Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Qızlar Liseyinə növbəti qəbul imtahanı keçiriləcək

Qəbul qaydaları haqqında liseyin direktoru Aidə Allahverdiyeva naxcivantv.az-a məlumat verib.

Aidə Allahverdiyeva bildirib ki, artıq 160  şagird liseyə qəbulla bağlı müraciət edib. Bunlardan 66 nəfər şagird liseyə qəbul olunacaq.

“İmtahan may ayının 21-də Naxçıvan Texniki Kollecində keçiriləcək. Bu il qəbul üçün bal müəyyən olunmayıb, yalnız şagirdlərin səviyyəsinə uyğun olaraq bal müəyyənləşəcək. İmtahanın bütün sualları “İstedad XXI əsr” kursu tərəfindən hazırlanıb”.

Naxçıvan Qızlar Liseyi yarandığı gündən etibarən öz təhsil uğurları ilə fərqlənib. Təkcə ötən il məktəbin məzunlarından 41 nəfəri ali, 1 nəfəri isə orta ixtisas məktəbinə daxil olub.

                                                                                                                                                                                                 Kəmalə Əliyeva

NTV Xəbər

                                                                               

 

www.naxcivantv.az