Sahil Tahirli yazır

Təbliğatsız turizm kompassız gəmi kimidir, yaxud hərəyə bir foto çəkəkDeyirlər, Tanrı həm də böyük və peşəkar bir rəssamdır. Onun qüdrətini, varlığını göstərən şah əsərlərindən biri də ucsuz-bucaqsız kainat, eləcə də yer kürəsidir. Adı “Dünya” olan bu möhtəşəm tabloda sivilizasiyaların, mədəniyyətlərin beşiyi olan Naxçıvan özünəməxsus çalarları ilə seçilir. Uca yaradan bu diyara öz səxavət kisəsindən hər cür pay verib. Rəngarəng iqlim, dəli-dolu çaylar, şəfalı otlar, yamyaşıl orman və çılpaq düzlər min illərlə ulularımıza can-ruh bəxş edib, onları möhkəm tellərlə doğma torpağa bağlayıb.

             Bu bağlılıqdan böyük və ilahi bir eşq-   Vətən sevgisi doğulub-böyüyüb

 Həmin böyük sevgi hesabına bu yurd qorunub, yaşadılıb və müasir mərhələyə gəlib çatıb. Qan su yerinə axıb, daş-daş üstə qalmayıb, dəfələrlə dağıdılaraq yerlə-yeksan edilib… Amma dahi rəhbərimiz Heydər Əliyevin sözləri ilə desək, Naxçıvan tamamilə yanıb kül olub, lakin o küllərin içindən qalxaraq yenidən canlanıb. Babək mübarizəsini də görüb, Atabəylər intibahını da, Teymurləng istilasını da, amma öz qəddini heç vaxt əyməyib. İlahinin bu torpağa sevgisi bu yurdun insanlarına da sirayət edib: Onlar Naxçıvan tablosuna yeni rəng və çalarlar qatıb, onu tikib-qurub, qoruyub və gözəlləşdiriblər. Ona görə də Naxçıvan bu gün “Gəmiqaya” qədimliyi, Əshabi-Kəhf müqəddəsliyi, “Duzdağ” möcüzəsi, “Haçadağ” ucalığı, “Əlincə” məğrurluğu, “Batabat” füsunkarlığıdır…Dədə Qorqud müdrikliyi, Hüseyn Cavid bəşərililiyi, Mirzə Cəlil yanğısı, Heydər Əliyev ucalığı olan Naxçıvan həm də Məmməd Araz qələmidir:

Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.

Naxçıvan həm də bir az İslam Səfərli məhəbbətidir:

Dünyada hər yerdən xoş gəlir mənə
Bu Şərqin qapısı, Şərqin günəşi...


Düzdür, həm Məmməd Arazdan, həm də İslam Səfərlidən gətirdiyimiz bu nümunələr çox gözəldir. Amma etiraf edək ki, Nuh peyğəmbər yurdunu - Nəqşicahanı vəsf və tərənnüm etməyə hər qələmin, hər sözün də gücü çatmır! Bəs təbliğ etməyə, onu tanıtmağa necə?!
Bu barədə bir qədər sonra..

Uğurlu təbliğat milyonlarla turist və milyonlarla pul gətirir

Təbii ki, biz bu gün müasir dünyada yaşayırıq və etiraf etməliyik ki, ağıllı təbliğat işi və informasiya siyasəti uğrunda kəskin mübarizə gedir. Çünki bu işin uğurlu tətbiqi hər bir ölkəyə əlavə gəlir, siyasi və maddi üstünlük, mədəni yüksəliş, milyonlarla turist gətirir. Təbii ki, turistlər əliboş olsalar da, cibləri dolu gəlirlər. Yəni, belə desək, bizə pul gətirirlər.
Ümumdünya Turizm Təşkilatının açıqladığı hesabata əsasən, son 60 ildə genişlənərək sürətlə inkişaf edən turizm sektoru dünyada ən sürətlə böyüyən sahələrdən biridir. Əgər dünya turizm gəlirləri 1950-ci ildə 2 milyard dollar idisə, hazırda bu rəqəm trilyon dollarlarla ölçülür. Gələn turistlərin sayına və əldə olunan gəlirlərə görə ABŞ, Fransa, Çin, İspaniya, İtaliya, Türkiyə kimi ölkələr liderlik edir. ÜTT 2020-ci ildə bütün dünyada 1 milyard 600 milyon insanın turist şəklində səyahət edəcəyini, bu turistlərin 2 trilyon dollardan artıq pul xərcləyəcəyini proqnozlaşdırır.
Bu gün Azərbaycan dövlətinin də əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusən də turizmin inkişafını aktiv müstəviyə keçirməkdir. Bu sahədə görülən işlərin yaxşı nəticələri də var. Artıq bir il ərzində ölkəmizə gələn turistlərin sayı 1 milyon nəfəri, gələn gəlir isə 2 milyard manatı ötüb.

