Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvanda təmizlik, sakitlik və firavanlıqdır. Mən yaxşı mənada paxıllıq edirəm” –Macarıstanlı səfir

Xəbər verdiyimiz kimi, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskin  Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Səfər çərçivəsində səfir Naxçıvan şəhərinin qədim tarixi abidələri və mədəniyyət obyektləri ilə tanış olub, bir sıra rəsmi və işgüzar görüşlər keçirib.

İmre Laslotskin naxcivantv.az-a təəssüratlarını belə ifadə edib:

“Mən ilk dəfədir ki, Naxçıvana gəlmişəm.Naxçıvana səfərimdən çox məmnun oldum.Bir sıra mühüm görüşlərimiz oldu. Azərbaycanla Macarıstan arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir.İdman, mədəniyyət, siyasət, təhsil, səhiyyə - hansı sahəyə baxsaq  bu sahələrdə əməkdaşlığımız və münasibətlərimiz inkişaf etməkdədir”.

Səfir Naxçıvanla Macarıstan arasında daha bir neçə istiqamətdə məhsuldar əməkdaşlıq ola biləcəyini  dedi.

“Macarıstanla Azərbaycan mütəmadi olaraq yüksək səviyyədə görüşlər keçirir. Mən Naxçıvanda keçirdiyim görüşlərdə də əmin oldum ki, ən azı 6-7 istiqamət var ki, ordan məhsuldar əməkdaşlıq gözləyə bilərik. Sözsüz ki, burada iqtisadiyyatla bağlı amillər çoxdur. Amma mən xüsusilə təhsil sahəsində əməkdaşlığı vurğulamaq istəyirəm. Səfərim çox uğurla həyata keçdi və nəticələr əldə etdik. Mən Naxçıvan əhalisini təbrik etmək istiyirəm. Naxçıvana  səfərim mənə çox müsbət təsir bağışladı. Burada təmizlik, firavanlıq və sakitlikdir. Mən bir növ yaxşı mənada paxıllıq hissi keçirirəm”.

 

Vüsal Muradov

NTV Xəbər

 

 

 

 

 

www.naxcivantv.az