Turizm sektorunun inkişafı üçün aşağıdakı şərtlərin olması vacibdir: mövcud təbii-coğrafi şərait, zəruri infrastruktur, sabitlik, zəngin tarixi-mədəni irs, yüksək xidmət, münasib qiymət və sair.

Bu amillərin hər birini özündə birləşdirən Naxçıvan Muxtar Respublikasında çoxşaxəli turizm imkanları vardır. Dövlət tərəfindən turizm sektoruna göstərilən dəstək isə bu sahənin inkişafını daha da sürətləndirib. Ötən il martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində, xüsusilə muxtar respublikanın turizm potensialının təbliği sahəsində ardıcıl tədbirlər görülür.

Turizm elə bir sahədir ki, davamlı təbliğat işlərinin aparılmasını şərtləndirir. Mövsümün başlandığı bir vaxtda muxtar respublikanın turizm potensialını təbliğ etmək, eləcə də turizmi canlandırmaq, yeni partnyorlar qazanmaq, xarici turizm firmaları ilə əlaqələri gücləndirmək mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə aprel ayında “Nəqşicahan Holdinq” tərəfindən qədim diyara info-tur təşkil edilib. İnfo-tur çərçivəsində Türkiyə, İran, Kipr və Küveytdən, eləcə də paytaxt Bakıdan, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib.

Naxçıvana təşkil edilən info-tur həm xarici, həm də yerli turizm firmalarının fəaliyyətlərini genişləndirmələri üçün bir stimul oldu. Digər tərəfdən, muxtar respublikanın turizm potensialının təbliğinə şərait yaratdı. İnfo-tur iştirakçılarının geri döndükdən sonra sosial şəbəkələrdə Naxçıvan təəssüratları barədə yazdıqları statuslar, paylaşdıqları çoxsaylı fotoşəkillər və videogörüntülər də bunu bir daha təsdiq edir. 

“Travel news” saytının əməkdaşı Rəhim Qədirov infoturdan hazırladığı 3 hissəli videonu paylaşıb. Videolarda Naxçıvanın turizm ehtiyatlarından bəhs edilir, Əlincəqala, Batabat yaylağı, Əshabi-Kəhf, Duzdağ, Açıq Səma altında muzey haqqında məlumat verilir. Facebook səhifəsində çəkdiyi fotoları da paylaşan Rəhim Qədirov yazır: “Naxçıvan turizm üçün ideal məkandır. Sakit və təmiz küçələr, müalicə mərkəzləri, tarixi məkanlar, dırmanma və alpinizm üçün şərait, müxtəlif otel və restoranlar... Ümumiyyətlə, çox bəyəndim. Hətta ən ucqar kəndlərdə belə təmirli məktəblər var. Qanunlar işləyir. Demək olar ki, yolların hamısı təmirli idi. Havası, insanları da gözəl".

İnfotur iştirakçısı Murad Karamov da öz facebook səhifəsində Naxçıvanla bağlı fotolar paylaşıb, səfər təəssüratlarını bölüşüb: "Əlincə qalası döyüş tariximizin qürurverici səhifələrindəndir. Onu görüb hiss etmək məncə hər bir azərbaycanlının borcudur. Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir".

"Naxçıvan bizi artıq 1-ci gündən təəccübləndirə bildi. Duzdağ mağarası və Möminə xatın türbəsini hər bir azərbaycanlı görməlidir", - bunu isə Mircavid Həsənov öz səhifəsində Naxçıvanla bağlı fotolar paylaşarkən yazıb.

