Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan televiziyasının qışa hazırlığın vəziyyəti ilə bağlı tənqidi çıxışından sonra Culfa rayonunda  konkret tədbirlər görülüb 

Naxcivantv.az  xəbər verir ki, televiziyanın əməkdaşları Naxçıvan şəhərində və rayonlarda qışa hazırlığın vəziyyəti ilə bağlı araşdırma aparıb. “Xəbərlər”  proqramının 31 oktyabrda təqdim edilən əsas buraxılışında  Culfa rayonunda payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı araşdırma xarakterli tənqidi süjet efirə təqdim edilib.

Həmin sujetdə Culfa şəhərinin  mərkəzi küçələrində elektirik və rabitə xətlərinin təhlükəli vəziyyətdə olduğu və bu çatışmazlıqlara rayon elektirik şəbəkəsi və rabitə idarəsi  tərəfindən biganə yanaşıldığı qeyd edilib.  

Tənqidi sujetdən nəticə çıxarılaraq Culfa şəhərinin elektirik və rabitə xəttlərində təmir işləri aparılıb. Təhlükəli vəziyyətdə olan rabitə və elektirik xətləri  yenilənib, şəhərin mərkəzi küçələrindəki 22 elektirik dirəyi dəyişdirilib, ictimai yaşayış binaları qışa hazır vəziyyətə gətirilib.

  Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilərək şəhər və rayon icra hakimiyyətləri, eləcə də digər aid qurumlar qarşısında konkret vəzifələr qoyulub.

                                                                                    Vüsal Muradov 

                                                                                     NTV Xəbər    

 

www.naxcivantv.az