İnsan təbiətdən uzaqlaşdıqca özünü mənən kasıb və miskin hiss edir


Heç şübhəsiz, bu gün Naxçıvan nəinki Azərbaycanın, eləcə də dünyanın ən zəngin turizm potensialına malik guşəsidir. Bu diyarda turistlər üçün nə yoxdur?! Yüzlərlə tarixi abidə, gözəl və səfalı təbiət lövhələri, saf su, təmiz hava, müasir infrastruktur və elektron xidmətlər, rahat yollar, gözəl yemək çeşidləri ilə zəngin olan mətbəx, onlarla muzey və otellər, gülərüz insanlar, yamyaşıl kəndlər, ən əsası isə sabitlik və əmin-amanlıq, təhlükəsiz həyat. Elə turistlərə də bütün bu amillər hava-su kimi lazımdır. Çünki, insan təbiətdən uzaqlaşdıqca özünü mənən kasıb və miskin hiss edir. Müasir dövrdə gərgin iş, texnoloji rahatlıqdan qaynaqlanan oturaq həyat, avtomobil tıxacları, böyük şəhərlərin səs-küyü, çirkli havası, bir sözlə, monotonluq orada yaşayanları yumşaq desək, təngə gətirib. Ona görə indi insanlar kəndə, təbiətə daha çox üz tuturlar. Bu isə öz növbəsində kənd yaşıl turizm anlayışını aktuallaşdıraraq gündəmə gətirir, kənd əhalisinə heç bir xərc çəkmədən əlavə gəlir əldə etmək imkanı yaradır. İndi Naxçıvan kəndlərində evini və ya evinin 1-2 otağını turistlərə kirayə verən sakinlər az deyil. Üstəlik, sakinlərin istehsal etdiyi təbii süd, qatıq, lavaş, bal, qaymaq, yumurta, şor-kərə, təzə ət üçün elə evin içində vergisiz-rüsumsuz mağaza açılır.
Bir an təsəvvür edin, sübh tezdən – qırmızı quyruq xoruz banlayanda yuxudan oyanırsan, dağ kəndlərində çayın səsi, təmiz hava, şehli-şehli dağ gəzintisi, ekoloji təmiz məhsullar və gülərüz insanlar, qoyun-quzu mələşməsi sənə gəl-gəl deyir. Səhər-səhər buz kimi bulaq suyunun adama verdiyi paklığa, yarpızdan, nanədən, kəklikotundan dəmlənmiş Naxçıvanın əsl samovar çayına, ətirli qaymaq və bala, isti təndir çörəyinə, şor, yumurta və qayğanağa da “yox” demək olmur. Bu təbii məhsullar kimi, Naxçıvan göycəsi və tərxunu, Kükü alması, Biçənək balı, Ordubad limonu, Əndəmic heyvası, Nehrəm pendiri, Şərur şaftalısı da artıq brendə çevrilib.
Yəqin siz də bunu çox görmüsüz: Kim Bakıdan, Ankaradan, nə bilim Moskvadan zəng vurur, xoş-beş onbeşdən sonra axırda bir az da utana-utana deyir ki, bəs imkan olsa, mənə 2 dəstə tərxun, 1 dənə də limon göndər, bir tikə də keçi pendiri olsa, pis olmaz. Bax, budur Naxçıvan məhsullarının keyfiyyəti, ekoloji təmizliyinin şöhrəti, sərhədlər aşmağı. Heç kim vaz keçə bilmir onlardan. İndi biz nə kimyəvi tərkibli quru süd, nə süni ət, nə də geni dəyişdirilmiş alma yeyirik… Qısası, bu gün Naxçıvan tarixi-mədəni, dini, sağlamlıq, ekoloji, dağçılıq, kənd yaşıl turizm üçün ideal məkandır.