Kavkaz.ws saytının əməkdaşı Günel Həsənova Naxçıvana təşkil edilən infoturla bağlı rus dilində məqalə dərc etdirib. Duzdağ otel və Duzdağ Fizioterapiya mərkəzinin imkanlarından yazan müəllif həm də əyani olaraq oxucuları fotolar vasitəsilə də bəhs etdiyi məkanlar barədə məlumatlandırır. “Naxçıvan-Nuhun yurdu, Azərbaycanın qədim torpağı” sərlövhəli məqalədə müəllif oxucularını qiyabi də olsa, Naxçıvana səyahətə aparır: “Naxçıvan nəinki Azərbaycanın, dünyanın ən qədim şəhərlərindən biridir. Şəhərin Nuh peyğəmbər tərəfindən əsasının qoyulması barədə məlumatlar mövcuddur. Naxçıvanı cəsarətlə açıq səma altında muzey adlandırmaq olar. Burada müxtəlif əsrlərə aid Şərq memarlığının nadir inciləri qorunub saxlanılır. Bu tarixi abidələr şəhərin müasirliyi ilə vəhdət təşkil edir”.Sonra müəllif XII əsr yadigarı olan Mömünə Xatun türbəsi, Xan sarayı, Əlincə qala haqqında söhbət açır, Əshabi-Kəhf əfsanəsini nəql edir. Naxçıvanqala və Nuh peyğəmbərin qəbirüstü abidəsi ilə bağlı məlumatları oxucularının diqqətinə çatdırır: “Naxçıvanda Nuh peyğəmbərlə bağlı çoxlu rəvayətlər dolaşmaqdadır.  Ümumdünya tufanı zamanı Nuhun gəmisi Haçadağa toxunub və Qapıcığın zirvəsində məskən salıb. Ətraf ərazilərdə Nəbi yurdu, Nuhdaban və digər toponimlər  bu yerlərin Nuhla bağlılığına dəlalət edir. Muxtar respublikanın turizm potensialından geniş bəhs edən müəllif daha sonra yazır: “Naxçıvanın təbiəti də gözəldir. Ərazi dağlıqdır, çoxlu sayda çaylar, mineral bulaqlar, meşələr mövcuddur. Şəhərin yaxınlığında Uzunoba İstirahət Kompleksi fəaliyyət göstərir. Çimərliyin sahil xətti 280 metrə çatır. Burada istirahət məqsədilə hər cür şərait yaradılıb. Batabat kurort zonası isə Naxçıvan şəhərindən təqribən 62 km məsafədə yerləşir. Dağ havası, mineral bulaqları, gözəl iqlimi və əsrarəngiz peyzaj insanın əhvalına gözəl təsir edir. Batabat yaylağı dəniz səviyyəsindən 2500 metr hündürlükdədir. Bu gölün üzən adası onu qeyri-adi edir. İstirahətin ən yaxşı ünvanlarından biri də Ağbulaq İstirahət Mərkəzidir. Təmiz dağ havası və oteldəki rahatlıq turistlərin yaxşı istirahət etməsinə zəmanətdir”,- deyə Günel Həsənova sonda Naxçıvanı yaxından tanımağa imkan yaradan info-turun təşkilatçılarına öz təşəkkürünü bildirir.

İrandan gəlmiş infotur iştirakçıları da səyahət etdikləri turizm obyektlərindən çəkdikləri fotoları və Naxçıvanla bağlı məlumatları öz səhifələrində yerləşdiriblər. Tehranın “Xətte-sahili” turizm şirkətinin səhifəsində müxtəlif ünvanlardan çəkilmiş fotolar yer alıb.

“AFF travel” şirkəti tərəfindən Duzdağ Fizioterpaiya Mərkəzinin müalicə imkanlarından bəhs edən 10 min ədəd buklet hazırlanaraq turizm obyektlərinə göndərilib.

İnfo-tur iştirakçısı Ruslan Quliyev Naxçıvanın turizm obyektlərindən şəkillər çəkərək öz səhifəsində paylaşıb. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Global Sağlamlıq Turizm Təşkilatının vitse prezidenti Ruslan Quliyev Sankt-Peterburqda, Qazaxıstanda turizmlə bağlı keçirilən tədbirlərdə, İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda “Qlobal Sağlıq Turizmi Forumu”nda Duzdağla bağlı geniş təbliğat işləri aparıb. Azərbaycanın turizm potensialı ilə bağlı nəşrlərdə Duzdağa ayrıca yer verilib.

