Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri uğurla başa çatıb - FOTOLAR

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçirilib.

Uğurla başa çatan irimiqyaslı təlimlərdə qarşıya qoyulan bütün məqsədlərə nail olunub.

Naxcivantv.az xəbər verir ki, təlimlərçərçivəsində Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilib. 

"Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikasıtəyin olunmuş döyüş əməliyyatı rayonlarına çıxarılıb.

Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə məşğələlər keçirilib Döyüşdə tibb təminatının operativ təşkili də yoxlanılıb.

Təlimlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə, tank və artilleriya bölmələrinin döyüş uzlaşması aparılıb, praktiki atışlar icra edilib.

Döyüş əməliyyatı rayonlarında-səhra şəraitindəyerli icra orqanları ilə qarşılıqlı əlaqədə ideoloji qərargah yaradılıb, mənəvi-psixoloji hazırlıq məntəqələri, ideoloji otaqlar və səhra ideoloji güşələri fəaliyyət göstərib.

Mexanikləşdirilmiş bölmələrin döyüş uzlaşması aparılaraq praktiki atışlar icra edilib, tank bölmələrinin gecə şəraitində atışları olub.

Təlimlər çərçivəsində xüsusi təyinatlı bölmələrin şəxsi heyəti müvafiq tapşırıqları icra edib.

Səhra şəraitində səfərbərlik çadırları açılıb, şəxsi heyətin və texnikanın qəbulu məntəqələri fəaliyyət göstərib.

Döyüşçülərin yüksək atıcılıq hazırlığının əsas göstəricisi döyüşdə düşməni ilk atəşlə məhv edə bilməsidir. Ona görə də bu təlimdə iştirak edən qüvvələrin döyüş hazırlığı və səhra bacarıqları yoxlanılaraq onların əldə etdiyi nailiyyətlər qiymətləndirilib. Bu gün tam əminliklə deyə bilərik ki, ana vətənimiz Azərbaycanın müdafiəsində ayıq-sayıq dayanan şəxsi heyət sözdə yox, əməldə-hərbi təlimlərdə çətin sınaqlardan keçib. Onlar məhz elə təlimlərdə qazandıqları bilik və təcrübə sayəsində torpaqlarımızı işğaldan azad etmək əzmindədirlər.

 

  

Nəriman Nəcəfov

NTV xəbər

            

www.naxcivantv.az