“Bir vaxt bu yazıq dövlət ayılıb gördü ki,  sirr qoruya-qoruya

artıq özünü də qoruya bilmir”


Onu da qeyd etmək yerinə düşər ki, muxtar respublikanın ümumi ərazisinin 28 faizə qədərini milli park, qoruq və yasaqlıqlar, xüsusi mühafizə statuslu təbiət əraziləri tutur ki, bu da dünyada az-az rast gəlinən göstəricidir. Bu yerdə Xalq şairi Məmməd Araz yada düşür. Vətəndaş şair 1990-cı ildə “Azərbaycan təbiəti” jurnalında dərc olunan “Niyyətimiz haradır, mənzilimiz?..” sərlövhəli məqaləsində Sovetin iç üzünü açır və təbiətə laqeyd münasibət barədə ürək ağrısı ilə yazırdı:
“Uzun müddət inanmışıq və inandırmışıq ki, kapitalizm quruluşu və kapitalist ölkələr təbiətin düşmənidir. O, vəhşi  kimi  təbiəti didib-dağıdır.  Bizdə isə filan ildə Leninin  dekreti ilə filan qoruq yaranıb. Uzaq yerə getmək lazım deyil, elə qonşularımız Finlandiya, İsveç və Norveçə açıq gözlə  baxsaq, çox şey görərik. Belə  ehkamlar  olmasa, bu ölkələrin gözümüzə batan qorxulu  buynuzlarından qorxmasaq görərik ki, dünyanın ən böyük milli parkları, qoruqları və s. xarici  ölkələrdədir.  Bu sahədə onlardan   az öyrənmişik. Onlar təbiəti qoruyub, amma biz lüzumsuz şüarlar  əzbərləmişik. Təbiəti qırıb dağıda-dağıda  nəğmə demişik: “Təbiət anamızdır”, “Təbiət əbədi güvəncimiz, Vətənimizdir” və s.
Biz son beş-altı ilə qədər meşələrimizin kütləvi şəkildə qırılmasından, Bakının, Sumqayıtın və digər şəhərlərimizin ekoloji vəziyyətindən kəskin yaza bilmirdik. Bu, «dövlət sirrini açmaq» hesab olunurdu. Bir vaxt bu yazıq dövlət ayılıb gördü ki,  sirr qoruya-qoruya artıq özünü də qoruya bilmir. Qarışqadan tutmuş filə qədər,  yarpaqdan tutmuş Kür boyunca tənəzzülə gedən Tuqay  meşələrinə qədər bütün fauna və floramız «Qırmızı Kitab»lıqdır.
İndi isə məsələ qaldırırıq rəsmi şəxslər bizə deyirlər:“Camaat yeməyə pendir, kolbasa tapmır, düyü-yarma, qənd qəhətə çıxıb, belə məqamda “bizim dağda kəklik oxumur, düzdə ceyran mələmir” kimi məsələlərə baş qatmağa  vaxtımız qalmır. Biz ölkə qarşısında cavabdehlik hiss edirik, qayğılarımız, planlarımız var.
Nə deyəsən, duruxub mat-məəttəl qalırsan yerində. Belə sözləri kimdən eşidirik, hərəsi dövlətin bir sütunu olan adamlardan!  Ziyalı belə düşünürsə, gör onda «ziyasız» necə düşünür”?