“Berq travel” şirkəti tərəfindən info-turdan sonra Naxçıvana turlar təşkil edilib. Əshabi-Kəhf Dini Mədəni Abidə Kompleksinə və muxtar respublikanın digər dini turizm obyektlərinə növbəti tur may ayının 19-na planlaşdırılıb.

Naxçıvan öz tarixi, müasir infrastrukturu, mədəniyyəti, incəsənəti, unikal təbiət abidələri, mətbəxi, folklor kollektivləri, bənzərsiz sənət nümunələri yaradan sənətkarları, qonaqpərvərliyi, sabitliyi ilə dünyanın istənilən ölkəsindən gələn turisti heyrətləndirməyə qadirdir.

Turizm ümumxalq işidir. Hər birimiz Naxçıvanın təbliğinə çalışmaqla, bu məqsədlə sosial şəbəkələrdəki imkanlarımızdan istifadə etməklə turizmin muxtar respublika iqtisadiyyatındakı rolunu gücləndirə və Azərbaycanın bu qədim və gözəl guşəsinin daha geniş miqyasda tanınmasına töhfəmizi vermiş olarıq. Turizmin inkişafı Naxçıvan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə dəstəkdir. Gəlin, Naxçıvanın təbliği istiqamətində həmrəy olaq, gücümüzü, vətənpərvərliyimizi nümayiş etdirək.

Ruhiyyə Rəsulova

NTV Xəbər

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ölkənin tanınmış stomatoloqları Naxçıvana toplaşıb

14-12-2019-17-31 Xəbərlər

Ölkənin tanınmış stomatoloqları Naxçıvana toplaşıb

NUHÇIXAN xəbər verir ki,  “Azərbaycanın regionlarında stomatologiyanın inkişaf p...

Mütaliə ruhun qidasıdır

14-12-2019-16-05 Xəbərlər

Mütaliə ruhun qidasıdır

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin Elmi Kitabxanasında M.S.Ordu...

Naxçıvanda sabaha olan hava proqnozu

14-12-2019-14-01 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanı...

Elektrik enerjisindən qanunsuz istifadə edən şəxslər saxlanılıb

14-12-2019-13-32 Xəbərlər

Elektrik enerjisindən qanunsuz istifadə edən şəxslər saxlanılıb

NUHÇIXAN xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları Şərur şəhər Sabir küç...

Tailandlı bloqqer: “Əlincəqala Qafqazın Macchi-Pichusudur” - VİDEO

14-12-2019-12-55 Xəbərlər

Tailandlı bloqqer: “Əlincəqala Qafqazın Macchi-Pichusudur” - VİDEO

Tailand vətəndaşı, bloqqer Petch Packer muxtar respublikaya səfər edib.

İnformasiya və rabitə sahəsinin inkişafı təmin edilib

14-12-2019-11-59 Xəbərlər

İnformasiya və rabitə sahəsinin inkişafı təmin edilib

NUHÇIXAN xəbər verir ki, Muxtar respublikada iqtisadi və sosial həyatın bütün sa...

Ötən günün mənzərəsi - VİDEO

14-12-2019-11-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan bölməsinə hədiyyə edilən kitabların təqdimatı olub

14-12-2019-09-29 Xəbərlər

Naxçıvan bölməsinə hədiyyə edilən kitabların təqdimatı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəf...

Ermənistanın Naxçıvanla sərhəd rayonlarında doğum səviyyəsi və əhali sayı kəskin azalıb

13-12-2019-18-01 Xəbərlər

Ermənistanın Naxçıvanla sərhəd rayonlarında doğum səviyyəsi və əhali sayı kəskin azalıb

NUHÇIXAN xəbər verir ki, dərin iqtisadi böhran nəticəsində işğalçı Ermənistanın ...

