Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Universitetində 10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş yekun tədbiri keçirilib

 Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək universitetdə təhsil alan tələbələrin elm, təhsil, idman, incəsənət sahəsində qazandığı uğurlardan bəhs edib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxış edərək Azərbaycan gəncliyinin dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsindən, onlara göstərilən yüksək etimaddan, Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində universitetdə keçirilən silsilə tədbirlərdən danışıb.

Tədbirin sonunda Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə keçirilən viktorinada qalib gələn İqtisad fakültəsinin komandasının üzvlərinə diplomlar təqdim olunub.

 

                                               Mehriban Sultan

NTV xəbər 

www.naxcivantv.az