Bu işdə “mən-sən” yoxdur, “hamı”var


Amma bu gün biz təbiətimizdən, təbii turizm imkanlarımızdan Məmməd Araz kimi ürəkağrısı ilə yox, ağızdolusu danışırıq. Muxtar respublikada son 20 ildə uğurlu ekoloji proqramların icrası və bu sahədə dövlət tərəfindən aparılan digər məqsədyönlü işlər qədim diyara turist axınını sürətləndirib. Təkcə ötən il muxtar respublikaya 400 mindən artıq turist gəlib. Bu rəqəm hər il yüksələn xətlə artır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu sahənin inkişafı və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirələr, qarşıya qoyulan vəzifə və tapşırıqların icrası turizm sektoruna yeni nəfəs verib. Elektron resurslarda aparılan təbliğat işləri, xarici dillərdə yeni tanıtım saytlarının və sosial şəbəkələrdə fərdi səhifələrin yaradılması, qədim diyara info-turların təşkili, informasiya xarakterli buklet və kitabçaların nəşri, Naxçıvan televiziyası və radiosunun internet üzərindən yayımı bu sahədə həyata keçirilən təqdirəlayiq işlərdir. “Naxçıvanı təqdim edirik” devizi ilə keçirilən internet aksiyalarını da xüsusi qeyd etməliyik. Bu aksiyalarda təqdim edilən on minlərlə fotoşəkil və videoçarxlar xarici qonaqların cəlbi baxımından ən uğurlu təbliğat materiallarıdır.
Təbliğatdan söz düşmüşkən, qeyd etməliyik ki, reklamsız, təbliğat-təşviqatsız turizm kompassız gəmi kimidir. Heç vaxt öz yolunu tapa bilməz. Amma gəlin etiraf edək ki, Naxçıvanın turizm potensialının hərtərəfli təbliğatı ilə bağlı hələ tam gücümüzlə iş apara bilmirik. Bilməliyik ki, bu işlər tapşırıq, buyruq gözləmir. Buyruq gözləmək, yersiz əda, qürurbazlıq etmək ən azı biganəlikdir. Bir sözlə, bu işdə “sən, mən yoxdur, “hamı” var... Ona görə də hamımız bu işdə əlimizi daşın, çiynimizi yükün altına qoymaqdan çəkinməməli, əksinə, nümünə göstərməliyik...Elə fərz edək ki, yola bir daş düşüb. Niyə də onu birinci biz götürməyək?!

Hərəyə bir foto çəkək…

İndi Naxçıvanda hər birimizin evində sürətli internet, müasir kompüter, əlimizdə 4G texnologiyasını dəstəkləyən ağıllı və çoxfunksiyalı telefonlar var. Hər birimiz öz yaşadığımız yerin təbiətini, insanlarını, müasir həyatını geniş təbliğ edə və bununla da hər birimiz Naxçıvana bir turist gətirə bilərik.
Uzağa getmirəm, naxcivantv.az saytında bu ilin aprel ayından “Dörd fəsildə Naxçıvan” adlı foto-müsabiqə elan etdik. İlin sonunadək davam edəcək foto-müsabiqədə məqsəd muxtar respublikanın kənd turizm imkanlarını, təbiətini yerli əhalinin, xüsusən gənclərin çəkdiyi fotolarla geniş təbliğ etməkdir. Budur, 2 aydır elan olunan müsabiqəyə ayrı-ayrı kənd və şəhərdən 20 sakin tərəfindən bir-birindən gözəl 1000-dən artıq fotoşəkil təqdim olunub. Sadə insanlar tərəfindən böyük şövq və sevgi ilə çəkilən həmin fotolar bizə min illər əvvəlin Gəmiqayasını, Qobustanını xatırladır. O zaman nə fotoaparat var idi, nə də videokamera. Amma insanlar öz həyat və məişətlərini, doğma torpağa sevgi və məhəbbətlərini daşlara həkk edib bizə çatdırıb, bir növ nümunə göstəriblər. İndi müsabiqəyə təqdim edilən şəkillər də saytda yerləşdirilməklə bərabər, “İnstaqram”-da, “Tvitterdə”, “Facebook”da, “Googl+”-da da geniş paylaşılır, gələcək nəsillərə yadigar qalır. Elektron resurslarda Naxçıvana aid şəkillər axtaranda həmin şəkillər izləyicilərə təqdim edilir. Arzu edən hər kəs müsabiqədə iştirak edə, mükafat və hədiyyə qazana bilər. Nəzərdə tutulur ki, müsabiqəyə təqdim edilən fotoşəkillərdən ibarət elektron kataloq da hazırlansın. Qısası, demək istəyirəm ki, indi bu cür imkanlar hamımız üçün vardır və hər birimiz doğma yurdun tanıdılmasında bu imkanlardan bəhrələnə, Naxçıvanı tanıda-tanıda onu sevdirə də bilərik… Çünki Naxçıvanı tanıyan adam mütləq ona aşiq olur...

