Dövlət Miqrasiya Xidmətinin yaradılmasının  ildönümü qeyd edilib

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül  dəstələri düzüb, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər.  Sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən tədbirdə xidmətin rəisi, miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb. Bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, miqrasiya sisteminin inkişafına da diqqət və qayğı göstərilir. Xidmətin müasir standartlara cavab verən inzibati binası istifadəyə verilib. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Xidmət ötən dövrdə fəaliyyətini muxtar respublika ərazisində miqrasiya proseslərinin tənzimlənməsi, onların uço­tunun aparılması, miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində qurub. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin və qaçqın­lıq statusunun müəyyənləşdirilməsi, eyni zamanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev tədbirdə çıxış edərək xidmət əməkdaşlarını təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Firudin Nəbiyev qeyd edib ki, ölkəmizin sosial-iqtisadi inkişafı, geosiyasi mövqeyi, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına səbəb olub. Bu gün Azərbaycan xarici investorlar üçün cəlbedici ölkəyə çevrilib və miqrasiya prosesləri dinamik xarakter alıb. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə Dövlət Miqrasiya Xidməti yaradılıb və bu sahədə qanunvericilik bazası formalaşdırılıb. Artıq ölkəmizdə, eləcə də muxtar respublikada bu sahədə müasir informasiya texnologiyaları tətbiq olunur, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının xidmətə elektron qaydada müraciət imkanı yaradılır. Ötən 7 ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin formalaşdırılması, müasir tələblərə cavab verən bina ilə təmin edilməsi, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən tədbirlər mühüm əhəmiyyətə malikdir. Bu, bir daha Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində qurulduğunu təsdiq edir. Artıq yaradılmasından qısa müddət keçməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti qarşıda duran vəzifələri uğurla icra edir, bu sahədə çalışan əməkdaşlar dövlətin mənafeyini etibarlı şəkildə qoruyur, eyni zamanda əcnəbi vətəndaşların muxtar respublikada qanuni fəaliyyətini təmin edirlər.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Fazil Ələkbərov kollektivi təbrik edərək deyib ki, Naxçıvan uzun illərdir blokada şəraitində yaşayır. Ona görə də muxtar respublikaya miqrantların gəlməsi təəccüblü görünə bilər. Lakin bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi inkişafı fonunda çiçəklənən Naxçıvan Muxtar Respublikasına qonşu ölkələrdən gələn miqrantların sayı ilbəil artır. Bu da Naxçıvanda miqrasiya tədbirlərinin həyata keçirilməsini zəruri edib. Bu gün dünyada baş verən proseslər, bəzi ölkələrdə terror hadisələrinin törədilməsi bu sahədə ciddi tədbirlərin həyata keçirilməsini, xüsusilə də miqrasiya proseslərinə nəzarətin artırılmasını zəruri edir. Ölkəmizdə bu sahə üzrə qəbul edilmiş qanunvericilik bazası muxtar respublikada da miqrasiya sahəsində qarşıya qoyulan vəzifələrin hüquqi qaydada həyata keçirilməsinə təminat verir. Fazil Ələkbərov miqrasiya xidməti əməkdaşlarının bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, muxtar respublikada miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi, baş miqrasiya xidməti müşaviri Rza Talıbov miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən muxtar respublika Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşına “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalını təqdim ediblər.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-mayor Fazil Ələkbərova Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı təqdim olunub. 

Səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr, bir qrup əməkdaşa isə xüsusi rütbələr verilib.

Tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasında hazırlanan “Miqrasiya siyasəti: idarəetmə və inkişaf” filminə baxıblar.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Anxel Di Maria İngiltərə Premyer Liqasına qayıda bilər

16-10-2018-19-48 Xəbərlər

Anxel Di Maria İngiltərə Premyer Liqasına qayıda bilər

Fransanın “Pari Sen-Jermen” (PSG) klubunun argentinalı yarımmüdafiəçisi Anxel Di...

Prezident İlham Əliyev Qaya Məmmədovu Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edib

16-10-2018-19-23 Xəbərlər

Prezident İlham Əliyev Qaya Məmmədovu Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edib

Prezident İlham Əliyev Qaya Məmmədovun Azərbaycan Respublikasının NATO yanında N...

Kəngərli rayon məktəbliləri arasında yarış keçirilib

16-10-2018-18-51 Xəbərlər

Kəngərli rayon məktəbliləri arasında yarış keçirilib

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon ümumtəhsil məktəblərinin komandaları ara...

Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası yanında yeni daimi nümayəndəsini təyin edib

16-10-2018-18-20 Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası yanında yeni daimi nümayəndəsini təyin edib

Prezident İlham Əliyev Fəxrəddin İsmayılovun Azərbaycan Respublikasının Avropa Ş...

YAP Şərur Rayon Təşkilatının növbəti Şura iclası keçirilib

16-10-2018-17-58 Xəbərlər

YAP Şərur Rayon Təşkilatının növbəti Şura iclası keçirilib

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının növb...

İspan alimləri coğrafi təhlil üçün nanopeyklər yaradırlar

16-10-2018-17-28 Xəbərlər

İspan alimləri coğrafi təhlil üçün nanopeyklər yaradırlar

”Karten Space” şirkətini təmsil edən ispan alimləri Yerin səthində çox sürətlə c...

Heydər Əliyev və müstəqil Azərbaycan

16-10-2018-16-59 Xəbərlər

Heydər Əliyev və müstəqil Azərbaycan

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər və rayon  təşk...

