Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi Zakir Cəfərov qeyd edib ki, muxtar respublikada  hepatit xəstəliyinin profilaktikası üçün lazımi tədbirlər həyata keçirilir.

Bura xəstəlik haqqında məlumat verən materialların yayılması, əhali arasında səhiyyə maarifi işinin aparılması və digər tədbirlər daxildir. Bugünkü tədbirin keçirilməsində də məqsəd ondan ibarətdir ki, səhiyyə işçiləri bu sahədə ətraflı maarifləndirilsinlər.

Mərkəzin həkimi Nizami İsmayılov hepatit B və hamiləlik, bu virusun daşıyıcısı kimlərdir, infeksiyanın əlamətləri, uşaq və yeniyetmələrdə yayılması, risk daşıyan qruplar barədə ətraflı məlumat verib. Vurğulanıb ki, muxtar respublikamızda əsasən qan təması vasitəsi ilə hepatit viruslarına yoluxmuş xəstələrə diaqnozun qoyulması, onların qeydiyyata alınması, dərman preparatları ilə təmin edilməsi və müalicələrinin aparılması məqsədilə də tədbirlər həyata keçirilir.

Xəstə ilə təmasda olanlara qarşı aparılan tədbirlərdən bəhs edən Nizami İsmayılov bildirib ki, bu tədbirlər infeksiya mənbəyinin təcrid olunmasından dərhal sonra həyata keçirilməlidir. Təmasda olanlar üzərində tibbi müşahidə 6 ay ərzində aparılır. Bu zaman xəstənin aşkarlanmasından dərhal sonra, həmçinin 2-4 və 6 ayında sorğu və baxış aparılır. Həmin müddətdə laborator müayinələr həyata keçirilir. Risk qrupundan olan şəxslər vaksinasiya olunurlar. 

Nizami İsmayılov hepatit B və hepatit C virusunun klinikası və müalicəsi məsələlərindən də ətraflı bəhs edib. Xüsusilə diqqətə çatdırıb ki, xəstəliyin qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə insan həyatını bu xəstəliklərdən xilas etmək mümkündür.

Sonda tədbir iştirakçılarını maraqlandıran sullara aydınlıq gətirilib.

Əbülfəz Dünyamalıyev

NTV Xəbər

www.naxcivantv.az