Vətənpərvərlik təkcə əlində silah postda durmaq demək deyil

Müasir dövr belədir: Təbliğat maşını tək dövlətin və ya 100-200 vətəndaşın, jurnalistin gücünə hərəkət eləmir. Ölkəmizin iqtisadiyyatı, özümüzün rifahı üçün bu işlərdə hər birimiz fəal olmalıyıq, vətəndaşlıq mövqeyi göstərməliyik. Vətən qarşısında borcun etalonu-ölçüsü yoxdur. Vətənpərvərlik də təkcə hərbi xidmətə getmək, əlində silah postda durmaq demək deyil. Həyətinə bir ağac əkən sakin də, sürünü yaxşı otaran çoban da, vətənpərvər və bilikli şagird yetirən müəllim də, bağ salan bağban da, yurdunu tərənnüm edən rəssam da, şair də, fotoqraf və kinooperator da vətənpərvərdir. Əlqərəz, hər bir insanın vətənpərvərliyi onun çəkdiyi zəhmət qədərdir. Yeri gəlsə, Vətənin qayası, yeri gəlsə daşı olmağı bacaranlar elə əsl vətəndaş olurlar. Gəlin, hər birimiz qaya-daş olaq və bununla da əsl vətənpərvər vətəndaş olaq! Bu torpağa sevgimizi əməlimizdə, işimizdə göstərək. Elə ən sadədən başlayaq: Ən azı hərəyə bir dənə şəhərimizi, kəndimizi, dogma el-obamızı vəsf edən şəkil çəkib paylaşaq. Çünki hər birimiz Vətən qarşısında borcluyuq. Şair Musa Yaqub isə bu borcun heç vaxt qaytarılmayacağını bilir və Vətən borcundan çıxmağın mümkün olmadığını baxın necə ifadə edir:

Bəlkə də borcundan çıxmadım, Vətən
Ömür bahar deyil bir də qayıtsın,
Ölsəm də, qoynunda qoy ölüm ki mən,
Çürüyüm bir ovuc torpağın artsın!

"Dörd fəsildə Naxçıvan" fotomüsabiqəsinə təqdim edilən fotolardan bir neçəsi:

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan: İsti ürəkli muxtar respublika

15-10-2019-17-47 Xəbərlər

Naxçıvan: İsti ürəkli muxtar respublika

Hindistanlı iş adamı yazır.

Ədəbiyyat təəssübkeşi: İsa Həbibbəyli

15-10-2019-17-26 Xəbərlər

Ədəbiyyat təəssübkeşi: İsa Həbibbəyli

Xalq yazıçısı Anar yazır.

Culfa rayonunda 119 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi verilib

15-10-2019-17-05 Xəbərlər

Culfa rayonunda 119 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi verilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsi t...

İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

15-10-2019-16-21 Rəsmi

İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev İsa Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ord...

Daimi nümayəndəliyin rəhbəri bir sıra rəsmi tədbirlərdə iştirak edib

15-10-2019-16-04 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri bir sıra rəsmi tədbirlərdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Gözümü açandan teatr görmüşəm…

15-10-2019-14-39 Xəbərlər

Gözümü açandan teatr görmüşəm…

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Ələkb...