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn ilin birinci yarısında nəşr ediləcək

16-10-2018-16-28 Xəbərlər

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn ilin birinci yarısında nəşr ediləcək

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanmasını bu ilin sonuna qədə...

Pauerliftinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

16-10-2018-15-59 Xəbərlər

Pauerliftinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib

NUHÇIXAN xəbər verir ki, sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftin...

Nehrəm məktəbliləri arasında yoldaşlıq görüşü keçirilib

16-10-2018-15-39 Xəbərlər

Nehrəm məktəbliləri arasında yoldaşlıq görüşü keçirilib

Nehrəm kənd 1 nömrəli tam orta məktəbin idman zalında Nehrəm kənd 1 və 2 nömrəli...

Məktəblilər üçün film nümayiş olunub

16-10-2018-15-08 Xəbərlər

Məktəblilər üçün film nümayiş olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a verilən x...

“Dövlət qulluğu” jurnalının 6-cı nömrəsi çapdan çıxıb

16-10-2018-14-37 Xəbərlər

“Dövlət qulluğu” jurnalının 6-cı nömrəsi çapdan çıxıb

Nəşrdə dövlət qulluğuna qəbul üzrə müsabiqəyə – test imtahanı və müsahibə mərhəl...

Diyetoloq: Kökəlmək üçün dərman preparatları qəbul edilməsi təhlükəlidir

16-10-2018-14-20 Xəbərlər

Diyetoloq: Kökəlmək üçün dərman preparatları qəbul edilməsi təhlükəlidir

Çəkisini azaltmaq istəyənlərlə yanaşı onu artırmaq arzusunda olanlar da var. Diy...

Naxçıvanda sabaha olan hava proqnozu

16-10-2018-14-02 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 17-nə gözlənilən hava proqnozu açıqlan...

Norveçdə vikinqlərin yerə gömülmüş gəmisi aşkar edilib

16-10-2018-13-30 Xəbərlər

Norveçdə vikinqlərin yerə gömülmüş gəmisi aşkar edilib

Norveçdə bir qrup arxeoloq vikinqlərin məzarlığını və yarım metr dərinlikdə “bas...

Naxçıvanda üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək

16-10-2018-12-37 Xəbərlər

Naxçıvanda üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək

NUHÇIXAN xəbər verir ki, oktyabrın 20-si və 21-də Naxçıvanda  “Arıçılıq məhsulla...

Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir

16-10-2018-12-20 Xəbərlər

Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir

Azərbaycan xalqının tarixi taleyində mühüm rol oynayan əlamətdar günlərdən biri ...

İyirminci əsrdə geriyə baxış: şəxsiyyət və peşəkarlıq

16-10-2018-11-59 Xəbərlər

İyirminci əsrdə geriyə baxış: şəxsiyyət və peşəkarlıq

“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyerin 5 dekabr 19...

Bənzərsiz təbii şəfa mənbəyi – Duzdağ Fizioterapiya Mərkəzi - FOTOLAR

16-10-2018-11-42 Xəbərlər

Bənzərsiz təbii şəfa mənbəyi – Duzdağ Fizioterapiya Mərkəzi - FOTOLAR

Bəşəriyyətin beşiyi Naxçıvan, həqiqətən də, sirli-sehrli bir diyar, möcüzələr mə...

Mənsur şeirin ustadı, Mikayıl Müşfiq yaradıcılığının böyük tədqiqatçısı

16-10-2018-11-24 Xəbərlər

Mənsur şeirin ustadı, Mikayıl Müşfiq yaradıcılığının böyük tədqiqatçısı

Bu gün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq Yazıçısı, nasi...

Kəngərli rayon gəncləri muzeylərdə olub

16-10-2018-11-06 Xəbərlər

Kəngərli rayon gəncləri muzeylərdə olub

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr Milli Müstəqillik Günü münasibəti ilə Kəngər...

Ən sürətli kamera yaradılıb

16-10-2018-10-46 Xəbərlər

Ən sürətli kamera yaradılıb

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin ...

Jurnalistin yeni kitabı çapdan çıxıb

16-10-2018-10-27 Xəbərlər

Jurnalistin yeni kitabı çapdan çıxıb

Muxtar respublikanın tanınmış jurnalisti, Muxtar Məmmədoğlunun “Mənim Naxçıvan d...

DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək

16-10-2018-10-06 Xəbərlər

DİM yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də 2019-cu ilin qəbul imtahanı modelin...

Ötən günün mənzərəsi - VİDEO

16-10-2018-09-51 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Oktyabrın 16-da xarici valyutaların manata qarşı məzənnələri

16-10-2018-09-38 Xəbərlər

Oktyabrın 16-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 16 oktyabr tarixindən etibarən valyuta məzənnələrini aç...

Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq

16-10-2018-09-23 Xəbərlər

Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq

Bu gün UEFA Millətlər Liqasında IV tura yekun vurulacaq.

Azərbaycanda yeni mərkəz yaradılıb

16-10-2018-09-10 Xəbərlər

Azərbaycanda yeni mərkəz yaradılıb

Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə N...

Boksçularımızın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarındakı növbəti rəqibləri müəyyənləşib

16-10-2018-08-55 Xəbərlər

Boksçularımızın Yeniyetmələrin III Yay Olimpiya Oyunlarındakı növbəti rəqibləri müəyyənləşib

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında...

Müdafiə Nazirliyi: Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb

15-10-2018-22-42 Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb

Son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilmiş ...