Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Şair Asim Yadigar tələbələrlə görüşübNaxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarla görüş olub.

Naxcivantv.az xəbər verir ki, görüşdə Naxçıvan Müəllimlər İnstitunun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli Naxçıvan ədəbi mühiti barədə tələbələrə ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixində Naxçıvan ədəbi mühitinin özünəməxsus yeri var. İstər ədəbi-bədii yaradıcılıq, istərsə də elmi–tədqiqat sahəsində Naxçıvanlı qələm sahibləri həmişə öz sözlərini deyib, ədəbiyyatşünaslığımıza layiqli töhfələr veriblər. Bu şairlər içərisində Asim Yadigarın özünəməxsus yeri və rolu var. Asim Yadigar Azərbaycan ədəbiyyatının inkişafında, gənclərimizə vətənpərvərlik duyğularının aşılanmasında və yeni ədəbi gəncliyin yetişməsində mühüm xidmətlər göstərib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü Akif İmanlı və şair-dramaturq Həsənli Eyvazlı Asim Yadigar yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Asim Yadigar 40 ildən artıqdır ki, bədii yaradıcılıqla məşğuldur. Poeziyamızın bir çox janrlarında qələmə alınmış, insanın ruhunu riqqətə gətirən, ovqatını təzələyən şeir və poemalar 30-a yaxın qəzet və jurnalda, almanaxlarda, həmçinin fransız, rus, fars, türk dillərində xarici mətbu orqanlarında da dərc olunub. Şair “Zirvə yolu”, “Unut bu sevdanı”, “Oğul dağı”, “Hər şeyin sonu var”, “Midiyanın süqutu”, “Kalba Musa çeşməsi”, “Bahar”, “Sənətinin vurğunu”, “Bir ömrün nəğməsi” kimi kitabların müəllifidir.
Görüşdə həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb, sonra şair öz kitablarını tələbərə hədiyyə edib.

Şair Asim Yadigar tələbələrlə görüşüb

Aytən İsmayılova

NTV Xəbər

www.naxcivantv.az