Naxçıvanlı atletdən növbəti uğur

15-10-2019-12-03 Xəbərlər

Naxçıvanlı atletdən növbəti uğur

Cəlilabadda kross qaçışı üzrə Azərbaycan çempionatına yekun vurulub.

Ötən günün mənzərəsi - VİDEO

15-10-2019-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

14-10-2019-19-18 Rəsmi

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxti...

Operativ vergi tədbirləri görülür

14-10-2019-19-09 Xəbərlər

Operativ vergi tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Aşağı Qışlaq kəndində yeni mərasim evi istifadəyə verilib - VİDEO

14-10-2019-18-00 Xəbərlər

Aşağı Qışlaq kəndində yeni mərasim evi istifadəyə verilib - VİDEO

Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yeni mərasim evinin istifadəyə verilməsi ...

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

14-10-2019-17-40 Xəbərlər

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxti...

Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

14-10-2019-17-21 Xəbərlər

Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan nümayəndəliyinin rəhbəri Latviya səfiri ilə görüşüb

14-10-2019-16-41 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Latviya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Malayziyalı turist Naxçıvanla bağlı video yayımlayıb - VİDEO

14-10-2019-16-22 Xəbərlər

Malayziyalı turist Naxçıvanla bağlı video yayımlayıb - VİDEO

Naxçıvanın heyranı olan daha bir asiyalı turist sosial şəbəkədə muxtar respublik...

Naxçıvanın iş adamları Daşkənddə keçirilən forumda iştirak ediblər

14-10-2019-15-23 Xəbərlər

Naxçıvanın iş adamları Daşkənddə keçirilən forumda iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlə...

Naxçıvan aeroportu doqquz ayda 501 min sərnişinə xidmət göstərib

14-10-2019-15-02 Xəbərlər

Naxçıvan aeroportu doqquz ayda 501 min sərnişinə xidmət göstərib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın beynəlxalq hava limanlarından i...

Saç ağartdın, ömür tükətdin söz yolunda, Məmməd Araz

14-10-2019-13-01 Xəbərlər

Saç ağartdın, ömür tükətdin söz yolunda, Məmməd Araz

Şairlər xalqın səsidir, deyirlər.

Qədim yurd yerimiz - Məzrə

14-10-2019-09-17 Xəbərlər

Qədim yurd yerimiz - Məzrə

Naxçıvan ərazisi qədim və zəngin tarixə malikdir.

Türkeş kəndində son tamamlama işləri aparılır

13-10-2019-16-32 Xəbərlər

Türkeş kəndində son tamamlama işləri aparılır

NUHÇIXAN xəbər verir ki, Türkeş kəndində  hal-hazırda kənd, xidmət mərkəzləri və...

Dünya boyda sədası var Nursumun

13-10-2019-15-03 Xəbərlər

Dünya boyda sədası var Nursumun

Müasir və rahat yol hər bir yerin  inkişafının ilk göstəricisidir.

Naxçıvanda sabaha olan hava proqnozu

13-10-2019-14-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlan...

Yurdumun şairi

13-10-2019-12-58 Xəbərlər

Yurdumun şairi

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsin...

Sədərək bağlarında payız calağına başlanılıb

13-10-2019-12-29 Xəbərlər

Sədərək bağlarında payız calağına başlanılıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonu ərazisindəki təsərrüfatlarda tinglərin p...

Xanəgahın bugünkü büsatı

13-10-2019-11-59 Xəbərlər

Xanəgahın bugünkü büsatı

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sürətli in...

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

13-10-2019-11-28 Xəbərlər

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 oktyabr 2005-ci il ...

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

12-10-2019-17-22 Xəbərlər

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

NUHÇIXAN xəbər verir ki, gənclərin Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyaları da...

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

12-10-2019-15-13 Xəbərlər

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğ...

Naxçıvanda sabaha olan hava proqnozu

12-10-2019-14-09 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlan...

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

12-10-2019-12-38 Xəbərlər

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, beynəlxalq aləmdə çox yaxşı tanınan CNN kanalının ərəbd...