Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

"Google" şirkəti son zamanlar öz xidmətlərində neyron şəbəkəsindən istifadəyə başlayıb. İndi "Google Translate" xidməti müasir texnologiyaların sayəsində bütöv cümləni tərcümə etməyi öyrənib.

Bundan əvvəl xidmət ayrı-ayrı sözləri və ifadələri tərcümə etdiyinə görə çox vaxt cümlənin mənası düzgün alınmırdı. Hazırda "Google Translate" neyron kompüter tərcümə texnologiyasının tətbiqi sayəsində cümlələri dəqiq tərcümə etmək üçün onları tam təhlil edir. Naxcivantv.az "4pda.ru" saytına istinadən xəbər verir ki, hazırda neyron şəbəkəsinin köməyi ilə tərcümə yalnız 8 dildə - ingilis, fransız, alman, ispan, portuqal, çin, yapon, koreya və türk dillərində əlçatandır.

"Google" şirkəti mövcud bütün dillərin dəstəyini reallaşdırmağı planlaşdırır.

 

Elsevər Məmmədov

NTV xəbər

Bənzər məqalələr

www.naxcivantv.az