, amma onun barәsindә danışılan sözlәrin çoxunu anlayır. Mәgәr sәn görmürsәn әkinçi yer әkәn zaman nә gözәl sözlәrlә vә xoş avazla mahnı oxuyub, öküzlәri ilә tәrğib elәyir vә öküzlәr necә hali-dillә özlәrini işә verirlәr. Taybuynuz öküzә heç mahnı oxuyan, xoş dillә onu oxşayan vә xatirini alan olmur vә işә bir az ağır gedәndә yaman sözlәrdәn, töhmәtdәn vә döyülmәkdәn başqa bir şey görüb eşitmir, onun ac vә susuz qalmağı da bir kәsin xәyalına girmir....

Amma işә gәlәndә hamı çarpalardan әvvәl yada düşәn taybuynuz öküz olur. Odunamı getmәk, suyamı getmәk lazımdır, taybuynuz öküz olsun, cüt әkmәkmi lazımdır, yenә taybuynuz öküz gәlsin, dәyirmana dәn aparmaq vә dәyirmandan unu evә gәtirmәk taybuynuz öküzün borcudur, xırmanda taxıl döymәk ancaq taybuynuz öküzün işidir. Bu ağır işә yayın isti günlәrindә ondan savayı hansı heyvan tab gәtirә bilәr? Vә çox vaxt xırman döyәndә yazığın ağzını da bağlayırlar ki, belә rәnc vә zәhmәtlә döydüyü arpa-buğdanın külәşindәn vә әlәfindәn yemәsin. Bunların hamısına yenә bir sayaq tab gәtirmәk olar, bunlar demәk olur ki, dәrdin yarısıdır. Fәqirin işi әlәlxüsus çәtinә düşür köç-düş zamanı. Mәlumdur ki, bir az hava qızdı, tәrәkәmә әhli aranda dayana bilmәz. Gәrәkdir yaylağa qaçsın vә orada soyuq düşәnә kimi gәrәk bağ-bostan solmamış özünü arana yetirib şalaqdan vә kal meyvәdәn yeyib qızdırmaya düşsün. Bu dağdan arana vә arandan dağa köçәn zaman taybuynuz öküz kor әzabı çәkir: harada ağır vә narahat yük varsa sarınır onun belinә vә bundan әlavә bir o qәdәr dә üstәlik qoyulur. Köç vaxtı özün bilirsәn ki, xırda-para şeylәr çox olur vә tәrәkәmә әhlindә dә insaf olmaz, әlinә hәr nә gәlsә ağırlığına, yüngüllüyünә baxmayıb atır dilsiz-ağızsız heyvanın üstә: sac, tәknә, sacayaq, cәhrә, nehrә, yun darağı, toyuq sәbәti, su sәnәyi vә yuz cürә belә şeylәr bağlanır taybuynuz öküzün üstә vә hansı ki, dinmәz vә fәrağәt durub üstünә yük qoyulduqca itaәt boynunu әyib guya zәban halilә duyur: “Ey bimürüvvәtlәr! Çox da mәn sizin cövr vә sitәminizә sәbr edib dinmәyirәm; sizdә dә bir insaf olsa nә olar, ey Allahdan bixәbәr insan!?”

İndi, әzizim, cәhd elә taybuynuz öküzun halına düşmә, yoxsa insan övladından rәhm vә mürüvvәt gözlәmәk olmaz. Әgәr bilmәk istәsәn ki, nә sәbәbә taybuynuz öküzdәn savayı özgә heyvanatın haqqında belә zülm olunmur. Onu da әrz elәyim, özgә heyvanlardan bәzisini, sәbәb nә isә, sahibi әziz tutur. Ağır işә salmır ki, arıqlar, әtdәn vә sifәtdәn düşәr. Bәzisi ağır yük götürmür, bir az yükü ağır olanda şıllaq atıb soncuqlayır, yükünü aşırır vә üstündә olan qab-qacağı töküb sındırır. Bәzisi dә kahıl vә inad olub, işә getmir. Yük altında bir az yol gedib yatır, elә ki, yatdı, daha durmağına ümid yoxdur, nә qәdәr acıqlanırsan, döyürsәn, әsla ona kar elәmәyir. Çox vaxt görürsәn ki, yükünü dә açıb özgә taybuynuz kimi heyvanlara yüklәyirlәr, yenә dә durub getmәk istәmir. Belә heyvanın dәrisini soymaqdan başqa özgә әlac yoxdur. Vә bәzisini dә işә artıq qoşanda tündlәşib buynuz göstәrir, belә ki, axırda yenә zәhmәt taybuynuz öküzün üstә düşür. Nә elәmәk? Әvvәl başdan o binәvanın günü qara gәlibdir. Allah heç bәndәsini taybuynuz öküzün gününә salmasın!

 

1906.

Bənzər məqalələr

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimatı olub

21-09-2019-19-15 Xəbərlər

“Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində tanınmış tədqiqatçı və ekspert...

Naxçıvan Müəllimlər İnstitutunda yeni ixtisaslar açılıb

21-09-2019-17-16 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda yeni ixtisaslar açılıb

NUHÇIXAN xəbər verir ki, 2019-2020-ci tədris ilindən başlayaraq Naxçıvan Müəllim...

Ötən günün mənzərəsi - VİDEO

21-09-2019-12-26 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyi ilə bağlı konkret mexanizmlər formalaşdırılıb

21-09-2019-11-32 Xəbərlər

Naxçıvanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyi ilə bağlı konkret mexanizmlər formalaşdırılıb

Bu, muxtar respublikada mətbuatın yeni mərhələdə inkişafına təkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində müşavirə keçirildi

20-09-2019-19-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində müşavirə keçirildi

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində ...

Paşinyan və onun mətbuat katibinin Safaryanla gizli “Whatsapp” yazışmaları ortaya çıxdı

20-09-2019-17-58 Xəbərlər

Paşinyan və onun mətbuat katibinin Safaryanla gizli “Whatsapp” yazışmaları ortaya çıxdı

Erməni politoloq Styopa Safaryan son dövrlərdə həm Rusiya, həm də Ermənistan mət...

Sabir Məmmədovun əsərlərindən ibarət Albom-Kataloq işıq üzü görüb

20-09-2019-15-59 Xəbərlər

Sabir Məmmədovun əsərlərindən ibarət Albom-Kataloq işıq üzü görüb

NUHÇIXAN xəbər veri ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, ...

Naxçıvan:Dördüncü güc

20-09-2019-12-40 Xəbərlər

Naxçıvan:Dördüncü güc

Sahil Tahirli yazır Həqiqətən də Naxçıvanın son 25-30 ildə keçdiyi yolu təhli...

Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsinə böyük töhfədir

20-09-2019-12-02 Xəbərlər

Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsinə böyük töhfədir

Müsahibim Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademi...

Ötən günün mənzərəsi - VİDEO

20-09-2019-11-41 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Yaponiyada “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının təqdimatı keçirilib

20-09-2019-09-56 Xəbərlər

Yaponiyada “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının təqdimatı keçirilib

NUHÇIXAN xəbər verir ki, QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İB-nin s...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində müşavirə keçirildi

20-09-2019-09-56 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində müşavirə keçirildi

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində ...

AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirildi

19-09-2019-23-59 Xəbərlər

AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirildi

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Əsrin müqaviləsi Azərbaycan R...

Ağbulaq İstirahət Mərkəzinin ətrafında ağac və kol bitkilərinin toxumları əkilib

19-09-2019-20-31 Xəbərlər

Ağbulaq İstirahət Mərkəzinin ətrafında ağac və kol bitkilərinin toxumları əkilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Ali Məclisin Sədri yeni yaradılan Fondun Nizamnaməsini təsdiq edib - FƏRMAN

19-09-2019-19-06 Xəbərlər

Ali Məclisin Sədri yeni yaradılan Fondun Nizamnaməsini təsdiq edib - FƏRMAN

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Ali Məclisin Sədri KİVDF-nin müşahidə şurasının üzvlərini təsdiq edib - FƏRMAN

19-09-2019-18-51 Xəbərlər

Ali Məclisin Sədri KİVDF-nin müşahidə şurasının üzvlərini təsdiq edib - FƏRMAN

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Naxçıvanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı - FƏRMAN

19-09-2019-18-45 Xəbərlər

Naxçıvanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı - FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 19-da...

Bəxtiyar Əsgərov bir sıra tədbirlərdə iştirak edib

19-09-2019-12-41 Xəbərlər

Bəxtiyar Əsgərov bir sıra tədbirlərdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Muxtar respublikada qanunvericiliyin tələblərini pozan 14 əcnəbi aşkarlanıb

19-09-2019-12-29 Xəbərlər

Muxtar respublikada qanunvericiliyin tələblərini pozan 14 əcnəbi aşkarlanıb

Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərə...

Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

19-09-2019-12-08 Xəbərlər

Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində As...

Muxtar respublikada 2019-2020-ci tədris ilində 212 ümumtəhsil məktəbindən 209-u birnövbəli rejimdə işləyəcək

19-09-2019-10-44 Xəbərlər

Muxtar respublikada 2019-2020-ci tədris ilində 212 ümumtəhsil məktəbindən 209-u birnövbəli rejimdə işləyəcək

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-...

Ötən günün mənzərəsi - VİDEO

19-09-2019-10-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

11 ildir dünyaya SƏS salan İnformasiya Agentliyi

19-09-2019-10-01 Xəbərlər

11 ildir dünyaya SƏS salan İnformasiya Agentliyi

Bu gün Səs İnformasiya Agentliyinin (SİA) 11 yaşı tamam olur.

Naxçıvan Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq müzakirə edilib

18-09-2019-18-29 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2019-2020-ci illərin...

Naxçıvanda qış aylarında yollarda hərəkətin intensivliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür

18-09-2019-17-22 Xəbərlər

Naxçıvanda qış aylarında yollarda hərəkətin intensivliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər görülür

Muxtar respublikada qış aylarında ucqar kəndlərə hərəkətin fasiləsizliyinin təmi...

Naxçıvan Avtomobil Zavodunda yeni marka və modellərdə avtomobillər istehsal olunacaq - VİDEO

18-09-2019-16-19 Xəbərlər

Naxçıvan Avtomobil Zavodunda yeni marka və modellərdə avtomobillər istehsal olunacaq - VİDEO

Naxçıvan Avtomobil Zavodunda 2020-ci ilin birinci yarısında müxtəlif təyinatlı m...

Musiqi ilə qalın…

18-09-2019-16-00 Xəbərlər

Musiqi ilə qalın…

“Sözlərin danışa bilmədiyi yerdə musiqi danışır”, deyib danimarkalı yazıçı Hans ...

“Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri”adlanan yeni kitab işıq üzü görüb

18-09-2019-14-38 Xəbərlər

“Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı və mədəni qida bitkiləri”adlanan yeni kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

Ötən günün mənzərəsi

18-09-2019-14-19 Xəbərlər

Ötən günün mənzərəsi

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

18-09-2019-10-53 Xəbərlər

Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə həsr olunan rəsm müsabiqəsi elan edilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Təhsil Nazirliyi ilə birgə 6-16 yaş ka...