Naxçıvan Dövlət Universiteti payız semestrinin imtahan sessiyasına hazırdır

13-12-2019-17-21 Xəbərlər

Naxçıvan Dövlət Universiteti payız semestrinin imtahan sessiyasına  hazırdır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ili...

Naxçıvan televiziyası 3 dildə yeni film hazırlayıb - VİDEO

13-12-2019-15-25 Xəbərlər

Naxçıvan televiziyası 3 dildə yeni film hazırlayıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan televiziyası Naxçıvanın yeni tanıtım filmini h...

“Naxçıvan” Universitetində seminar-treninq keçirilib

13-12-2019-14-42 Xəbərlər

“Naxçıvan” Universitetində seminar-treninq keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Universitetində “Huawei” şirkəti tərəfindən nö...

İctimai şuralar sabitliyin qorunmasında fəaldırlar

13-12-2019-13-04 Xəbərlər

İctimai şuralar sabitliyin qorunmasında fəaldırlar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsi Əliabad qəsəbəsində ictima...

Tibb bacılarının sertifikasiya imtahanı başa çatıb

13-12-2019-12-22 Xəbərlər

Tibb bacılarının sertifikasiya imtahanı başa çatıb

Naxçıvanda keçirilən sertifikasiya imtahanlarının növbəti mərhələsində tibb bacı...

Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında böyük hörmətlə anılıb

13-12-2019-12-09 Xəbərlər

Ulu Öndərin əziz xatirəsi muxtar respublikanın bütün rayonlarında böyük hörmətlə anılıb

Ölkəmizin hər yerində olduğu kimi, Şərur rayon sakinləri də dekabrın 12-də ulu ö...

Ötən günün mənzərəsi - VİDEO

13-12-2019-10-53 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

12-12-2019-17-41 Xəbərlər

Naxçıvan təmsilçisi yaradıcılıq müsabiqəsində uğurla çıxış edib

NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud şəxslərin VIII Ümumrespublik...

Ali Məclisin Sədri Sərəncam imzaladı

12-12-2019-15-56 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 12-də “...

Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider

12-12-2019-15-01 Xəbərlər

Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider

Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasi...

Heydər Əliyev və Naxçıvan

12-12-2019-14-00 Xəbərlər

Heydər Əliyev və Naxçıvan

Xalqların böyüklüyü onların ərazilərinin böyüklüyü-kiçikliyi, yaxud əhali sayı i...

Fövqəladə Hallar Nazirliyində Ulu öndərə həsr edilən tədbir olub

12-12-2019-12-32 Xəbərlər

Fövqəladə Hallar Nazirliyində Ulu öndərə həsr edilən tədbir olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi...

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

12-12-2019-12-11 Xəbərlər

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

O yaşayır, yaşayacaq…

12-12-2019-09-00 Xəbərlər

O yaşayır, yaşayacaq…

Böyük şəxsiyyətlər uca zirvəli dağlar kimidirlər.

Culfa rayonunda təsərrüfat sahibləri ilə görüş

11-12-2019-18-21 Xəbərlər

Culfa rayonunda təsərrüfat sahibləri ilə görüş

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Culfa ray...

Hərbi hissələr qışa hazırdır - VİDEO

11-12-2019-18-00 Xəbərlər

Hərbi hissələr qışa hazırdır - VİDEO

Hərbi hissələrdə qışa hazırlıq prosesləri yekunlaşdırılıb, mövsüm üçün tələb olu...

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

11-12-2019-16-56 Xəbərlər

Naxçıvan Bölməsində “Heydər Əliyev-əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edi...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

11-12-2019-16-25 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, dekabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu təmin edilir

11-12-2019-14-17 Xəbərlər

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu təmin edilir

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi...

Təsviri sənətdə dahi Heydər Əliyev obrazı

11-12-2019-12-51 Xəbərlər

Təsviri sənətdə dahi Heydər Əliyev obrazı

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bədii obrazı müasir təsviri sənətimizin ç...

Ötən günün mənzərəsi - VİDEO

11-12-2019-12-15 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...