Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrına dair tədqiqlər” kitabı işıq üzü görüb.

Naxcivantv.az xəbər verir ki, yeni nəşrdə Azərbaycan teatrının aparıcı qollarından biri olan Naxçıvan teatr tarixinin fəaliyyətinə dairmüxtəlif başlıqlı məqalələröz əksini tapıb.Məqalələrdə Naxçıvan teatrının keçdiyi inkişaf yolu bütöv və sistemli şəkildə araşdırılıb, teatr xadimlərinin həyatları ilə bağlı maraqlı faktlar yer alıb. Naxçıvan teatrında tamaşaya qoyulan əsərlərin səhnə taleyidövrü mətbuata,çoxsaylı arxiv sənədlərinə əsaslanaraq araşdırılıb və əldə edilən elmi nəticələrişıqlandırılıb.

Kitabda Naxçıvan səhnəsindəki Azərbaycan dramaturgiyası ilə yanaşı,uğurla tamaşaya qoyulan dünya dramaturgiyasının dəyərli nümunələrindən dəbəhs olunur.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçilərisənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentƏləkbər Qasımov və filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovdur.

Yeni nəşr Naxçıvan teatrının tarixi ilə maraqlananlar, teatrsevərlər, müəllimlər və tələbələrüçün dəyərli vəsaitdir.

www.naxcivantv.az